Ümumdünya Səhiyyə Təşkilatı tibb müəssisələrində çalışan və eləcə də peşə sağlamlığı və təhlükəsizliyi baxımından korona virus ilə mübarizə üçün təməl qoruyucu tədbirləri sizinlə paylaşır. (İngiliscə)
Mövzu kateqoriyası: Peşə sağlamlığı
-

Dəm qazı öldürür – CO kills
Dəm qazı haqqında nə bilirik?
Son zamanlar ölkəmizdə dəm qazından zəhərlənənlərin və ölənlərin sayı getdikcə artır. Dəm qazından zəhərlənmənin insan üçün çox ciddi fəsadları var və bu cür zəhərlənmələrin ən təhlükəli tərəfi insanın dəm qazı sızmasını hiss etməməsi və asanlıqla huşunu itirməsidir.
Kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysi, dadsız; havadan yüngül, suda pis həll olunan qazdır. Dəm qazı natamam yanma məhsulu olub, güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən, təbii qazın, neft məhsullarının və odu yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsilə xaric olunur.Dəm qazı nədir?
Dəm qazı haqqında nə bilirik?Məişətdə işlədilən təbii qazın əsəs tərkib hissəsini metan qazı təşkil edir. Qaz sızması olarkən, onun iyini hiss etmirik. Təbii qazın yanması üçün normal hava çatmadıqda isə dəm qazı yaranır ki, bu da tez bir zamanda orqanizmi zəhərləyir. Kimyəvi adı “karbon-monooksid” olan zəhərli dəm qazı heç bir ilə duyulmur.
Dəm qazı başqa yanacaq növlərindən istifadə zamanı da, məsələn, kömür yandırılarkən yarana bilər. Onun əmələ gəlməsinin qarşısını almaq üçün yanma məhsulları olan otaqlarda tez-tez havanın dəyişdirilməsi, qızdırıcıların hava sorucu borularının yaxşı işləməsinə nəzarət etmək lazımdır.
Qapalı mühitdə qaz yandırılarkən mütləq nəfəsliklər açıq olmalıdır. Mütəxəssislər bunlarla yanaşı, təhlükəsizlik baxımından dəm qazı yarandıqda onu işarə verən müasir qaz cihazlarından istifadəni məsləhət görür.Dəm qazı haqqında nə bilirik?
Dəm qazı ilə zəhərlənməni necə bilmək olar?
Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə isə qıcolmalar, huşunu uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, kiçikyaşlı uşaqlar, hətta, az miqdarda dəm qazından həyatlarını itirə bilərlər!
Dəm qazının orqanizmə öldürücü təsiri bununla izah olunur ki, o qanda tez bir zamanda hemoqlobinlə birləşir. Bu zaman toxumaların hüceyrələrinə oksigen daşınmır və oksigen qıtlığı nəticəsində insan huşunu itir. Həmin vaxt bədəndə süstlük əmələ gəlir, nitq tutulur.
Dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım!
Zəhərlənmə zamanı həyəcanlanmadan ilkin tədbirlər görmək lazımdır. İlk olaraq, zərərçəkəni dərhal açıq havaya çıxarmaq, əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq, ona yarıoturaq vəziyyət vermək (ağciyər ödeminin qarşısını almaq üçün) lazımdır. Dəm qazı haqqında nə bilirik?
Bundan başqa, zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq, əgər zərərçəkən nəfəs almırsa və ürəyi dayanmışsa, ürəyi xarici masajı və süni tənəffüslə dərhal reanimasiya tədbirlərinə başlamaq lazımdır.
Əgər insanın huşu üstündədirsə, qızdırıcı içki, çay vermək lazımdır. Huşu özündə deyilsə, başını sağa-sola çevirib, ağız boşluğundakı seliyi təmizləmək lazımdır. İlkin olaraq, şirin çaya limon qatıb vermək olar.
Dəm qazı ilə zəhərlənmənin ilk əlamətləri meydana çıxan kimi, dərhal təcili yardım çağırmaq lazımdır.Qazla ehtiyatlı davranın, xoşbəxtliyinizdən məhrum olmayın!
-

Günvurma və istivurma
GÜNVURMA
• YÜKSƏK TEMPERATURUN və RÜTUBƏTİN TƏSİRİ NƏTİCƏSİNDƏ (bilavasitə gün şüalarının təsiri və ya havanın temperaturunun yükək həddində) İNSAN ORQANİZMİNDƏ BAŞ VERƏN POZĞUNLUQ GÜNVURMA və ya İSTİVURMA kimi qiymətləndirilir.Günvurma bilavasitə gün şüalarının insan orqanizminə düşməsi səbəbindən məs(açıq günün altında müəyyən müddət qaldıqda),istivurma isə isti mühitin təsirindən yaranır(məs:uzun müddət isti konteynrdə qaldıqda,isti havada üzun müddət çənin içərisində işlədikdə).• Havanın temperaturu +25….30 o C dən artıq olduqda orqanizmdə isilik əmələgəlmə azalır, istilikvermə artır
• Əgər bu zaman ağır fiziki iş yerinə yetirilərsə bu zaman istilikvermə yetərincə olmaya bilər ki, bu da orqanizmin həddindən artıq qızmasına(hipertermiya) səbəb olur.RISK FAKTORLARI:
ARTIQ BƏDƏN ÇƏKİSİ
YAŞ(uşaqlar və yaşlılar)
ÜRƏK ÇATMAMAZLIĞI,ŞƏKƏRLİ DİABET,TİREOTOKSİKOZ,XRONİKİ XƏSTƏLİKLƏR
ALKOQOL VƏ PSİXOSTİMULYATORLARIN QƏBULU
ZƏİF FİZİKİ İNKİŞAF VƏ ZƏİF QİDALANMA
YORĞUNLUQ,YUXUSUZLUQƏMƏLƏGƏLMƏ SƏBƏBİ(günvurmanın mexanizmi-necə inkişaf edir):
İstilik tənzimi pozulduğuna görə orqanizmin hərarəti artır.
TƏRLƏMƏ SÜRƏTLƏNİR
ORQANİZM SÜRƏTLƏ SUSUZLAŞIR
QANIN MAYE HİSSƏSİ AZALIR(qan qatılaşır)
QANIN SİRKULYASI ZƏİFLƏYIR
ARTERİYAL TƏZYİQ ENİR
BEYİNDƏ QANDÖVRANI POZULUR.KLİNİKİ OLARAQ 3 DƏRƏCƏSİ VAR :
1.YUNGÜL DƏRƏCƏ – XƏSTƏNİN VƏZİYYƏTİ KAFİDİR.
BAŞ AĞRI
ZƏİFLİK
TƏNGNƏFƏSLİK
NƏBZİN SÜRƏTƏLƏNMƏSİ
DƏRİ ORTÜYÜ NƏM,QIZARMIŞ(HİPEREMİYALI)OLUR
ARTERİAL TƏZYİQ NORMAL OLUR
BƏDƏN TEMPERATURU NORMAL OLUR2.ORTA AĞIR DƏRƏCƏ
GÜCLÜ BAŞ AĞRI
ÜRƏKBULANMA, QUSMA
HUŞ QISA MÜDDƏTLİ İTİR
NƏZƏRƏÇARPAN ÜRƏKDÖYÜNMƏ (TAXİKARDİYA)
TƏNGNƏFƏSLİK ARTIR
DƏRİ ORTÜYÜ NƏM,QIZARMIŞ OLUR
ARTERİAL TƏZYİQ YÜKSƏLİR
DƏRİ ORTÜYÜ NƏM,QIZARMIŞ OLUR
BƏDƏN TEMPERATURU +39…40 o C YÜKSƏLİr3.AĞIR DƏRƏCƏ
BƏDƏN TEMPERATURU 40 o C-dən YUXARI OLUR.
ARTERİAL TƏZYİQ AŞAĞIDIR
TƏRLƏMƏNİN KƏSİLMƏSİ
DƏRİ QURU VƏ QIZARMIŞ OLUR
TƏNƏFFÜS SƏTHİ VƏ TEZLƏŞMİŞ
NƏBZ KƏSKİN TEZLƏŞMİŞ
QICOLMA
KOMATOZ VƏZİYYƏTİLK YARDIM
Xəstəni sərin yerdə yerləşdirin, paltarlarını çıxarın
Arxası üstə uzadılaraq əl və ayaqlarınl qaldırın
Xəstəyə içməyə sərin su verin (huşu özündədirsə)
Təcili tibbi yardım(həkim) çağırın. -

Civə dağılması zamanı nə etməli?
Civə termometri hər birimizin evində var. Bu ölçü cihazı çox kövrəkdir və ehtiyatsız davrandıqda tez sınması mümükündür və hətta dağılan iki qram civə insan üçün təhlükəli ola bilər. Termometr sındıqda dağılan zərərli metal olan civə ilə zəhərlənməmək üçün nə etmək lazımdır?
Termometr sındıqda əsas təhlükəni məhz civə buxarı yaradır, xüsusən də, uşaq və hamilə qadınlar üçün. Civə yüksək dərəcə zəhərli və təhlükəli maddədir, onun buxarı kəskin zəhərlənməyə səbəb olur. Civə artıq otaq temperaturunda 18°С dərəcədə dərhal buxarlanmağa başlayır. Hətta az miqdarla uzun müddət təmasda olduqda baş ağrıları, süstlük, baş gicəllənmə, sinir sisteminin pozulması, nəfəs yollarının xəstəlikləri və s. ilə müşayiət olunan xronik zəhərlənmə əmələ gəlir. Civənin orqanizmdən çıxarılması uzun müddət tələb edir və bu, əsasən, böyrəklər vasitəsi ilə baş verir.
Civə ilə zəhərlənmənin əlamətləri
Civə buxarı ilə kəskin zəhərlənmənin ilk əlamətləri 8-24 saatdan sonra müşahidə edilir. Bunlar:
o zəiflik;
o iştahanın olmaması;
o baş ağrısı; o udqunan zaman ağrı;
o ağızda metal dadı; o ağız suyunun axması;
o damaqların şişməsi və qan axması; o ürək bulanması və qusma;
o qarında ağrılar;
o diareya.Civə termometri sınıbsa:
1. Təmiz hava axınını və otaqda temperaturun düşməsini təmin etmək üçün pəncərələri açın (otaq nə qədər isti olsa, civə bir o qədər sürətlə buxarlanır). Lakin fikir verin ki, yelçəkən yaranmasın, yoxsa buxar hava cərəyanı ilə daha çox sahəyə yayıla bilər.
2. Cihaz sınan otağa insanların və heyvanların girişini məhdudlaşdırın.
3. Rezin əlcəkdə və üzdə tənzif sarğı ilə suda bir qədər isladılmış qəzetlə dağılan civəni yığın. Lap xırda hissəcikləri skoç və ya yapışqan lentlə (leykoplastır) yığmaq olar.
4. Yığılan civəni su ilə doldurulmuş bankaya yerləşdirin və ağzını kip bağlayın. Su civənin buxarlanmasının qarşısını alır. Bankanı zibilliyə atmayın, içindəki suyu kanalizasiyaya axıtmayın və ya çölə tökməyin! Ətraf mühiti çirklətməyin! Bir termometrdə olan 2 qram civə 6 000 m3 havanı çirklədə bilər.
5. Sanitariya-epidemioloji mərkəzinə zəng vurub civəni hara təhvil verəcəyinizi öyrənin. Civənin hamısının yığılmasında əmin deyilsinizsə, müayinə üçün mütəxəssisləri çağıra bilərsiniz. Onlar xüsusi cihazla havada civə miqdarını ölçəcəklər, lazımı tədbirləri yerinə yetirəcəklər.
6. Fırça və ya pulverizator ilə civə dağılan yeri marqan məhlulu ilə təmizləyin, təxmini bir saat saxlayın, sonra sabunlu-sodalı məhlulla yuyun (40 q təsərrüfat sabunu və 50 q qida sodasını bir litr suda qarışdırın).
7. Gün ərzində otağa girməməyə çalışın. Sonra döşəməni su ilə yumaq olar. Civə hissəcikləri xalçanın üzərinə düşübsə, onu bükün, çölə çıxardıb sərin, civə hissəcikləri yer düşməsin deyə altına polietilen paket sərib yavaş çırpın və havalandırın.
8. Civəni yığdıqdan sonra ağzınızı zəif marqan məhlulu ilə yaxalayın, 2-3 həb aktivləşdirilmiş kömür qəbul edin – bu toksinlərin orqanizmə təsirini azaldacaq.
9. 10 gün ərzində gündə üç dəfə 10 dəqiqəlik otağı havalandırın ki, civə buxarı tamamilə təmizlənsin.Nə etmək olmaz:
o Civəni süpürgə ilə yığmaq. Onun çubuqları metal kürəciyini xırda hissəciklərə parçalayır, onları yığmaq isə çətin olur.
o Civəni tozsoranla yığmaq. Tozsoran işlədikdə isinir, bu isə civənin buxarlanmasını sürətləndirir. Bundan əlavə, zərərli metal tozsoranın içində qalır və cihazı artıq istifadə etmək olmaz.
o Civəni yığdığınız paltarı yumaq. Bu paltaryuyan maşının zərərli metalla çirklənməsinə səbəb ola bilər. Civə ilə təmasda olan bütün paltar və əşyaları ləğv etmək lazımdır.Əhəmiyyətli telefon nömrələri
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi:
+994 (012) 421-13-93
+994 (012) 421-80-68
FHN zəng mərkəzi – 112 -

Motivasiya – Motivation
Həyatınız boyu edilməsi lazım olan işlər üçün motivasiyanızı yüksək tuta bilirsinizmi? Bəs, etdiyiniz hər işi, həmişə sevərək edirsiniz? Xeyr? Bəlkə də iş siyahınızı davamlı olaraq yeniləyir, amma bəzi işləri həmişə ən sona buraxır, davamlı olaraq təxirə salırsınız. Bir işə başlamağı təxirə saldıqca, ya da başa vurmaqda çətinlik çəkdikcə, əldə etdiyiniz yeganə şey: daha çox təzyiq və stress olar. Həm özünüzə olan etibarınızı, həm də müvəffəqiyyətinizi sürətlə aşağı salacaq olan bu vəziyyət motivasiya problemləri yaşadığınızın göstəricisi ola bilər.
Motivasiya insanın ümumiyyətlə performansı, işi və hədəfləri baxımından nə qədər istəkli və qərarlı olduğuna bağlı vəziyyətidir. Motivasiya sıfır olduqda, performans da mütləq sıfır olacaqdır.
Motivasiya aşağı olduqda, işə gəlmək istəməmək, gec qalmaq, yer dəyişdirmə, hətta işdən ayrılma istəyi kimi negativ hallar baş verir. Hər birimizin rastlaşdığı bu vəziyyətdən xilas olmaq isə o qədər də çətin deyil.
Özünüzə güvənin:
Bacara bilmərəm, edə bilmərəm deməyin: Bəli, edə bilərsən! Başqaları nə edə bilirsə, sən də edə bilərsən. Eyni boyda beyin, eyni iki qol və ayaq, hər gün eyni zaman kəsiyində başqalarının etdiyini qeyri-adi görünən hər bir şeyi sən də edə bilərsən.
Sabah edərəm deməyin: Bəlkə, edə bilməzsən. Bu gün edə biləcəyin şeyləri əsla təxirə salma. Sabah zəmanət deyil və gələcəyin nə gətirəcəyini heç kəs bilmir. Yalnız bu andan əminsən. Buradasan və hədəflərinə çata bilərsən.
Bu mənim üçün doğru olmaya bilər: Etməyə çalışdığınız şeyin sizin üçün ən yaxşısı olduğundan heç bir zaman 100% əmin ola bilməzsiniz. Çünki davamlı olaraq hər şey yenilənir və dəyişir. Hədəfə gedərkən bir çox dəfə yol dəyişdirə bilərsiniz. Əla fürsətlər qapınızı döyənə qədər gözləməyin. Hərəkət edin.
Unutmayın motivasiya daxili və xarici faktorlardan olduqca asılıdır. Öz motivasiya mənbələrinizi idarə etməyə çalışın.
Daxili motivasiya: Daxili faktorlara bağlı şəxsi ehtiyaclarınızı qarşılama motivasiyanızdır. Hobbilər, boş zamanınızda etdiyiniz fəaliyyətlər və s. daxili motivasiya sayəsində etdiklərinizə bir nümunədir. Daxili motivasiya söz mövzusu olduqunda, etdiyiniz şeyi yalnız və yalnız “zövq aldığınız üçün” edərsiniz, məcbur olduğunuz üçün deyil
Xarici motivasiya: Digərləri tərəfindən təqdim edilən və ya idarə edilən xarici faktorlarla əlaqədar olaraq ortaya çıxan motivasiyadır. Aldığınız maaş ya da tərif xarici motivasiyaya nümunədir. İş həyatı demək olar ki, xarici motivasiya üzərində inşa edilmişdir. Etməkdə olduğumuz işin bir hissəsindən şəxsən zövq alsanız da, təməl motivasiya mənbəyi xarici təsirlərdir.
Əslində ən çox təsir xaricdən gələn təsirlərdir. Sevmədiyiniz bir işi görərkən eşitdiyiniz xoş tərif və ya mükafat sizi sevindirə biləcəyi kimi, eyni zamanda sevdiyiniz bir işi görərkən əmək haqqının ödənilməməsi, ya da gördüyünüz işə dəyər verilməməsi sizin işə olan marağınızı öldürə bilər.
Amma nə olur olsun xaricdən gələn mənfi təsirlərə fikir verməyin. Sadəcə özünüzə inanın. Əmin ola bilərsiniz ki, hər şey gözəl olacaq.
İstinad: hr-az.com
Mənbə: motivasiya.com -

Maddənin Təhlükəsizlik Məlumatı vərəqi – MSDS
MSDS – Material Safety Data Sheet – Maddənin təhlükəsizlik məlumatları sənədi
Giriş
Maddənin təhlükəsizlik məlumatı (bundan sonra MSDS) maddənin potensial təhlükələrini və onunla hansı formada təhlükəsiz davramağın yolarını gösətərən bir sənəddir. MSDS maddənin üzərindəki məhsul nişanından (product label) daha çox məlumatları özündə cəmləyir. MSD maddənin, məhsulun təchizatçısı və ya istehsalçısı tərəfindən hazırlanır. Burada əsas məqsəd:
• Sifarişçini məhsulun mümkün təhlükələrindən xəbərdar etmək
• Məhsuldan necə təhlükəsiz istifadə etməyin yollarını gösətərmək
• Tövsiyyələrəə əməl olunmadığı təqdirdə nələr baş verə biləcəyini bildirmək
• Qəza baş verərsə hansı addımı atmaq
• Məruzqalamanın simptomlarının nələrdən ibarət olduğunu bildirmək və s.MSD-ə ehtiyyac varmı?
Yerli qanunvericilik barəsində bir söz deyə bilməsək də, qeyd etmək istəyirik ki, əksər ölkələrdə hər bir maddənin MSDS-nin olması zəruri bir haldır. Hər bir maddəyə görə onlara spesifik MSDS hazırlanmalıdır. Misal üçün, Kanadada bu proses WHMIS (Workplace Hazardous Materials Informations System) ilə idarə olunur.MSDS-də hansı məlumatlar öz əksini tapır?
Qeyd edək ki, bu regiondan və ölkələrin qanunlarından asılı olaraq dəyişə bilir. Bəzi ölkələrin hazırladığı MSDS-lərdə 9, bəzilərində 12, bəzilərində 16 məlumat əks olunur. Avropa zonası üçün bu rəqəm 16-dır və aşağıdakı məlumatlardan ibarətdir:
• Maddənin adı, istehsalçısı, təchizatçısı, əlaqə nömrələri, ünvan
• Maddənin tərkibi (kommersiya sirri olduğundan, əksər vaxtlar bu məlumat detallı şəkildə yazılmır)
• Təhlükəliliyi, xüsusiyyətləri
• İlk yardım tədbirləri
• Yanğın baş verərsə onunla mübarizə üsulları
• Təsadüfi dağılmalar zamanı görüləcək tədbirlər
• Düzgün istifadə və saxlanma qaydaları
• Maddəyə məruz qalmadan mühafizə və FMV
• Stabilliyi və reaktivliyi
• Fiziki və kimyəvi xüsusiyyətləri
• Toksikoloji məlumatları
• Ekoloji məlumatları
• Tullantıların düzgün idarə olunması
• Daşınma qaydaları
• Qanuni cəhətdən tənzimlənmə məlumatları
• Digər məlumatlar (misal üçün: qısaltmaların izahı və s)MSDS-də göstərilən məlumatların oxucuları əsasən SƏTƏMM nümayəndələri, həkimlər, sağlamlığa cavabdeh digər şəxslərdir. Lakin, supervayzerlər, sıravi işçilər, fövqəladə hallara reaksiya komandasının üzvləri və digər şəxslər də MSDS-dən anlayışları olmalıdır. Verilən məlumatların hamı tərəfindən başa düşülməsi üçün MSDS tez bir zamanda dəqiq, asan, başa düşülən formada hazırlanmalıdır.
MSDS-də gösətrilən məlumatların hamısı siz tərəfindən oxunmalıdırmı?
Məsləhətdir ki, qeyd olunan bütün məlumatlar oxunsun, lakin tələb deyil. Başqa sözlə Elə də vacib deyil. Bir az da açıqalsaq, daha doğrusu bu daşıdığınız vəzifədən asılı ola bilər. Misal üçün, iş yerindəki həkim üçün maddənin təhlükəlilik xarakteristikası və ilk yardım tədbirləri daha vacibdir, nəinki maddənin düzgün daşınma (transportation) qaydaları. Lakin, istənilən halda bütün işçilər maddənin təhlükələrindən agah olmalı və düzgün mühafizə tədbirlərini bilməlidirlər.MSDS-dəki məlumatlar nə vaxt istifadə edilməlidir?
Əlbbət ki, sizin iş yerinizdə çox sayda kimyəvi maddələr saxlanıla bilər. Və sizin bunların hamısının MSDS-indəki məlumatları yadınızda saxlamağınız çətin olacaq. Elə bir tələb də yoxdur ki, bütün maddə haqqında məlumatları bilməlisiniz. Xeyr. Belə olsa idi,
MSDS vərəqləri nəyə lazım idi?!
Yaxşı təcrübədir ki, maddələrin daşınması və iş yeridə yilkin yerləşdirilməsi işini görən şəxslər bu məlumatlarla tanış olmalıdırlar. Ümumi halda isə, hər dəfə işdən öncə aidiyyatı maddənin MSDS-nə nəzər yetirmək lazımdır.MSDS-dəki məlumatlar köhnə ola bilərmi?
Əlbəttə ki… Nəzəriizdə saxlayın ki, iş yerinizdə olan maddələrin MSDS-ləri minimum 3 ildən bir yenilənməlidir. Bu o demək deyil ki, MSDS-dəki məlumatlarda mütləq hansısa dəyişikliklər olmalıdır. Xeyr. Lakin, 3 ilin tamamında maddənin istehsalçısına və ya təchizatçıya müraciət etmək və ondan təkrarən aidiyyatı MSDS-i tələb etmək lazımdır. Ola bilər ki, istehsalçı tərəfindən hansısa yeni məlumatlar əlavə olunsun və ya hansısa köhnə məlumatlar MSDS-dən çıxarılsın. İstəlin halda qeyd olunan müddətdən bir
MSDS-in yeni versiyası istənilməlidir.İşəgötürənin MSDS üçün məsuliyyəti varmı?
Əlbəttə. Ən böyük məsuliyyət ondan ibarətdir ki, işəgötürən istifadə etdiyi maddələrin iş yerində MSDS-nin olduğuna və onların yeni olduğuna əmin olmalıdır. Bundan başqa, MSDS məlumatlarının işçilər üçün əlçatan olması naminə işlər görməlidir. Misal üçün, işçilərə bu mövzu ilə bağlı təlimlərin keçirilməsi, məlumatların verilməsi, iş yerində müxtəlif sahələrdə MSDS vərəqlərinin yerləşdirilməsi və s.
Unutmayın ki, əgər işəgötürən özü öz iş yerində kimyəvi maddə hazırlayıb onları istifadə edirsə, bu halda, işəgötürən həmin qarışığın MSDS-ni tərtib etməlidir.
Qeyd: Kimyəvi maddələrdən təhlükəsiz istifadə qaydaları haqqında daha ətraflı məlumat üçün HSE.AZ saytında “sağlamlıq” bölməsindəki “COSHH” təlimatımıza nəzər yetirməyinizi məsləhət görürük.Mənbə: American National Standard for Hazardous Industrial Chemicals – Material Safety Data Sheets – Preparation (ANSI Z400.1-2004), Canadian Occupational Health and Safety.
-

Səs-küy – Noise
Səs gündəlik həyatımızın bir hissəsidir, lakin həddindən artıq səs eşitmənin daimi zədələnməsinə və itirilməsinə səbəb ola bilər.
İş yerində işəgötürənin səs-küydən sizi müdafiyə etmək üçün məsuliyyəti var.İşəgötürən aşağıdakıları etmək üçün borcludur:
• Daha az səsli avadanlıqlardan istifadə etməli, prosesdəki səsi azaltmalıdır
• Səsin mənbəyindən azaldılması üçün mühəndislik/texniki tədbirləri görmək
• Səs-küyü azaltmaq üçün səsboğucu, səsuducu materiallardan istifadə etmək
• Səs-küyün səviyyəsini azaltmaq üçün iş metodlarını inkişaf etdirmək
• Səs-küyün çox olduğu ərazilərdə iş müddətini məhdudlaşdırmaq
• Müvafiq FMV ilə təmin etməkİşçinin bu mövzu üzrə məsuliyyətləri:
• Eşitmə orqanının müdafiə edilməsi üçün işəgötürənlə əməkdaşlıq etmək
• İşçiyə verilən FMV-dən istifadə etmək
• Qulaqların müdafiəsi üçün verilən FMV-ni qorumaq
• Eşitmənin yoxlanması tədbirlərində iştirak etmək
• Bu mövzu ilə bağlı aşkar olunan problemi vaxtında məruzə etməkFMV: İşəgötürən tərəfindən qulaqların mühafizəsi üçün uyğun qulaqcıq və qulaqlıqlar təmin olunmalıdır. Eyni zamanda, işəgötürən FMV-lərdən düzgün istifadə üçün təlim verməli və onların saxlanması üçün şəraitlə təchiz etməlidir… Unutmayın ki, qulaqcıq (ear muff, ear plug) və qulaqlıqların (headphone) hərəsinin özünün üstün və mənfi cəhətləri var ki, bunlarda həm işəgötürən, həm də işçi ilə birgə müzakirə şəklində iş üçün daha uyğun olan FMV-nin seçilməsi ilə müəyyən mənada həll oluna bilər.
Təhlükəsizlik nişanı: arxa fon göy rəng, göy rəng üzərində ağ rənglə qulaqlıq işarəsi verildiyi təqdirdə, həmin ərazidə qulaqlıqladan sitifadə etməyin məcburi olduğu nümayiş olunur.
Səs-küyə nəzarət tədbirlər:
• Risklərin qiymətləndirilməsi
– Səs-küylə bağlı təhlükələrin müəyyən olunması
– Səsə məruz qalma ehtimalının dəyərləndirilməsi
– Səs-küyü aradan qaldırmaq və riskləri minimuma endirmək üçün nəzarət tədbirlərini müəyyən etmək
– Müvafiq qeydləri yerinə yetirmək
• Səsi mənbəyində azaltmaq (əvəzetmə üsulu, avanalığa texniki xidmət üsulu, prosesin modifikasiyalaşdırlması, səsboğucuların quraşdırılması)
• Səs-küyün gəldiyi yolların kəsilməsi (misal üçün: nasos üzərində xüsusi örtüyün quraşdırılması ilə səsin ətrafa yayılmasının qarşısını almaq, izolyasiya, səsin udulması)
• İşçilərə informasiya və təlimin verilməsi
• Səs-küyün tsirindən qorunmaq üçün xüsusi otaqların, kabinlərin hazırlanması
• İşçilərə uyğun FMV-nin verilməsi
• İşçilərin sağlamlıqla bağlı müşahidələrinin, yoxlanılmasının təmin edilməsiSəs-küyə məruz qalmanın insandakı təsirləri:
• Yüksək səs-küyə qısa müddət ərzində məruz qalma nəticəsində eşitmədə müvəqqəti azalma
• Yüksək səs-küyə qısa müddət ərzində məruz qalma nəticəsində qulaqlarda müvəqqəti cingilti
• Yüksək səs-küyə davamlı şəkildə məruz qalma nəticəsində eşitmənin həmişəlik itirlməsi (NHL – Noise induced hearing loss)
• Yüksək səs-küyə davamlı şəkildə məruz qalma nəticəsində qulaqlarda daimi cingilti
• Maşın səsi, alarm, sirena, danşıq kimi səsləri eşitməmək
• Stres
• Fikri cəmləməkdə, konsentrasiyada çətinliklərİnsanlar yüksək səs-küyə məruz qaldıqları zaman eşitmə mexanizmi öz-özünə zədələnir. Eşitmə mexanizmi səsi xarici mühitdən alaraq xarici qulaq və orta qulaq vasitəsilə daxili qulağa ötürür. Daxili qulaqda olan mikroskopik sesnsor tükcüklər bu səsi aşkar edir və beyinə sinir impulsları ötürür. Həddindən artıq yüksək səs-küyə məruz qalmaq qeyd olunan bu mikroskopik tükcükləri narahat edir…
Bir dəfə yüksək səs-küyə məruz qalmaq mikroskopik kiçik tükcükləri titrədəcək, lakin zədələnməyəcək, öz-özünə yenidən əvvəlki vəziyyətinə bərpa olacaq. Lakin, Təkrar səs-küyə məruz qalma sesnor tükcüklərin bərpaolunmaz zədələnməsinə səbəb olacaq ki, bu da eşitmənin itirilməsinə gətirib çıxaracaq.Eşitmənin qiymətəndirilməsi:
Qiymətləndirməni yerinə yetirmək üçün iş yerində səs-küyün mövcud səviyyəsini və işçinin bu səs-küyə məruz qalma müddəti müəyyən olunmalıdır.Səs-küyün səviyyəsinin ölçülməsi üçün avadanlıqlar:
• Sadə səs ölçən alət
• İnteqrə olunmuş səs ölçən alət
• DozimetrSəs-küyə məruz qalma limiti:
• Gündəlik və həftəlik səs-küyə məruz qalmanın aşağı səviyyəsi – 80 DB (A)
• Gündəlik və həftəlik səs-küyə məruz qalmanın yuxarı səviyyəsi – 85 DB (A)Yüksək səs-küyə məruz qalma riski böyük olan sahələr:
• Tikinti sahəsi – maşın və avadanlıqların hərəkəti və s
• Hərbi sahə – silah və ağır artilleriya və s
• Əyləncə sektoru – gecə klubları və s
• İstehsal sektoru
• Zəng-mərkəzləri – daimi şəkildə telefon-qulaqcıqlardan sitifadə edilməsiAşağıdakı mənbələr üzrə səsin səviyyəsi:
– Normal danışıq zamanı – 50-60 db
– İt hürməsi – 70 db
– Nəqliyyat vasitələrinin hərəkəti – 90 db
– Motosiklet – 95 db
– Musiq-qulaqcıq – 100 db
– Rok konsertləri – 120 db
– Təyyarənin yerindən tərpənməsi – 140 db
– Silahla atəş – 140-162 db -

Şəkərli diabet xəstələri üçün pəhriz proqramı (müəllif: RMDM)
Şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş bu pəhriz proqramı Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən hazırlanıb.
-

İlk yardım çantası – First aid kit
Burada yazılanlar hər hansı bir müəssisənin qayda-qanunlarının formalaşması üçün əsas ola bilməz!
Azərbaycan Respublikasının müvafiq normativ aktlarına, sənədlərinə, nizamnamələrinə, qanunvericiliyinə istinad edilməlidir!Harda və hansı şəraitdə başımıza iş gələcəyi məlum deyil. İnsan həyatını xilas etməyə hər kəs hər zaman hazır olmalıdır. Bəzən ölümün belə qarşısını almaq mümkündür. Amma necə?
Son zamanlar qəzalarda xəsarət alan, ölən insanların xəbərini eşitmək bizim üçün adi hal alıb. Çoxları buna “Alın yazısıdır”, “Əcəli elə burda çatıbmış” deyərək yan keçir. Əslində isə belə deyil. Vaxtında insana ilkin yardımın göstərilməsi ona yenidən həyatı, yaşamağı qazandıra bilər. Bunu etmək üçün hər bir evdə, maşında, iş yerində tibb qutusunun olması yaşamaq qədər vacibdir.
İlk yardım çantası nədir və necə olmalıdır?
İlk yardım çantalarında hər hansı bir qəza baş verəndə zərərçəkənə ilkin köməyi göstərmək üçün lazım olan vasitələr və preparatlar olmalıdır. Bu çanta evdə, maşında, səyahətdə, iş yerində, məktəbdə və s. məkanlarda insanların köməyinə çatacağı düşünülərək hazırlanır. Çanta zərbəyə davamlı, toz və nəmişlik keçirməyən materialdan hazırlanmalı və asan daşına bilmək üçün tutacağı olmalıdır. Üzərində Qızıl Ayparanın olması mütləq vacibdir.
İlk yardım çantalarına zamanı gəldikcə nəzarət edilməli və çatışmayanlar alınmalıdır. Vaxtı keçmiş dərmanlar atılmalı, əvəzinə yenisi qoyulmalıdır. Çantanın ağzını qıfıllamaq lazım deyil, çünki bəzi hallarda onu açmaq çətin ola bilər. Təbii ki, hər bir preparatdan düşüncəli şəkildə istifadə edilməlidir, əks halda zərərçəkənə kömək etməkdən çox zərər verə bilərsiniz.
Tibb çantaları daima sizin asanlıqla götürə biləcəyiniz bir yerdə olmalıdır. Uşaqların istifadə edə bilməyəcəyi bir yüksəklikdə qoyulmalıdır.
İlk yardım çantaları məqsədə və istifadə ediləcəyi məkana görə hazırlanır və müxtəlif adları vardır. Məsələn, fərdi tibb çantası, nəqliyyat, səyahət üçün hazırlanmış tibb çantası. Geniş bir sahədə, çölçülükdə işləyən meşəbəyinin çantasında mütləq ilan və həşəratların zəhərinə qarşı preparatlar, ağrıkəsiciliər, antibiotiklər olmalıdır.
Fərdi tibb çantası, eləcə də ev üçün nəzərdə tutulmuş çanta iş yerində, məktəbdə kçik qəzalar zamanı insanlara kömək edəcək preparatlarla təchiz edilməlidir. Çantanı hazırlayan şəxs özünün də ehtiyac duyduğu preparatları mütləq bura daxil etməlidir. Xroniki xəstəlikləri olan şəxslər xüsusilə diqqətli olmalı və tez-tez ehtiyacı olan dərmanları özlərilə götürməlidirlər.
Ümümilikdə fərdi tibb çantalarında aşağıdakı vasitələr olmalıdır:
– Plastır (yara bandı), steril qablaşdırılmış bezlər, salfetlər
– Qrelka, hazır sarğılar
– Müxtəlif ölçülərdə üçbucaq və rulon sarğılar
– Qayçı, pinset, şpris, plastik buz torbası
– Sancaq, pambıq paketi, termometr
– Qələm, qeyd dəftəri, əl fənəri
– Antiseptik preparatlar, ağrıkəsicilər, antibiotiklər, yanıqlara qarşı maz, vazelin
– Naşatır spirti, spirt, yod, hidrogen-peroksid, insanı ayıldan maddələr
– İlk yardım kitabçasıLakin unutmayın ki, iş yerlərində ilk yardım qutularında dərman preparatlarının yerləşdirilməsi müəyyən problemlərə yol aça bilər. Ona görə də, iş yerlərində qanunun tələbinə uyğun təyin olunmuş həkimin olması vacibdir. Bu cür olduğu halda, ilk yardım qutularında dərmanlar istisna olmaqla digər vasitələr yerləşdirilməlidir. Bu vasitələrdən düzgün istifadə üzrə işçilərə təlim keçirilməlidir. İş yerlərində işçilərin özləri ilə dərman preparatları gətirilməsinin qadağan olunması məqsədəuyğun olardı. Ya da, işçilərin özləri ilə gətirdikləri dərmanları iş yerində olan həkimə göstərmələri, onların qeydiyyata alınması və həkimin müvafiq məsləhətlər verməsi tələb kimi qoyula bilər.
Səyahətə gedənlərin çantasında nələr olmalıdır?
Qarşıdan isti yay ayları gəlir. Çoxumuz bu qızmar günləri dağ rayonlarında, kəndlərdə və meşələrdə tikilmiş kurort-turizm mərkəzlərində keçiricəyik.Yaz-yay fəsli həm də zəhərli cücülərin, həşəratların qaynaşan vaxtıdır. Gül-çiçək dolu çəmənlərin üstündə gəzmək, ağaclardan meyvə dərmək zövqü bəzi hallarda zəhərli böcəklərin sancması ilə bitə bilər.
Xoşagəlməz hallardan qorunmaq üçün səyahətə gedən şəxslər tibb çantalarında mütləq antiseptik preparatlar və antibiotiklər, həşəratqovucu mazlar, cücü, ilan sancmasına qarşı dərmanlar, plastır, sarğı, sancaq, şpris, ağrıkəsici və keyləşdirici iynələr, əl fənəri, pambıq, spirt, yod, hidrogen peroksid, naşatır spirti və s. götürməlidirlər.
Avtomobildə tibb çantasının olması həyat qurtara bilər
Tibb çantaları həm də nəqliyyat üçün hazırlanır. Hər gün onlarla yol qəzası baş verir. Son zamanlarda yol qəzası nəticəsində həyatını itirənlərin sayı sürətlə artmaqdadır. Araşdırmalar nəticəsində məlum olub ki, yol-nəqliyyat hadisələri zamanı ölüm hallarının 20-30 faizinin əsas səbəbi ilk tibbi yardımın doğru göstərilməməsi, avtomaşınlarda tibb çantasının olmadığından zərərçəkmiş şəxslərə digər insanların vaxtında yardım edə bilməməsindən irəli gəlir.
Kim bilir, bəlkə də həmin an qəzaya düşmüş şəxsə xəstəxanaya çatdırılana qədər ilkin tibbi yardım vaxtında göstərilsəydi bu adamın həyati təhlükəsi sovuşardı. Və ya elə hal ola bilər ki, siz tibb qutusundakı ləvazimatlarla öz yaranızı sarımaqla kifayətlənə bilərsiz. Heç kəs qəzalardan sığortalanmayıb. Ona görə də, insanlar olduğu yerdən asılı olmayaraq kimlərəsə kömək etməyə hazırlıqlı olmalıdırlar. Xüsusilə hər bir nəqliyyat vasitəsində ilkin tibbi yardım göstərmək üçün tibb qutusu olmalıdır.
Eyni zamanda sürücülər, eləcə də digər insanlar ilkin tibbi yardım haqqında bəzi bilgilərə sahib olmalıdırlar. Buna baxmayaraq sürücülərin əksər hisəsinin, eləcə də vətəndaşların ilk tibbi yardım haqda məlumatları belə yoxdur.
Nəqliyyat üçün hazırlanmış tibb çantasında qol və qıç nahiyələrindəki qanaxmaları kəsmək üçün hörgülü bant, sterilə edilmiş tənzif, pambıq, yod, spirt, naşatır spirti, şpris, ağrıkəsici iynələr, müxtəlif ölçülü sarğı bezləri, plastır, qayçı və s.olmalıdır. Bəs bu vəsaitlərdən necə istifadə edilməlidir? Bəzilərinin izahını verək:
Steril tənzif: Ümumiyyətlə 30 x 50 sm ölçüsündə hörgülü, incə məsaməli və pambıqdan hazırlanmış steril xüsusiyyətli vəsaitdir. Qanlı və ya yaralı hissənin üzərinə qoyularaq istifadə edilir. İlk yardım çantasında ən az 5 ədəd saxlanılır.
İp-Böyük sarğı bezi: 10 sm enində, 3-5 metr boyundadır. Yara üzərindəki tənzifin yerində durmasına və qırıqların sarılmasında istifadə edilir. Çantada 2 ədəd saxlanılması lazımdır.
Hidrofil pambıq: Sarğı vəsaiti olaraq yaranın üzərinə qoyulmuş tənzifin üstünə qoyularaq istifadə edilir. Tənzifin üstünü tutar və sızan qanın axmasını önləyir. İlk yardım çantasında olması zəruridir.
Plastır (yara bandı): Bir səthi yapışqan bantdır. Yara üzərinə qoyulan tənzifin yerində qalmasını və sarğı bezinin açılmasını önləmək üçün istifadə edilir.
Qayçı: Yaralının geyimini kəsmək üçün istifadə edilir. Qayçı paslanmayan poladdan olmalıdır.
Üçbucaq sarğı: Kənarları bərabər üçbucaq formasında hazırlanmış sarğı bezidir.
Tibb qutusunda olan vəsaitlərin istifadə tarixinin keçməməsinə nəzarət etmək, köhnələri yenilərlə əvəz etmək lazımdır.Hər ölkədə olduğu kimi Azərbaycanda da bütün nəqliyyat vasitələrinin içində tibb qutusunun olması qanunla tənzimlənir. Avtomobil texniki baxışdan keçirilərkən diqqət ediləsi əsas məqamlardan biri də tibb qutusunun olması, tibb çantasının tərkibidir. Buna baxmayaraq, nəqliyyat vasitələrində tibb çantasına çox nadir hallarda rast gəlinir.
Hər an bir həyatı xilas etmək üçün bizə qanun və ya cərimə tətbiq olunmalıdırmı? Axı kiçik bir qutu kiminsə evinə sevinc, xoşbəxtlik bəxş edə bilər. Bunu etmək o qədər də çətin deyil. Sizdən tələb olunan avtomobilinizdə kiçik bir çantanın olmasıdır. İndi elə bir əsrdə yaşayırıq ki, hər şeyi hazır şəkildə əldə etmək mümkündür.
Sadəcə 3-5 manatınızdan keçmək üçün bir az cəsarət lazımdır.
-

Dəm qazından zəhərlənmənin profilaktikası
Kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. Dəm qazı natamam yanma məhsulu olub güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsi ilə xaric olunur.
Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar yarandıqda insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Bu da nəticə etibarı ilə dəm qazından zəhərlənmələrə səbəb olur.
Dəm qazı ilə zəhərlənmə daha çox rast gəlinən zəhərlənmələr siyahısında (alkoqoldan, dərman preparatları və narkotik maddələrlə zəhərlənmədən sonra) dördüncü yeri tutur.Bu cür zəhərlənmə halları baş verdikdə və vaxtında lazımi tibbi köməklik göstərilmədikdə sonluq arzuolunmaz hadisələrlə nəticələnə bilər.
Dəm qazı orqanizmə əsasən nəfəsalma zamanı ağ ciyərlər vasitəsilə daxil olur. Orqanizmə daxil olan dəm qazı hemoqlobinlə birləşərək karboksihemoqlobin əmələ gətirir. Karboksihemoqlobin isə dəm qazı ilə hemoqlobinin çətin ayrılan birləşməsi olduğundan oksigenin hemoqlobin vasitəsilə üzv və toxumalara daşınmasının qarşısını alır. Nəticədə orqanizmdə hipoksiya (oksigen azlığı) başlayır. Hipoksiya bütün orqanizmin, eləcə də onun ayrı-ayrı üzv və toxumalarının oksigenlə təchizatının pozulmasıdır. Mərkəzi sinir sistemi, ürək, həmçinin böyrək və qara ciyərın toxumaları hipoksiyaya daha çox həssasdır.İnsanlar yüksək konsentrasiyalı dəm qazı olan mühitdə çox qaldıqda zəhərlənmə daha güclü, ölüm isə bir o qədər sürətli olur. Dəm qazından zəhərlənmə hallarının yuxarıda göstərilən misallarla yanaşı, eyni zamanda avtomobillərdə də baş verməsi mümkündür. Belə ki, avtomobilin qarajda 10 dəqiqə işləməsi şəraitində nəfəs alan adamın qanında karbon-monooksidin miqdarı ölümcül həddə çata bilər. Havada dəm qazının miqdarı 0,08% olduqda başağrısı, başgicəllənmə və boğulma başlayır. Dəm qazının miqdarı nəfəs aldığımız havada 0,32% olduqda 30 dəqiqə ərzində, 1,2% olduqda isə 2-3 dəqiqə ərzində (2-3 nəfəs almadan sonra) ölüm baş verir. Zəhərlənmə zamanı ölümün səbəbi isə tənəffüs mərkəzinin iflici nəticəsində ürəyin dayanmasıdır.
Atmosfer havasına dəm qazı əsasən 2 yolla daxil olur:
1. Təbii mənbələrdən daxil olan dəm qazı.
2. Antropogen mənbələrdən daxil olan dəm qazı.
Təbii yolla dəm qazı əsasən metanın və digər karbohidrogenlərin iştirakı ilə zəncirvari reaksiya şəklində atmosfer havasına daxil olur.
Antropogen mənşəli dəm qazı isə insanların qızdırıcı cihazlardan düzgün istifadə etməməsi nəticəsində əmələ gəlir. Eyni zamanda daxili yanma mühərriklərinin işləməsi nəticəsində əmələ gələn dəm qazı da bu qrupa aiddir.Dəm qazı ilə zəhərlənmənin səbəbləri:
– suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması (duş qəbul edən şəxsi nəzarətdə saxlamaq və tez-tez maraqlanmaq vacib şərtdir);
– soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması;
– standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi;
– sobanın qapağının vaxtında bağlanmaması;
– yanacağa yanma üçün lazımı miqdarda havanın daxil olmaması;
– tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi;
– sobanın və tüstü çəkən bacanın nasaz vəziyyətdə olması;
– sobada və borularda çatların və nasazlıqların olması;
– insanların yanğın ocaqlarında olmaları;
– qarajda avtomobilin işlək vəziyyətdə olması;
– qapalı yerlərdə, xüsusilə otaqlarda və mənzillərdə hava mübadiləsinin pis olması;Dəm qazı ilə zəhərlənmənin əlamətləri:
Yünqül dərəcə
1. küt başağrısı
2. başgicəllənmə, gicgah nahiyəsində döyüntü hissiyyatı
3. təngnəfəslik
4. quru öskürək
5. gözdən yaş axma və müvazinətin itməsi
6. sinə və boğaz nahiyəsində ağrı
7. öyümə
8. qusma
9. görmə və eşitmə hallusinasiyaları
10. dəri və selikli qişaların hiperemiyası (qızarması)
11. ürək döyüntüsü
12. Qan təzyiqinin artması
Orta ağır dərəcə
1. yuxuluq
2. hərəkətin məhdudlaşması
Ağır dərəcə
1. huşun itməsi,
2. qıcolmalar
3. psixomotor oyanmalar
4. tənəffüs və ürək sistemlərinin fəaliyyətinin dayanması nəticəsində ölüm.İlk tibbi yardım:
– təcili olaraq zərərçəkmişə oksigenin verilməsini təmin etmək;
– əgər zərərçəkmişi təmiz havaya çıxarmaq üçün şərait yoxdursa və ya oksigenlə təmin etmək mümkün deyilsə, onda “CO” markalı əleyhqazlardan istifadə etmək olar;
– əgər zərərçəkmiş özündə deyilsə, təcili yardım gələnə kimi ağız boşluğunu qusuntu kütləsindən təmizlədikdən sonra süni tənəffüs vermək lazımdır ki, huşu özünə gəlsin;
– otağı yoxlamaq, qapı və pəncərələri açmaq, qızdırıcı cihazı söndürərək otağı tərk etmək;
– dəm qazının otağa daxil olmasının qarşısını almaq;
Dəm qazından zəhərlənmənin profilaktikası:
– dəm qazından zəhərlənmənin qarşısını almaq üçün soba boruları və bacalar mütəmadi olaraq yoxlanılmalı, qaz cihazları və istilik sistemlərinin sazlığına daim ciddi nəzarət edilməlidir. Belə ki, sobaların tüstü borularının bayıra çıxışı olmalı, otağın havası tez-tez dəyişdirilməli və bacalar il ərzində ən azı bir dəfə təmizlənməlidir.
– adi əleyhqazlar vasitəsilə dəm qazından qorunmaq mümkün olmur. Çünki dəm qazı aktivləşdirilmiş kömürdə udulmur. Dəm qazı olan şəraitdə işlədikdə xüsusi əleyhqazlardan istifadə edilir.Dəm qazından qorunmaq üçün manqan 4-oksid və mis oksid qarışığından ibarət katalizatorla təchiz olunmuş universal əleyhqazlardan istifadə edilir. Katalizator əleyhqazın uducu hissəsində yerləşdirilir. Dəm qazı katalizator vasitəsilə oksidləşərək qeyri-toksik xassəli karbon 4-oksidə çevrilir. Oksidləşmə zamanı istilik enerjisi ayrılır ki, bu da nəfəs aldığımız havanı qızdırır. Belə əleyhqazlarla dəm qazının konsentrasiyası 10% -ə qədər olan şəraitdə də nəfəs almaq olur. Eyni zamanda bu əleyhqazlarla ammonyak, xlor, tsikloheksan, fosgen və s. kimyəvi maddələrdən də qorunmaq olur.
Mənbə: Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti
-

Sağlamlığın 8 qızıl qaydası
Sağlamlıq əsl sərvətdir. Təəssüf ki, əksəriyyətimiz bunu sağlamlıqda problemlər əmələ gəldikdə dərk etməyə başlayırıq. Əslində insan orqanizmi çox möhkəm və özü özünü bərpa etmək xüsusiyyətinə malik olan mükəmməl bir sistemdir.
Bizdən yalnız bu proseslərə mane olmamaq və bacardığımız qədər kömək etmək tələb olunur.
Sağlam olmaq üçün çox sadə qaydalara əməl etmək kifayətdir.
Bu qaydalar:1. Pis vərdişlərdən imtina edin.
2. Hər gün ən azı 1 saat ərzində bədən tərbiyəsi ilə məşğul olun və ya heç olmasa açıq havada orta tempdə gəzin.
3. Hər gün təxminən 2 l təmiz su için.
4. Hər gün 500 qr meyvə-tərəvəz yeyin.
5. Stresdən uzaq olun.
6. Bədən çəkinizi daim normada saxlayın.
7. Sağlam qidalanın.
8. Kifayət qədər yatın və dincəlinQeyd: Bu yazı “Sağlamolun.az” saytına məxsusdur.
-

Radiasiya təhlükəsizliyi – Radiation safety
Radioaktiv maddələr qaz, toz, bərk və maye halında olur. İnsanlar nüvə silahının tətbiqi, nüvə partlayışı zamanı və nüvə təhlükəli obyektlərdə (ionlaşdırıcı şüa mənbələri istehsal və istifadə olunan müəssisələrdə və s.) radionuklidlərin təsiri altında radiasiya təhlükəsi ilə üzləşə bilərlər.
Əgər radiasiya təhlükəsi yaranıbsa, mütləq şəkildə həmin ərazidə torpaq, su, hava, tikililər və s. radioaktiv çirklənməyə məruz qalır. Hava radioaktiv maddələrlə nə qədər çox çirklənərsə şüalanma təhlükəsi bir o qədər artır. Radioaktiv tozla çirklənmiş hava külək vasitəsi ilə sürətlə yayılır və radioaktiv maddələr zamanla daha geniş ərazidə suyun və torpağın üst qatına çökür. Nəticədə, torpağın üst qatından dərinliklərinə çökən radioaktiv maddələr canlıların qida və su vasitəsilə radiasiya təhlükəsi ilə üzləşməsinə zəmin yaradır. Bu səbəbdən, ərazidən küləyin əks istiqamətinə doğru uzaqlaşmaq lazımdır.
Radioaktiv çirklənmə əhalinin sağlamlığı ilə yanaşı, kənd təsərrüfatına da ciddi ziyan vurur. Bu zaman çirklənmiş ərazidə istehsal olunan kənd təsərrufatı məhsullarının istifadəsinə, balıqçılıq və ovçuluğa qadağalar qoyulur. Böyük miqyaslı radiasiya təhlükəsi yarandıqda isə kilometrlərlə, bəzən də on kilometrlərlə ərazidən insanların təxliyyəsi təşkil olunur.
Radiasiyanın insan orqanizminə təsiri:
Radioaktiv maddələr orqanizmə daxil olduqda sinir sisteminin funksiyası pozulur, qalxanabənzər vəzini, ağ ciyərləri, mədə-bağırsağın selikli qişasını zədələyir və nəticədə, insan bədənindəki hüceyrələr sıradan çıxır. Çox zaman hüceyrələrin bərpasına orqanizmin gücü çatmır, daxili orqanların fəaliyyəti pozulur, infeksion xəstəliklərə qarşı immunitet zəifləyir və insan həyatı üçün ciddi təhlükə yaranır.
Radioaktiv çirklənmədən qorunma yolları:
– Radioaktiv maddələrlə çirklənmiş ərazilərdən mümkün qədər uzaq məsafədə olmaq;
– Radioaktiv maddələrlə çirklənmiş havada fərdi mühafizə vasitələri ilə nəfəs almaq;
– Radioaktiv maddələrlə çirklənmiş qida məhsullarından istifadə etməmək;
– Radioaktiv toz buludlarının yaşayış yerinə yaxınlaşması barədə xəbərdarlıqdan sonra mənzillərin qapı və pəncərələrini, havalandırma sistemlərini kip bağlamaq, küçəyə çıxmamaq;
– Səhhətdə hər hansı dəyişiklik baş verdikdə dərhal yaxındakı tibb müəssisəsinə müraciət etmək;
– Radioaktiv təhlükə zamanı ev heyvanlarını qapalı yerdə saxlamaq, onlarla təması məhdudlaşdırmaq;
– Radioaktiv çirklənmənin yayılma sahəsi, dərəcəsi və profilaktik tədbirlər barədə rəsmi qurumların yaydığı məlumatları izləmək.Təxliyyə tədbirləri:
– Aidiyyəti qurumların “radiasiya təhlükəsi” siqnalından dərhal sonra təxliyyə ilə bağlı tələblərinə sözsüz əməl olunmalıdır;
– “Radiasiya təhlükəsi” siqnalı səsgücləndirici vasitələr, teleradio şəbəkəsi və sirenalar vasitəsi ilə 2-3 dəqiqə davam edən siqnaldır;
– İçində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlayın;
– Təxliyyə zamanı uşaqlara, yaşlılara, fiziki qüsurlu şəxslərə kömək edilməlidir;
– Təxliyyə zamanı daşınması mümkün olan ev heyvanlarını özünüzlə aparmaq olar, digərləri isə bir neçə günlük qida və su ehtiyatı ilə təmin edilməlidir;
– Aidiyyəti qurumların icazəsi olmadan təxliyyə olunmuş əraziyə qayıtmaq qəti qadağandır.Mənbə: FHN
NEBOSH materialından çıxarış
Radiasiya 2 formada olur :
– İonlaşdırıcı radiasiya
– Qeyri-ionlaşdırıcı radiasiyaİonlaşdırıcı radiasiyanın növləri və sağlamlığa təsirləri:
– ALFA hissəciklər
– BETA hissəciklər
– X-RAYS (Şüaları)
– Qamma şüaları
– NeytronlarYüksək dozalı ionlaşdırıcı radioaktiv maddələrin təsirinə kəskin şəkildə məruz qalma nəticəsində yaranan təsirlər:
– Ürək bulanması, qusma, ishal
– Dəridə suluqların yaranması, yaralar
– Tükün tökülməsi
– Dəri xəstəlikləri
– Katarakt
– Qanazlığı – qırmızı qan hüceyrələrinin zədələnməsi ilə əlaqədar
– İmmun sisteminin zəifləməsi – ağ qan hüceyrələrinin zədələnməsi ilə əlaqədar
– SonsuzluqXroniki effektlər:
– Xərçəng xəstəlikləri
– Genetik problemlər
– Doğuşda problemlərQeyri-ionlaşdırıcı radiasiyanın növləri:
– Ultra bənövşəyi şüalar (UV)
– İnfar qırmızı şüalar (İR)
– Görünən işıq şüaları
– Mikro dalğalar
– Radio dalğalarİş yerində radiasiyadan mühafizə tədbirləri əsasən 3 formada qruplaşdırılır:
– Lazımı məsafənin saxlanması – MƏSAFƏ
– Məruz qalma vaxtının tənzimlənməsi – VAXT
– Radiasiya və insan arasında təcridetmənin təmin edilməsi, FM
