Günvurma və istivurma

31 August 2020
Views:

GÜNVURMA
• YÜKSƏK TEMPERATURUN və RÜTUBƏTİN TƏSİRİ NƏTİCƏSİNDƏ (bilavasitə gün şüalarının təsiri və ya havanın temperaturunun yükək həddində) İNSAN ORQANİZMİNDƏ BAŞ VERƏN POZĞUNLUQ GÜNVURMA və ya İSTİVURMA kimi qiymətləndirilir.Günvurma bilavasitə gün şüalarının insan orqanizminə düşməsi səbəbindən məs(açıq günün altında müəyyən müddət qaldıqda),istivurma isə isti mühitin təsirindən yaranır(məs:uzun müddət isti konteynrdə qaldıqda,isti havada üzun müddət çənin içərisində işlədikdə).

• Havanın temperaturu +25….30 o C dən artıq olduqda orqanizmdə isilik əmələgəlmə azalır, istilikvermə artır
• Əgər bu zaman ağır fiziki iş yerinə yetirilərsə bu zaman istilikvermə yetərincə olmaya bilər ki, bu da orqanizmin həddindən artıq qızmasına(hipertermiya) səbəb olur.

RISK FAKTORLARI:
 ARTIQ BƏDƏN ÇƏKİSİ
 YAŞ(uşaqlar və yaşlılar)
 ÜRƏK ÇATMAMAZLIĞI,ŞƏKƏRLİ DİABET,TİREOTOKSİKOZ,XRONİKİ XƏSTƏLİKLƏR
 ALKOQOL VƏ PSİXOSTİMULYATORLARIN QƏBULU
 ZƏİF FİZİKİ İNKİŞAF VƏ ZƏİF QİDALANMA
 YORĞUNLUQ,YUXUSUZLUQ

ƏMƏLƏGƏLMƏ SƏBƏBİ(günvurmanın mexanizmi-necə inkişaf edir):
İstilik tənzimi pozulduğuna görə orqanizmin hərarəti artır.
TƏRLƏMƏ SÜRƏTLƏNİR
 ORQANİZM SÜRƏTLƏ SUSUZLAŞIR
 QANIN MAYE HİSSƏSİ AZALIR(qan qatılaşır)
 QANIN SİRKULYASI ZƏİFLƏYIR
 ARTERİYAL TƏZYİQ ENİR
 BEYİNDƏ QANDÖVRANI POZULUR.

KLİNİKİ OLARAQ 3 DƏRƏCƏSİ VAR :

1.YUNGÜL DƏRƏCƏ – XƏSTƏNİN VƏZİYYƏTİ KAFİDİR.
 BAŞ AĞRI
 ZƏİFLİK
 TƏNGNƏFƏSLİK
 NƏBZİN SÜRƏTƏLƏNMƏSİ
 DƏRİ ORTÜYÜ NƏM,QIZARMIŞ(HİPEREMİYALI)OLUR
 ARTERİAL TƏZYİQ NORMAL OLUR
BƏDƏN TEMPERATURU NORMAL OLUR

2.ORTA AĞIR DƏRƏCƏ
 GÜCLÜ BAŞ AĞRI
 ÜRƏKBULANMA, QUSMA
 HUŞ QISA MÜDDƏTLİ İTİR
 NƏZƏRƏÇARPAN ÜRƏKDÖYÜNMƏ (TAXİKARDİYA)
 TƏNGNƏFƏSLİK ARTIR
 DƏRİ ORTÜYÜ NƏM,QIZARMIŞ OLUR
 ARTERİAL TƏZYİQ YÜKSƏLİR
 DƏRİ ORTÜYÜ NƏM,QIZARMIŞ OLUR
BƏDƏN TEMPERATURU +39…40 o C YÜKSƏLİr

3.AĞIR DƏRƏCƏ
 BƏDƏN TEMPERATURU 40 o C-dən YUXARI OLUR.
 ARTERİAL TƏZYİQ AŞAĞIDIR
 TƏRLƏMƏNİN KƏSİLMƏSİ
 DƏRİ QURU VƏ QIZARMIŞ OLUR
 TƏNƏFFÜS SƏTHİ VƏ TEZLƏŞMİŞ
 NƏBZ KƏSKİN TEZLƏŞMİŞ
 QICOLMA
 KOMATOZ VƏZİYYƏT

İLK YARDIM
 Xəstəni sərin yerdə yerləşdirin, paltarlarını çıxarın
Arxası üstə uzadılaraq əl və ayaqlarınl qaldırın
 Xəstəyə içməyə sərin su verin (huşu özündədirsə)
 Təcili tibbi yardım(həkim) çağırın.