Sənəd kateqoriyası: Jurnal

  • “İnsana Dəyər” – 2nd edition

    “İnsana Dəyər” – 2nd edition

    Hörmətli izləyicilərimiz,

    “İNSANA DƏYƏR” – Azərbaycanın İnsan Resursları və SƏTƏMM (Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) sahəsində dərc olunan ilk elektron dərgisidir. Jurnal ölkənin ilk İnsan Resursları Portalı olan HR-AZ.com və ilk SƏTƏMM portalı olan HSE.az şirkətlərinin birgə məhsulu olmaqla, müvafiq sahədə mütəxəssislərin maarifləndirilməsinə, trendlər barədə məlumatlandırılması və təcrübə mübadiləsinin təmin olunmasına xidmət edən məqalələri və xəbərləri özündə əks etdirir. Jurnalın sayca ikinci buraxılışında SOCAR-ın təlim və inkişaf şöbəsinin rəisi Tural Məmmədovun (PMP), SAF Farma şirkətinin İR direktoru Fəridə Mehdinin, AT Geotech şirkətinin İR üzrə konsultantı və sərbəst təlimçi Aygün Ramazanovanın (Aygün Hüseyn) , ASK Security şirkətinin Korporativ İdarəetmə şöbəsinin müdiri Əliağa Əzimzadənin, Ciao Catering şirkətinin Ərzaq Təhlükəsizliyi üzrə meneceri Fərid Səfərovun, SOCAR GGİ KGİB mühəndisi Şəbnəm Həmzəyevanın, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mütəxəssisi Əli Cahangirovun və SOCAR AQŞ Dənizdə STTƏMM üzrə mütəxəssisi Eldar Məmmədovun yazıları yer almışdır. Bütün müəlliflərə redaksiyamız adından təşəkkür edirik. Jurnal ilə bağlı irad və təklifləriniz üçün info@hr-az.com (İR ilə bağlı) və info@hse.az (SƏTƏMM ilə bağlı) email ünvanlarına yaza bilərsiniz.

    Bildirmək istərdik ki, jurnalın növbəti buraxılışlarında istər İR və SƏTƏMM mütəxəssisləri ilə, istərsə də müvafiq sahədə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq etməyə hazırıq.

    Beləliklə, jurnalın ikinci sayını Sizlərə təqdim edirik. Aşağıdakı linkdən yükləyə bilərsiniz:

    insana-deyer-tiraj-2

  • “İnsana Dəyər” – 1th edition

    “İnsana Dəyər” – 1th edition

    Hörmətli izləyicilərimiz,

    Böyük qürur hissi ilə bildirmək istərdik ki, ölkənin ilk İnsan Resursları Portalı olan HR-AZ.com ölkənin ilk SƏTƏMM portalı olan HSE.az-la əməkdaşlıq çərçivəsində daha bir yeniliyə imza ataraq ölkənin ilk İnsan Resursları və SƏTƏMM onlayn jurnalı olan – “İnsana Dəyər” onlayn jurnalını təqdim edir. Mövcud pandemiya dönəmində virusdan qorunmağın ən uğurlu seçimlərindən biri prosesləri və xidmətləri rəqəmsallaşdırmaqdır. İnsan Resursları və SƏTƏMM sahəsində mütəxəssisləri məlumatlandırmaq və maarifləndirmək missiyamızı bu dəfə də rəqəmsal olaraq – onlayn jurnal şəklində reallaşdırmaq qərarına gəldik. Jurnal rübdə 1 dəfə siz oxuculara ödənişsiz şəkildə təqdim olunacaq. Beləliklə, jurnalın ilk sayını Sizlərə təqdim edirik:

    Jurnala flipbook formatında baxmaq üçün bura klikləyin – Link

    Bildirmək istərdik ki, jurnalın növbəti buraxılışlarında istər İR və SƏTƏMM mütəxəssisləri ilə, istərsə də müvafiq sahədə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq etməyə hazırıq.

    Jurnalə abunə olmaq üçün bura daxil olun.