Qubada yol qəzası baş verib – çox saylı ölüm

25 August 2021
Views:

Qubada yol qəzasında 5 nəfər ölüb

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 qadın və 2 kişi olmaqla 5 nəfər ölüb.

Hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb.

Belə ki, 10 TS 922 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı qovaq ağacına çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Report.az

 

Mənbə: Report