NESTLE şirkətində iş qəzası – 1.483.000 azn cərimə

20 January 2021
Views:

Çoxmillətli İsveçrə qida şirkəti “NESTLE”də işçi xəsarət almasından sonra şirkət 1.483.000 azn (640.000 funtsterling) cərimələnib.

İş qəzası İngiltərənin qərbi Yorkshire bölgəsində 13 Fevral 2016-cı il tarixində baş verib. İşçi konveyor xəttindəki boşluğa əlini yaxınlaşdırır, mexanizm onun iş formasını içəri çəkir və beləliklə onun sağ əli də mexanizmin boşluğuna daxil olur. İşçi yaxınlıqdakı heç bir fövqəladə düyməyə yaxın olmadığından, mexanizmi saxlaya bilmədi. Onun səsini eşidən iş yoldaşı köməyə gələrək mexanizmi saxladı.

İşçi 3 il idi ki, həmin şirkətdə çalışırdı. Ciddi şəkildə cərrahiyyə əməliyyatı keçirdi. O, 4 ay işdən kənarda qaldı. Qəzanın üzərindən 4 il keçməsinə baxmayaraq, işçinin sağ qolunda hələ də zəiflik, ağrılar var. Əlavə olaraq, yay aylarında sağ qolunun üzərini örtmək məcburiyyətindədir, çünki zədələnmiş dərisi günəş şüası ilə təmas yaradanda kəskin yanma ağrıları verir.

“NESTLE şirkəti mexanizmin təhlükəli hissəsi ilə təmasın qarşısını almamışdı”

HSE-nin (Health and Safety Executive) araşdırmaçısının tapıntılarına əsasən deyə bilərik ki, şirkət mexanizmin təhlükəli hissəsinin üzərini örtməmişdi. Bundan başqa, oradakı boşluq olduqca böyük idi, hansı ki, buna ehtiytac yox idi… Qəzanın baş vermə ehtimalı orta, nəticəsi isə ciddi idi. Həmin şirkətdə konveyorla bağlı baş vermiş digər qəzada vaxtı ilə bir işçi dünyasını dəyişmişdi (həmin vaxt şirkət 1 milyon funtsterlinq cərimələnmişdi).

“NESTLE UK” üzərinə qoyulan bütün ittihamları qəbul etdi. Şirkət həm bu konveyorda, həm də digər 4 başqa mexanizm ətrafında olan boşluqları bağladı. Şirkət baş vermiş insidenti vaxtında müvafiq dövlət orqanına məruzə etmişdi. Araşdırma prossesində də HSE ilə yaxından əməkdaşlıq edərək səbəblərin ortaya çıxarılmasına töhvəsini verdi.

Baş verən qəzanın qarşısı asanlıqla alına bilərdi. Əslində işçi avadanlıqla işləmək üçün yüksək səviyyədə təlimləndirilmişdi. Amma… Burada edilməli olan sadə bir tədbir var idi – təhlükə ilə insan arasına baryer (sədd) qoymaq.