Şuşa şəhərində binada yanğın baş verib – Fire in building in Shusha city of Azerbaijan

18 January 2021
Views:

Bakı, 18 yanvar, AZƏRTAC

Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan dördotaqlı mənzil və qismən binanın dam örtüyü yanıb.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.