Siqaretlə mübarizə – fighting with Cigarette

31 August 2020
Views:

Hər bir insanın siqareti tərgitmək üçün səbəbləri ola bilər. Bu səbəbləri ümumiləşdirsək çox insan aşağıdakı kimi cavab verər:
– sağlam olmaq üçün
– cibimə maliyyə cəhətdən ziyan verməmək üçün.

Lakin, gəlin biz sizə bundan daha artıq vacib olan səbəbləri sıralayaq:
● Daha yaxşı tənəffüs etmək üçün
● Ağ ciyər xərçəngi riskini azaltmaq üçün
● Aşağı qan təzyiqi üçün
● Ürək xəstəlikləri, infarkt riskini azaltmaq üçün
● Daha sağlam dişlər üçün
● Daha yaxşı dadmaq və qoxulamaq üçün
● Daha yaxşı, xoşagələn qoxuya sahib olmaq üçün
● Daha yaxşı qan dövranı üçün
● Daha yaxşı intim münasibətlər üçün
● Daha uzun – çox yaşamaq üçün. 30 yaşdan əvvəl siqareti tərgidən şəxslər həyatlarını 10 il daha da artırırlar. 60 yaş civarında siqareti tərgitmək isə sizin ömrünüzü cəmi 3 il uzadar.
● Ailə üzvlərinizi və dostlarınızı siqaretin zəhərli tüstüsünə məruz qoymamaq üçün
● Stresi azaltmaq üçün
● Pula qənaət etmək üçün…

Siqaretdən uzaq olmaq üçün bu səbəblər kifayət etmir???

Siqareti tərgitmək üçün bəzi məsləhətlərimiz var sizə. İlk öncə plan qurun:
● Siqareti tərgitməzdən öncə siyahı hazırlayın – NİYƏ GÖRƏ SİZ SİQARETİ TƏRGİDİRSİNİZ. Səbəbləri sıralayın.
● Tərgitmə günlərinizi planlaşdırın. Gecə yatmazdan əvvəl bir neçə siqaret və alışqanı məhv edin. Bunu davamlı şəkildə hər gün edin.
● Nikotini əvəz edəcək terapiyaları nəzərdən keçir. Misal üçün, saqqız çeynəyə bilərsiniz.
● Bankanı doldurun – Siqareti tərgitməzdən 1 həftə əvvəl, şüşə banka götürün və onun içinə yarımçıq su doldurun, daha sonra bir həftə ərzində çəkdiyiniz siqaret kötüklərini o bankanın içinə doldurun. Siqareti tərgidəndən sonra hər gün necə ki, siqaretə susamısınız, bankanın qapağını açın və iyləyin.
● İdmanla məşğul olun.
● Bəzi effektiv dieta proqramlarından istifadə edin.
● Siqareti dostlarınızla, həmkarlarınızla birgə tərgidin və bir-birinizə dəstək olun.
● Ətrafınıza siqaret çəkməyən insanları toplayın.

BƏDƏNİNİZİ NİKOTİNİN ƏSİRİNƏ ÇEVİRMƏYİN!

TƏRGİTMƏYİ TƏRGİTMƏ!

ÖZÜNÜZÜ VƏ İNSANLARI QORUYUN!

Bu yazı www.hse.az tərəfindən tərcümə olunmuşdur.

Müəllif: Victoria Hughes / Bsc (Hons), DipNEBOSH, EnvDipNEBOSH, MCMI, GradIOSH