Sağlamlığa Ziyanlı Maddələrə Nəzarət (SZMN – COSHH)

31 August 2020
Views:

Burada yazılanlar hər hansı bir müəssisənin qayda-qanunlarının formalaşması üçün əsas ola bilməz!
Azərbaycan Respublikasının müvafiq normativ aktlarına, sənədlərinə, nizamnamələrinə, qanunvericiliyinə istinad edilməlidir!

SZMN işəgötürəndən işçilərin (daha geniş formada – cəmiyyətin) sağlamlığına ziyanlı maddələrə (qaz, buxar, toz, tüstü və digər formaları) nəzarət edilməsini tələb edən və bu prossesdə işəgötürənə yardımçı olan, tənzimləmə seriasıdır. SZMN Tənzimləməsinin əsas məqsədi insanların sağlamlığa zıyanlı maddələrin təsirindən kifayət qədər qorunmasının təmin edilməsi və fövqəladə vəziyyətlər zamanı zəruri mühafizə vasitələrinə çıxışlarının olmasına əmin olmaq üçün, bu sahə ilə bağlı iş yerləri və işəgötürənlərin hüquqi məsuliyyətlərini müəyyən etməkdir.

İşəgötürənlərin SZMN üzrə məsuliyyətləri:
1. İşçiləri sağlamlığa təhlükəli maddələrdən qorumaq üçün nəzarət tədbirlərini yerinə yetirmək.
2. İşçilərin sağlamlığa ziyanlı maddələrin təsirinə məruz qalmasının qarşısını almaq və ya nəzarətdə saxlamaq.
3. Ehtiyyac olduğu yerlərdə işçilərə bu mövzu ilə bağlı lazımı məlumatları, təlim və treninqləri vermək, onları uyğun mühafizə vasitələri ilə təmin etmək.
4. Nəzarət tədbilrəinin qaydasında olduğuna və işçilərin qaydalar əməl etdiyinə əmin olmaq.
5. Təhlükəli maddələrin səbəb olduğu qəza və fövqəladə vəziyyətləri idarə etmək üçün düzgün plan və prosedur hazırlamaq.
6. Təhlükəli maddələrin təsirinə məruz qalan işçilərin tibbi müşahidə altında qalmasını təmin etmək, onlarla mütəmadi sorğuları keçirtmək.
7. Təhlükəli maddələrə “İş yerində Məruz qalma Limiti” (WEL) nin keçmədiyinə əmin olmaq.
8. SZMN üzrə riskin qiymətləndirilməsini həyata keçirmək.

BƏT-nın (Beynəlxalqa Əmək Təşkilatı) 1981-ci ildə qəbul etdiyi “Peşə sağlamlığı və təhlükəsizliyi konvensiyası”nın (C155) 16-cı bölməsində işəgötürənlərin işçilərə olan öhdəlikləri iş yerlərində SZMN-in təmin olunmasının bir növ hüquqi bazasını müəyyən edir:
“… İşəgötürənlər onların nəzarəti altında olan fiziki, kimyəvi və bioloji maddə və materiallar sağlamlığa risk törətmədiyinə əmin olmalıdırlar”
“… Qəza riskini və ya onların sağlamlığa təsirlərinin qarşısını almaq üçün işəgötürənlər tabeliklərində olan işçiləri lazımı qoruyucu geyim və avadanlıqlarla təmin etməlidirlər”.

İşçilərin SZMN üzrə məsuliyyətləri:
1. İşəgötürən tərəfindən SZMN üzrə təmin olunmuş nəzarət tədbirlərinə əməl etmək.
2. İşəgötürən tərəfindən təchiz olunmuş mühafizə vasitələrinin təmiz, düzgün saxlanma şəraitinə əməl etmək.
3. SZMN üzrə nəzarət tədbirlərində olan hər hansı çatşımazlıqları məruza etmək.
4. FMV – dən düzgün istifadə etmək və saxlamaq
5. Yemək və ya içməkdən qabaq FMV-ni çıxartmaq
6. Əl yuma və duş təsisatlarından istifadə etmək.
7. Yüksək səviyyədə şəxsi gigiyenanı qoruyub saxlamaq.
8. İşəgötürən tərəfindən təchiz olunmuş məlumat, təlim və təlimatların tələblərinə əməl etmək.
_______________________________________________________________________________________________________________________________

Təhlükəli kimyəvi maddələrin formaları
Bir şeyi unutmaq lazım deyil ki, kimyəvi maddələr təkcə laboratoriyada istifadə olunmur…
Evdə və ya işdə zaman – zaman sağlamlığa zərərli maddələrlə təmasda olsaq da, bunları bir o qədər önəmə almayaraq davranırıq. Misal üçün, istifadə etdiyimiz aseton, boya, mürəkkəb, müxtəlif yağlar və s.
Kimyəvi maddələrin formaları onların insan bədəninə daxil olma üsullarında böyük fərqlər yaradır. Misal üçün: bir parça paslanmaz dəmir özündə xrom və nikel kimi təhlükəli metalları birləşdirir. Bərk formada bu onlar insana təsir etmir. Lakin, həmin dəmir parçasını qaynaq edən zaman havaya xaric olan qaynaq tüstüsü tənəffüs zamanı asanlıqla ciyərlərimizə daxil ola bilir. Fiziki formalarına görə kimyəvilərin aşağıdakı formaları var:
• Bərk (Qurğuşun)
• Toz (Bərk formada olan maddələrin parçalanması zamanı havada yaranan qatılıq forması)
• Tüstü (qaynaq zamanı xaric olan tüstü)
• Qaz (Karbon dioksid)
• Duman (Boyanın sprey formasında vurulması zamanı havada yaranan qatılıq forması)
• Buxar (metanolun buxarı)
• Maye (metanol)
Qeyd: Qurğuşun, asbest və radioaktiv maddələr SZMN (COSHH) proseduruna daxil edilmir. Çünki, adları qeyd olunan maddələrin özlərinin tənzimləyici qaydaları var.

Sağlamlığa ziyanlı kimyəvilərin təsnifləşdirilməsi
Kimyəvi maddəllər 3 əsas təhlükəsinə görə aşağıdakı kimi təsnifləşdirilir:
• Fiziki-kimyəvi təsirinə gör – misal üçün, yüksək alışma və partlayış təhlükəli maddələr
• Sağlamlığa təsirinə görə – misal üçün, zəhərli maddələr
• Ətraf mühitə təsirinə görə – misal üçün, suda yaşayan canlı aləm üçünziyanlı maddələr

Sağlamlığa ziyanına görə kimyəvi maddələr geniş formada aşağıdakı kimi təsnifləşdirilir:
• Zəhərli
• Zərərli
• Aşındırıcı
• Qıcıqlandırıcı
• Xərçəng yaradan (kanserojen)

İnsan sağlamlığında həssaslaşdırma funkasiyasına görə kimyəvilər iki yerə bölünür:
• Dəri həssaslaşdırıcı – bu cür kimyəvilərlə təmasda olan zaman dəridə müxtəlif dermatitlər (dəri xəstəlikləri) yaranır
• Tənəffüs həssaslaşdırıcısı – Bu cür kimyəvilər tənəffüs orqanlarına daxil olduqda astma xəstəliyinə səbəb olur

Kimyəvi maddələrin təsirinə məruz qaldıqda insanda öz təsirini iki formada göstərir:
• Kəskin – qısa müddət ərzində yüksək dozalı kimyəvinin təsirinə məruz qaldıqa o, öz təsirini həmin an büruzə verir, misal üçün, tənəffüs orqanlarında qıcıqlanma və öskürək.
• Xroniki – kiçik miqdarda hər hansı kimyəvinin təsirinə məruz qaldıqda o, insan sağlamlığında öz təsirini uzun müddətdən sonra ( həftələr, aylar, bəzən illər sonra) büruzə verir. Misal üçün, Bir neçə dəfə azbestosun təsirinə məruz qaldıqa, ilk başlarda özünü göstərməsə də, 10-20 sonra səhhətimizdə ciddi xəstəliklərlə nəticələnəck.
____________________________________________________________________________________________________________________________________________________

Kimyəvi maddənin insana təsir etmə yolları
Kimyəvi maddələrin insan bədəninə daxil olmasının 4 əsas yolu var:

1.Tənəffüs vasitəsilə – Kimyəvi maddə burun və ya ağız vasitəsilə qəbul edilir. Bu zaman nəfəs yollarında və ciyərlərdə qıcıqlanmaya səbəb olur. İnsanlar nəfəs almaq məcburiyyətindədilər. Əgər ətrafda təhlükəli tozlar varsa, təbbi ki, bu tənəffüs olunacaq insan bədəninə.
Qeyd: Lakin, bütün tozlar ağ ciyərə daxil ola bilmir. Tozun ölçüsündən asılı olaraq ağ ciyərlərin müdafiyə mexanizmi böyük hissəciklərin ciyərlərin dibinə daxil olmasının qarşısını alır.

2.Udma, yemə vasitəsilə – Bu zaman kimyəvi maddə ağız vasitəsilə qəbul olunur, udularaq mədəyə daxil olur, daha sonra isə həzm sisteminə hərəkət edir. Bu növ daxil olma yoluna çox az hallarda rast gəlinir. Çünki, normal düşüncəli insanın kimyəvi maddəni bilərəkdən udamsı, yeməsi ehtimalı çox azdır. Udma əsasən səhvən və ya çirkli əlin ağıza aparılması kimi hallarla baş verir.
Qeyd: Bu səbəbdən iş ərazilərində qida qəbulu qadağan olunur. Çüki, aparılan əməliyyatlar zamanı müxtəlif toz və kimyəvi maddələr ətrafa yayılır, iş geyiminə, əllərə hopa bilir. Çirkli əl ilə qəbul etdiyimiz qidalar isə özündə müxtəlif zəhərli maddə və bakteriaların orqanizmə daxil olmasına şərait yaradır.

3.Dəri vasitəsilə hopma – Kimyəvi maddə dəri vasitəsilə daxil olur və toxuma altına gedərək oradan da qana keçir.
Qeyd: Bu zaman xüsusi iş geyiminin əhəmiyyəti ön plana çıxmış olur.

4.İnyeksiya yolu ilə – Bu zaman kimyəvi maddə dəri təbəqələrini fiziki inyeksiya vasitəsilə keçir. Misal üçün, iynə ilə, zədələnmiş dəri təbəqəsi – kəsiklər və yaralar vasitəsilə.

Kimyəvi maddələrin insana təsir yollarından danışan zaman onların gözlərə düşməsini də yaddan çıxarmaq olmaz.
______________________________________________________________________________________________________________________________

Maddənin Təhlükəsizlik Məlumatı Vərəqi (MSDS)

Maddənin Təhlükəsizlik Məlumatı Vərəqi (MSDS) maddənin sağlamlıq və təhlükəsizliklə bağlı məlumatlarının qısa məzmunu və bununla əlaqədar olaraq tövsiyyə olunan təhlükəszi iş praktikasıdır. MSDS-lər təhlükəli maddələrin təhlükəsiz təchizatı, istifadəsini özündə ehtiva edən əsas sənəddir. MSDS məhsulun üzərindəki işarədən daha çox informasiya təmin edir. MSDS işçiyə maddə ilə əlaqələi hansı təhlükələrin olduğunu, maddə ilə necə təhlükəsiz işləməyin üsulunu, tövsiyyələr nəzərə alınmazsa hansı nəticələr ola biləcəyini, qəza baş verdiyi zaman nə etməli olduğunu, maddənin təsirinə məruz qalan zaman simptomların nədən ibarət olduğunu söyləyir. İş yerində MSDS-lərin mövcudluğundan agah olunmalı, MSDS-lər əl çatan olmalı, mövcud vəziyyətə uyğun olmalı, onların, iş yerlərində yaxşı vəziyyətdə qaldığına əmin olunmalıdır. MSDS özlüyündə bir qiymətləndirmə aləti deyil. Lakin, risklərin qiymətləndirilməsi zamanı iş yerlərində ortaya çıxa biləcək təhlükələri izah edir. Dolayısı ilə, risklərin qiymətləndirilməsi zamanı istinad ediləcək məqamlardan biridir.

Yararlı ola bilər: REACH (Registration, Evaluation, Authorization, Restriction of Chemicals) Avropada kimyəvilərin idarə edilməsi və onlara nəzarət sistemidir.

MSDS ümumi olaraq öündə 16 məlumatı birləşdirir.
MSDS özündə aşağıdakı başlıqları birləşdirir:
• Maddənin və istehsalçının müəyyənləşdirilməsi (ad, ünvan, fövqəladə hal zamanı əlaqə nömrələri)
• Maddənin hazırlandığı inqrediyentlər barədə məlumat (əkssər hallarda bu məlumat təfsilatı ilə verilmir. Çünki, özlüyündə ticarət sirridir)
• Maddənin təhlükəlilik tipi (Aşındırıcı, qıcıqlandırıcı, zəhərli və s)
• İlk yardım tədbirləri
• Yanğın söndürmə tədbirləri
• Təsadüfü dağılma zamanı tədbirlər
• Təhlükəsiz istifadə və saxlanma qaydaları
• Stabilliyi və reaktivliyi
• Toksikoloji məlumatları
• Ətraf mühitlə bağlı məlumat
• Daşınma məlumatları
• Tənzimləyici məlumatları
• Digər məlumatlar (misal üçün: qısaltmaların izahı)
Mənbə: Canadian Centre of Occupational Health and Safety (CCOHS)

MSD-lər iş yerində işçilərin anlayacağı dildə olmalı, əgər xarici dildədirsə onlar tərcümə edilməlidirlər, iş yerlərində xüsusi yerlərdə saxlanmalıdır. MSDS-lərə işdən əvvəl nəzər yetirilməlidir.
_____________________________________________________________________________________________________________________________________________________

Məhsulun üzərindəki işarə
Kimyəvi maddələrin təhlükəliliyi haqda məlumatları aldığımız digər bir mənbə məhsul üzərindəkin işarədir (Product label). Adətən, işarənin üzərində aşağıdakı məlumatlar öz əksini tapır:
• Maddənin adı
• Maddənin təhlükəli edən komponentlər haqqında ümumi məlumat
• Xüsusi simvol və işarə vasitəsilə təhlükənin nümayiş olunması
• Əsas təhlükəsizlik tədbirləri (misal üçün: FMV geyinilməsi)
• Təchizatçının adı, ünvanı, telefon nömrəsi