FFP filtir maskaları – FFP (Filtering Facepiece) repirators
FFP
İş yerində sağlamlığınızı gözləyən ən əsas risklərdən ikisi aerozollar və olduqca kiçik tozlardır. Hansı ki, bu hissəciklər demək olar ki, gözə görünmür adi tənəffüs etdiyimiz havada. Qeyd etdiyimiz bu təhlükəyə qarşı filtier süzgəcləri 3 sinifdə xüsusi müdafiəni təklif edir: FFP1, FFP2, FFP3
Bu filtirlər yağlı-neftli aerozollara, tüstüyə və çox kiçik digər hissəciklərə qarşı müdafiə edir. Bu filtirlərin müdafiə qabiliyyəti Avropa Birliyi (EU) “EN 149” nömrəli normativinə uyğundur.
Qeyd: Bu filtir maskaları buxar və qazlara qarşı müdafiəni təmin etmir!
FFP1 maskaları: əsasən zəhərli olmayan və qeyri-fibrejonik və aşağı səviyyəli tozlar üçün nəzərdə tutulsa da, bərk və maye tipli aerozollar üçün də uyğundur. Bu maska 4X OEL (Occupational Exposure Limit – məruz qalma limiti) kinsentrasiyasında olan materiallara qarşı davamlıdır. FFP1 toz maskaları direllə işləyən zaman, kəsmə işi zamanı, taxta yonma işi kimi fəaliyyətlərdə məqsədəuyğundur. Əsasən tikinti və qida sənayesində gündəlik istifadə olunur. İstifadə zamanı hissəciklərin 80%-ə yaxınını filtir edə bilir.
FFP2 maskaları: əsasən havada olan orta səviyyəli zərərli və mutagenik tozlar üçün nəzərdə tutulsa da, bərk və maye tipli aerozollar və tüstü üçün də uyğundur. Bu maska FFP1 maskalarından daha yüksək müdafiə xüsusiyyətinə malikdir. FFP2 maskaları 12X OEL qədər konsentrasiyadakı materiallara qarşı davamlıdır. FFP2 maskaları suvaq, qumla yuma kimi işlərdə uyğundur. Xüsusilə metal və mədən sənayesində geniş istifadə olunur. Qəbul olunan hissəciklərin 94%-ə yaxınını filtir edə bilir.
FFP3 maskaları: Yüksək səviyyəli tozlara qarşı nəzərdə tutulmuşdur. Bu maskalar eyni zamanda bərk və maye tipli aerozollara qarşı da istifadə oluna bilinir. FFP3 maskaları 5OX OEL konsentrasiyasındakı materiallara qarşı müdafiəni təmin edir. Bu maskalar hiss’cikl’rin 99%-ə qədərini filtir edə bilir. Əsasən kimya sənayesində istifadə olunur.