Yükqaldırma əməliyyatları üzrə ümumi təlimat və qaydaları

31 August 2020
Views:

Yükqaldırma əməliyyatları üzrə ümumi təlimat və qaydaları

Müfəttiş (yükqaldırma mexanizmlərinin təftişi üzrə)

Müfəttiş – zəruri nəzəri biliklərə və təftiş olunan avadanlıqla praktiki iş təcrübəsinə malik olan və avadanlıqları, aşkar qüsurlarının olmaması və nəzərdə tutulduqları işlərin görülməsi üçün yararlı olduqları barədə sertifikatlaşdıran şəxsdir.

Təhlükəsiz iş yükü (TİY)/Yükqaldırma qabiliyyəti (YQ)

Təhlükəsiz iş yükü – yükqaldırma mexanizminin qaldıra, endirə və ya asılı vəziyyətdə saxlaya bildiyi maksimal yükdür. Lakin bu, mexanizmin yekun gücünə təsir edə biləcək iş şərtlərinə aid deyildir (bax. “Buraxıla bilən təhlükəsiz iş yükü”.
Qeyd:
İstehsalçı-zavod tərəfindən mexanizm üçün təyin edilmiş təhlükəsiz iş yükünü/yükqaldırma qabiliyyətini bilərəkdən aşmaq OLMAZ.

Buraxılabilən/yolverilən təhlükəsiz iş yükü (BTİY)/Buraxılabilən yükqaldırma qabiliyyəti (BYQ)

Müəyyən iş şərtlərində yükqaldırma mexanizminin qaldıra, endirə və asılı vəziyyətdə saxlaya bildiyi maksimal yükdür ( rəis tərəfindən təsdiqlənmiş). Məsələn, BTİY TİY nisbətən aşağı ola bilər (BYQ YQ nisbətən aşağı ola bilər).
Qeyd:
Verilmiş mexanizm üçün müfəttiş tərəfindən təyin edilmiş buraxılabilən yükqaldırma qabiliyyətini bilərəkdən aşmaq OLMAZ.

Təhlükəsizlik faktoru /amili

Yükqaldırma mexanizminin sınmasına gətirib çıxara bilən yüklənmənin, mexanizmin iş zamanı yüklənməsinə, yəni YQ-ə olan nisbətidir (köhnəlmə, dinamik yüklənmələr və s. nəzərə alınmaqla).

Rəng kodlaşdırılması

Yoxlamadan keçdikdən sonra avadanlığın üzərində rəng işarəsi qoyulur (adətən rənglə). Hər bir yoxlamadan sonra bu işarənin rəngini dəyişdirmək lazımdır. Rəng kodunun məqsədi avadanlıqların və aksesuarların 6 aylıq yoxlamadan keçdiyini nümayiş etdirmək.

Qeydiyyat/zavod nömrəsi
Yükqaldırma mexanizminə onun qeydiyyata alınması və operativ nəzarətin asanlaşdırılması məqsədilə verilən nömrədir.

Endirmə dərinliyi

Endirilən yüklə yükqaldırma mexanizminin asma nöqtəsi arasındakı maksimal məsafədir, məsələn rımlarla konsolun aşağı səthi arasında.

Qaldırma hündürlüyü

Asmanın yuxarı və aşağı nöqtələri arasındakı minimal şaquli məsafədir, məsələn, yükqaldıran maşının qarmaqları.

Dartının ölçüsü

Asma səviyyəsi ilə çənbərin/oboymanın aşağı hissəsi arasındakı minimal məsafədir (minimal hündürlük də adlandırılır).

Yüklənmə datçikləri

Takelajın bərkidilmə nöqtələrində cari yüklənmələrin müəyyənləşdirilməsi üçün istifadə edilən avadanlığın bir hissəsi, məsələn, sırğada yüklənmə göstərici cihazı/datçiki, sınaq əqrəbi, kompressiya/sıxılma datçiki və s.

1.11 LOLER nədir
Yükqaldırma əməliyyatları və avadanlqıları üzrə nizamnamə

1.12 Toolbox nədir:
Əməliyyat haqqında məlumat vermək , hər kəsə fərdi şəkildə tapşırıq vermək və riskləri izah etmək

Planlaşdırma nədir:
Yükqaldırma avadanlığı hansı radiusda dayanacaq və əməliyyata hansı avadanlıqlar, neçə nəfər cəlb olunacaq

Radius nədir:
Kranın mərkəzindən yükə qədər olan məsafə
Radiusun artması kranın yükgötürmə qabiliyyətini azaldır
Radiusun azalması kranın yükgötürmə qabiliyyətini artırır

Aksessuar nədir:
Yüklə avadanlıq arasında olan qoşqu vasitəsidir

Avadanlıq nədir:
Hər hansı bir yükü yerindən qaldıran, endirən, maili vəziyyətdə dartan və asan ləvazimatdır (məs: kran, avtokar, zəncirli tal və s)

Yükqaldırma avadanlığı
Yükqaldırma avadanlığı özündə yükqaldırma mexanizmlərini və yükqaldırma qurğularını ehtiva edir. Onlar aşağıdakı yolla müəyyənləşdirilirlər:
Yükqaldırma mexanizmləri
Bunlar – yükü qaldırmağa və endirməyə qadir olan istənilən mexanizmlərdir, məsələn, kranlar, çəngəlli yükləyicilər, qaldırıcılar, tir kranları/kran tirlər, əl ilə hərəkətə gətirilən qaldırıcılar, lingli qaldırıcılar, kanatlı qaldırıcılar, telferlər, konsollar, tallar, bucurqadlar, yük arabaları.
Yükqaldırma qurğuları
Yükün yükqaldırma mexanizmi (yuxarıda bax) ilə birbaşa və ya dolayı yolla bağlanması üçün istifadə olunan və ya bunun üçün nəzərdə tutulan, yükün bir hissəsi olmayan istənilən qurğulardır, məsələn, kanat burazlar, takelaj zəncirləri, parça burazlar, qarmaqlar və fitinqlər/birləşdiricilər, fırlanğıclar, xomıtlar/halqalar, qulaqlı boltlar, takelaj boltları, kouşlar (kanatın birləşmə yerinə düzəldilmiş novçalı qoruyucu halqalar), lövhə sıxaclar.

SWL:
Yükqaldırma avadanlığının bir neçə konfiqurasiyada təhlükəsiz qaldırdığı, endirdiyi və asdığı yükdür

WLL:
Maksimal yükqaldırma qabiliyyətidir

Aksessuar və avadanlıq üzərində 2 əsas vacib məlumat olmalıdır:

SWL və seriya nömrəsi
SWL ləvazimatın tonnajını müəyyən etmək üçündür
Seriya nömrəsi ləvazimatın sertifikatını tapmaq üçündür.

AVADANLIĞIN İSTİFADƏDƏN ƏVVƏL YOXLANILMASI
Bütün yükqaldırma avadanlıqları hər dəfə istifadə edilməzdən əvvəl normal vəziyyətdə olmaları və qoyulmuş tapşırığın TƏHLÜKƏSİZ yerinə yetirilməsi predmetinə Sizin tərəfinizdən yoxlanmalıdırlar.
Siz aşağıdakıları yoxlamalısınız:
i) Avadanlıqda buraxılabilən yükqaldırma qabiliyyətinin olması
ii) Qeydiyyat nömrəsi
Qeyd: Rəng kodundan istifadə edərkən onun düzgünlüyünü yoxlamaq lazımdır (Cari rəng kodu iş yerində yerləşməlidir və Siz rəisinizə müraciət edərək kodu yoxlaya bilərsiniz).

Polad kanatlar
Kanatın vəziyyətinə daima nəzarət edilməlidir. Ka¬na¬ta baxışın tezliyi işin xarakteri və şəraitindən asılı olaraq müəy¬yən edilməlidir. Aşağıda göstərilən hallardan biri olduqda kanatdan is¬ti¬fa¬də etmək qadağandır:
-hörüklərindən biri qırılmışdırsa, əzilmişdirsə, kanatın bir və ya bir neçə hörüyündə tellər əzilmişdirsə;
-kanatın və ya hörüyün özəyi əzilmişdirsə;
-kanatda dalğaya və zənbiləbənzər şəkilli deformasiyalar var¬dırsa, kanatın diametri artıb və ya azalmışdırsa (yerli);
-diametri 20mm-ə qədər olan kanatın bir addımında qı¬rıl¬mış tellərin sayı bütün tellərin sayının 5%-dən çox olarsa, dia¬met¬ri 20mm-dən çox olan kanatda isə qırılmış tellərin sayı bütün tel¬lərin sayının 10%-dən çoxdursa;
-kanatda burulma («жuçok») vardırsa;
-səthi yeyilmə, korroziya nəticəsində kanatın diametri 7% və daha çox azalmışdırsa;
-kanatın xarici tellərinin diametri yeyilmə, korroziya nə¬ti¬cə¬sində 40% və daha çox azalmışdırsa;
-onun üzərində yüksək temperatur şəraitində olmaq izləri (rən¬ginin dəyişməsi, yanıq) və ya elektrik qısa qapanması (elek¬trik qövsündən ərimə) izləri vardırsa.

Sırqaların növləri:
Kmanvari təhlükəsizlik pini olan sırqa və D şəkilli vintiplinni sırqa

Yüklərin növləri:
Dinamik və statik

Remenlərin növləri:
Yastı və halqavari
Yastı remendə güc bütün gövdəsinə düşür, halqavari remendə isə güc içindəki liflərə düşür

Remenlərin tonnajını nələrdən təyin etmək olar:
Üstündəki birkadan
Rəngindən
Üstündəki xəttlərin sayından

Remenlərin rənginə görə tonnajı:
Bənövşəyi – 1 ton
Yaşıl – 2 ton
Sarı – 3 ton
Boz – 4 ton
Qırmızı – 5 ton
Qəhvəyi – 6 ton
Göy – 8 ton
Narıncı – 10 ton və yuxarı

Remenlər 3 materialdan hazırlanır:
Polyester
Polyamid
Polipropilen

Yükün altına nə üçün taxta qoyulur:
Remen və troslar əzilməsin və onları yükün altından rahat salıb çıxarıb salmaq üçün

Kranın qarmağındakı təhlükəsizlik dili nə üçündür:
Tros və ya remenin qarmaqdan çıxmaması üçün

KRANLARIN İSTİSMARI ZAMANI TEXNİKİ TƏHLÜKƏSİZLİK
Kranlarla işləməyə yalnız, kranların idarə edilməsinə icazələri olan ixtisaslı kran operatorları/ krançılar buraxılır.
• Kran operatorları kran idarə edilməsinin bütün aspektlərində müvafiq hazırlıqlı olmalıdırlar. Onlar yüklənmə indikatorlarının dəqiqliyi də daxil olmaqla, kranın təhlükəsizlik predmetinə gündəlik yoxlamasını aparmağı, habelə yağlama kimi adi profilaktik tədbirləri həyata keçirməyi bacarmalıdırlar.
• İstifadə edilən kranın növündən (məsələn, özüyeriyən, tırtıllı, avtomobil, qüllə və s.) asılı olaraq, operatorların və işləyən kranın yaxınlığındakı işçi heyətinin təhlükəsizliyinin təmin edilməsi üçün müəyyən ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Aşağıdakı üç vəziyyəti diqqətə almaq lazımdır:
1) Yerüstü şərait, yəni kran üçün meydança onun yan dayaqlarına, onların tam yüklənməsi zamanı davam gətirə biləcəkmi. Meydança sərt və hamar olmalıdır və lazım gəldiyi yerdə, yüklənmənin paylaşdırılması üçün müvafiq ölçülü bloklardan istifadə etmək lazımdır. Qaz və neft kəmərləri, elektrik naqilləri, su kəmərləri və s. kimi yerüstü və yeraltı kommunikasiyalara və onlar tərəfdən təhlükənin olmadığından əmin olun.
2) Yerüstü maneələr, məsələn. yüksək gərginlikli xətlərin (Sizin tərəfinizdən gərginlik altında olduqları hesab edilməlidir) yaxınlığı. Əgər elektrik ötürmə xətti metal dayaqlardan asılmışdırsa, bu zaman ona qədər olan məsafə kranın hərəkətli hissəsinin (oxunun) maksimal açılışı üstəgəl 30 metrdən az olmamalıdır. Əgər elektrik ötürmə xətləri taxta, beton və ya metal sütunlardan asılmışdırsa, bu zaman ona qədər olan məsafə kranın hərəkətli hissəsinin (oxunun) maksimal açılışı üstəgəl 9 metrdən az olmamalıdır. Əgər Siz daha az məsafədə yükqaldırma işləri aparmaq məcburiyyətindəsinizsə, kranın işlədiyi müddət ərzində elektrik enerjisinin söndürülməsi üçün bu xətdən məsul olan təşkilata müraciət etməlisiniz.
3) Hava şəraiti, məsələn, şiddətli külək yükü yerdəyişmə radiusundan kənara əyərək, mümkün ola bilən həddən artıq yüklənməyə gətirib çıxara bilər. Su hövzələri və dəniz üzərində yükqaldırma işləri aparılarkən güclü külək çox zaman dalğa hündürlüyünün artması və dənizin dalğalanmasından yaranan dinamik amillər nəticəsində kranın yükqaldırma qabiliyyətinin aşağı enməsinə gətirib çıxara bilər.Yüklənmə/radius/dənizin vəziyyəti asılılığı qrafiki onun yükqaldırma qabiliyyətinin müəyyənləşdirilməsi məqsədilə kabinədə olmalıdır.
• İstənilən yükqaldırmaya başlamazdan əvvəl krançının vəzifəsi yükün qaldırılması üçün bütün maneələrin aradan qaldırıldığından əmin olmaqdır, məsələn, göyərtəyə birləşdirilən dartılar, yüktutucular, nəqliyyat dartıları/dayaqları və s. çıxarılıb, qarmaq bilavasitə yükün ağırlıq mərkəzinin (əgər məlumdursa) üzərindədir. Yükün qaldırılması zamanı onun yerdəyişməsinin azaldılması üçün burazlar şaquli olmalıdırlar.
• Gəmidən yükün qaldırılması zamanı bütün dartıların çıxarılması, minimal zərbə və dönmələrlə yükün təhlükəsiz qaldırılması üçün müştərək məsuliyyət krançının və gəmi briqadasının/briqadirinin üzərinə düşür. (Yükün bir gəmidən digərinə keçirilməsi zamanı gəminin yırğalanma və əyilməsinin təsiri daha nəzərəçarpan olacaqdır və dinamik faktorların ikiqat artmasına gətirib çıxaracaqdır.
• Ağır yüklərin daşınması (yerdəyişdirilməsi) üçün krandan istifadə edildiyi zaman maksimal yükqaldırma qabiliyyəti xətti detalların sayından asılıdır və yerdəyişmə radiusu artdıqca yükqaldırma qabiliyyəti azalacaqdır. Ağır yükləri qaldırmağa hazırlaşarkən yükün çəkisini yoxlayın, yükün qaldırılması, daşınması (yerdəyişdirilməsi) və endirilməsi üçün maksimal radiusu müəyyənləşdirin. Daha sonra bu cür yükqaldırma əməliyyatının aparıla biləcəyindən əmin olmaq üçün, kranın yükqaldırma/radius xəritəsinə baxın.
• İdeal halda kran operatoru hər zaman yükü görmək imkanına malik olmalıdır, lakin gəminin/qurğunun konstruksiyası bunu etməyə imkan vermir. Bu cür hallarda kran operatoru qaldırmanı həyata keçirən işarəçilə /operatorla radioəlaqəyə malik olmalı və/və ya vizual olaraq yükü müşahidə edə bilən və kran operatoruna yaxşı görünən işarəçinin/operatorun siqnallarını rəhbər tutmalıdır. Takelajçıların istifadəsi üçün tövsiyə edilən əl işarələri Əlavə 3-də göstərilmişdir.
• Yükü daşımazdan əvvəl, bütün burazlar və zəruri avadanlıq təhlükəsizlik və balans predmetinə yoxlanılmalıdır. Əgər burazların asılı qalmasını aradan qaldırarkən onları yerində saxlamaq lazımdırsa, taxta parçasından və ya OVUCLARINIZDAN istifadə edin, barmaqlarınızı burazların ətrafında qatlamayın və sıxmayın.
• Krançı həm də yükün daşınması zamanı yükə nəzarət üçün nizamlayıcı kəndirin zəruriliyini müəyyənləşdirməlidir. Bu xüsusən o hallarda zəruridir ki, yük nəzərəçarpan uzunluğa malikdir və yükün bir və ya hər iki ucunu müəyyən xətt üzrə yerləşdirmək lazımdır. Bu cür nizamlayıcı kəndirlər hərlənmə hərəkətinə nəzarət üçün yükün bir və ya hər iki ucunda bərkidilməlidirlər. Bu kəndirlərin uzunluğu elə olmalıdır ki, takelajçılar yük qaldırılan zaman onun altında olmasınlar. Kəndirlər hər zaman takelaja deyil, qaldırılan yükə bərkidilməlidirlər (bax. şəkil 8.1).
• Əgər yükqaldırma əməliyyatı birdən çox takelajçının olmasını tələb edirsə, onların arasında dəqiq rabitənin olması çox mühümdür. Adətən bu radio rabitə cihazı vasitəsilə həyata keçirilir.
• Kran operatoruna radio rabitə və ya əl siqnalları verən operator vasitəsilə bütün təlimatlar (qəza dayanması komandasından başqa) qaldırılmaya rəhbərlik edən işarəçi tərəfindən verilməlidir. “QƏZA DAYANMASI” SİQNALI VƏ YA KOMANDASI YÜKÜN QALDIRILMASI ZAMANI TƏHLÜKƏLİ VƏZİYYƏTİ GÖRƏN İSTƏNİLƏN İŞÇİ TƏRƏFİNDƏN VERİLƏ BİLƏR.
• Adətən,yükün qaldırılması üçün iki kranın birgə işləməsi (yüklənmə bərabər bölüşdürülmüşdür) tələb olunursa, hər bir kranın yükqaldırma qabiliyyəti yükün ümumi çəkisinin 75% -ni təşkil etməlidir.

Mövzu davam etdiriləcək…