Əl-barmaq xəsarətalmaları təhlükəsizliyi – Hand-finger injuries safety

31 August 2020
Views:

İlk öncə hər biriniz bu sualın cavabını fikirləşin:
“Əlinizi və ya barmaqlarınızı itirsə idiniz, həqiqətdə nə itirdiyinizi bilirsinizmi?”

Məlumat üçün bildirək ki, əl və barmaqlarımızda olan sinir uclarının sayı bədənimizin digər hissəlkərində olan sinir uclarının sayından çoxdur. Və elə buna görə də, əl və barmaqlarımızdan xəsarət alan zaman daha çox ağrı-acı hiss edirik, nəinki bədənimizin digər üzvləri xəsarət aldıqda…
Bir anlığa təsəvvür edək ki, stolun üzərinə qoyulmuş stəkanı və s götürə bilmirik. Səbəb: əlimizin və ya barmağımızın olmamasıdır. Bu, əl və barmaqlarımızın necə dəyərli olduğunu göstərən misallardandır.
Əl-barmaq xəsarətləri kiçik bir kəsikdən tutmuş onların amputasiyasına qədər müxtəlif xəsarətləri ola bilər.

ABŞ-da il ərzində təxminən 1 milyondan çox əl-barmaq xəsarətalması qeydə alınır.
Beynəlxalq Qazma Kontraktorlarının Assosasiyası (İADC)-nın illik statistikasına əsasən neft-qaz sənayesində ən çox qeydə alınan xəsarətalmalar məhz əl-barmaqların payına düşür.
Araşdırmalar göstərir ki, əl-barmaq xəsarətalmalarının ən əsas səbəbi istifadə olunan alət və avadanlıqların gözlənilən, nəzərdə tutulan formada istifadə olunmamasıdır.

Əl və barmaqlarımız gözləyən əsas potensial təhlükələr aşağıdakılardır:
• Yanıqlar (yanğın)
• Elektrik
• Vibrasiya
• Kimyəvi maddələr
• Hərəkət edən hissələr
• Fırlanan hissələr
• Uzunqol və gen iş geyimləri, paltarlar
• Çimdik nöqtələri
• İki obyekt arasında qalma
• Isti və soyuq temperatur
• Heyvan, həşərat dişləmələri
• Radiasiya və s.

Əl-barmaq xəsarət almalarının ən əsas səbəbləri:
• Risklərin düzgün qiymətləndirilməməsi
• Alət və avadanlıqlardan düzgün istifadə edilməməsi
• İş üçün düzgün alət və avadanlıq seçilməməsi
• Əlin-barmağın düzgün olmayan mövqedə yerləşdirilməsi
• Prosedurun olmaması və prosedurun düzgün olmaması
• Səriştəsiz insanlar
• Diqqətsizlik
• Tələsgənlik və s.

Əsas nəzarət tədbirləri:
• Risklərin düzgün qiymətləndirilməsi
• İşçilərin əl-barmaq təhlükəsizliyi və digər mövzular barəsində təlimləndirilməsi
• İş üçün düzgün alət və avadanlığın seçilməsi
• İşdən əvvəl alət və avadanlığın yoxlanılması
• Əvvəllər qeydə alınmış insidentlərin nəzərdən keçirilməsi/öyrənilmiş dərslər
• İş yerinə yetirən zaman diqqətin cəmlənməsi
• İş yerinin lazımı səviyyədə işıqlandırılması
• Hərəkət edən-fırlanan hissələr üzərində qoruyucuların quraşdırılması
• Yüklərin əl ilə daşınması qaydalarına əməl edilməsi
• İş formalarının bədən ölçüsünə uyğunlaşdırılması
• Müvafiq FMV-dən istifadə olunması

Mühafizə tədbirlərindən danışan zaman əlcəklərin önəmi vurğulanmalıdır. İşin təyinatından, mahiyyətindən asılı olaraq müxtəlif tip əlcəklər istifadə olunur. Misal üçün: ümumi təyinatlı əlcəklər, ilməçi əlcəyi, yağlı işlər üçün əlcəklər, kimyəvi maddələrlə iş üçün xüsusi əlcəklər, dielektrik əlcəklər, yüksək-aşağı temperaturlu yerlərdə iş üçün əlcəklər, qaynaq işləri üçün əlcəklər və s. Hərəkət edən hissələrlə iş zamanı tapşırıq da nəzərə alınaraq əlcəklərin istifadəsi məsləhət görülmür. Kimyəvi maddələrlə işləyən zaman əmin olun ki, əlcəklər kimyəvi maddənin əl və qolarınızla birləşən hissədən daha çoxdur və kimyəvilər əlcəyin içinə daxil ola bilməyəcək.

Diqqət etməli olduğunuz digər bir məsələ qızıl-zinət əşyalarıdır. Hansı ki, təcrübədə bu səbəbdən yetəri qədər xəsarət almalar mövcuddur. Buna görə də, şirkətlər iş yerlərində qızıl-zinət əşyalarının istifadəsini məhdudlaşdırır

Əgər sizin əliniz və ya barmağınız kəsilərsə və ya cızılarsa, onda belə cızılma və ya kəsilməni müvafiq qaydada müalicə etmək üçün vaxt ayırın və onu həkimə göstərin. Bu isə həmin yaranın müvafiq qaydada təmizlənməsi, ehtiyac olduğu halda antiseptik vasitənin tətbiq olunması və münasib sarğı qoyulması deməkdir. İşlədiyiniz müddət ərzində su keçirməyən sarğıdan istifadə edin və işi qurtardıqdan sonra onu hava buraxan sarğı ilə əvəz edin. Əgər əlləriniz və ya barmaqlarınızda səpgi əmələ gəlsə, onda ona baxmaq üçün öz həkiminizə müraciət edin. Bu, ciddi bir şeyin başlanğıcı ola bilər, Odur ki, üstünə tez düşün.

Sizin birlikdə işlədiyiniz hər bir şəxs və sizin özünüz həyatın hansısa mərhələsində əl və ya barmaq xəsarəti ilə üzləşmisiniz. Onlar həyatın bir hissəsidir məs: barmağın qapının arasında qalması, yöndəmsiz bir taxta parçasından qopmuş tilişkənin barmağa batması, belə ki, zədə almağın minlərlə yolu var. Bu, sadəcə sizə bir neçə həftə və ya ay ərzində təsir göstərən kiçik bir xəsarət ola bilər və ya həyatınızın qalan hissəsi ərzində karyeranıza təsir edə bilər.
Və bu, təkcə iş deyil – siz hər nə edirsinizsə, avtomobil sürürsünüzsə, idmanla və ya sevimli işinizlə məşğul olursunuzsa, duş qəbul edirsinizsə, yemək yeyirsinizsə, paltarlarınızı geyinirsinizsə … sadəcə bunu bir əl ilə etməyə çalışdığınızı təsəvvür edin. Bunun nə ola biləcəyini təsəvvürünüzdə canlandıra bilmək üçün bir əlinizi cibinizə qoymağa çalışın və sadə gündəlik şeyləri etməyə səy göstərərkən həmin əlinizi təxminən bir saat cibinizdə saxlayın!

Həyatınızın qalan hissəsini bir neçə dəqiqə vaxta qənaət etmək üçün ağılsız kiçik bir şey etdiyinizə və ya işi müvafiq qaydada yerinə yetirmək üçün narahat edilmədiyinizə görə təəssüflənərək keçirməyin.

Unutmayın!
Sağlam düşüncədən, düzgün alət və avadanlıqdan istifadə etməklə, etdiyimiz iş barəsində düşünməklə, qaydalara riayət etməklə və risklərə məruz qalmamaqla bütün əl və barmaq xəsarətlərinin əksəriyyətinin qarşısı alına bilər.