Basics Security (Level 1)

Views:

HSE.AZ MMC sizə yeni kursunu təqdim edir.

Hər bir şirkətdə onun iş sahəsinə, əraziyə daxil olan və çıxan şəxslərə nəzarət edən, insanları və əmlakını müxtəlif cür təhlükə və təhdidlərdən qoruyan mühafizə əməkdaşına və ya əməkdaşlarına  ehtiyyacı vardır.

Bugünkü dövrdə “mühafizə əməkdaşı” dedikdə çox insan yalnız fiziki cəhətdən güclü bir insanın olmalı olduğunu düşündüyü təqdirdə, işəgötürən üçün mühafizə əməkdaşı fiziki gücün yanında ondan daha çox vacib olan insanları tanımaq, informasiyanı qəbul edib analiz etmək, mühafizə ilə bağlı müxtəlif cür vəziyyətləri qiymətləndirmək və çıxış yolları fikirləşmək, bilikli, dünyagörüşlü, yüksək məntiqi təfəkkürə malik və bir sıra digər keyfiyyətləri özündə birləşdirən şəxslərdir.

Təklif etdiyimiz kurs məhz sizə bir mühafizə əməkdaşının bilməli olduğu vacib mövzuları izah edəcək.

Sırf mühafizə əməkdaşı üçün nəzərdə tutulmuş “Mühafizənin əsasları / Səviyyə-1” kursu aşağıdakı əsas mövzulardan ibarətdir.

Mövzular:

  • Giriş / İntroduction
  • Mühafizə xidməti əməkdaşının şəxsi keyfiyyətləri / Personal quality features of security guard
  • Mühafizə xidməti əməkdaşının hüquq, vəzifə və öhdəlikləri / Right, roles and responsibilities of security guard
  • Mühafizə xidməti əməkdaşının vəzifə təlimatı / Security Tool Box Talk
  • Keçidə nəzarət / Access control
  • Yoxlama prosesi / Search process
  • Patrul keşiyi / Patrolling
  • Şübhəli və ya sahibsiz əşyalar / Suspicious or unattended objects
  • Bomba təhdidi / Bomb threat call
  • Əraziyə qanunsuz giriş / Illegal access to the area
  • Açarların qeydiyyatı / Keys control
  • SƏTƏM / HSE
  • Təhvil-təslim / Handover

Hər dəqiqəsindən zövq alacağınız və maraqla dinləyəcəyiniz, yuxarıdakı əsas və bir sıra alt mövzulardan ibarət 1 günlük kurs interaktiv şəkildə təşkil olunmaqla sizə mühafizə əmkdaşının bilməli olduğu əsas, vacib bilik və bacarıqları aşılayacağına əminik.

  • Qiymətləndirmə: 20 sualdan ibarət test əsaslı qiymətləndirmə
  • Metod: Sinifotağı / onlayn video konfrans
  • Tədris dili: Azərbaycan
  • Kursun müddəti: 6 saat
  • Maksimum iştirakçı sayı: 10 nəfər
  • Minimum iştirakçı sayı: 4 nəfər

Kurs bu sahə üzrə çoxillik təcrübəyə malik, yerli və xarici layihələrdə mühafizə işi üzrə yüksək vəzifələrdə çalışmış təlimçimiz tərəfindən tədris olunur.

Təlimçi: Yaqub Tağızadə

Biz sizə keyfiyyətli bir kurs təklif etdiyimizə inanırıq. Ən əsası, siz bu kursu bitirdikdən sonra iş müsahibələrində əminliklə iştirak edə və iş yerində özünüzə güvənli şəkildə mühafizə əməkdaşı kimi addımlarınızı ata bilərsiniz.

 

Kursda iştirak edən hər bir şəxsə eko-çanta (kətan parça) hədiyyə ediləcək.

Kursun qiyməti: 140 azn

You can register for the course by clicking on the side button.