Security supervisory skills (Level 2)

Views:

“HE.AZ” MMC sizlərə mühafizə əməkdaşlarının hazırlanması üzrə növbəti üst səviyyə kursunu təklif edir.

Təqdim etdiyimiz bu kurs “Mühafizə üzrə supervayzer bacarıqları / Səviyyə-2” adlanmaqla daha üstün bilik, bacarıqları özündə ehtiva edir.

Kimlər iştirak edə bilər:

  • Səviyyə-1 kursundan sonra biliklərini təkmillədirmək istəyən mühafizə əməkdaşları
  • Mühafizə üzrə supervayzerlər
  • Mühafizə üzrə koordinatorlar
  • Və digər şəxslər

 

Kurs aşağıdakı bölmələrdən və mövzulardan ibarətdir:

Bölmə-1

  • Təhlükəsizlik anlayışı
  • Risk anlayışı
  • Riskin dərəcəsi
  • Risklərin diarə edilməsi
  • Sənayedə təhlükələr
  • İtkilərin növləri
  • Təhlükəsizlik xidmətinin əsas funksiyası
  • Təhlükəsizlik xidməti əməkdaşının gündəlik vəzifələri
  • Təhlükəsizlik xidməti əməkdaşının imici
  • Təhlükəsizlik xidməti əməkdaşının şəxsi keyfiyyətləri

 

Bölmə-2

  • Təhlükəsizlik sistemi
  • Fiziki baryerlərin məqsədi və növləri
  • “Dərinliyə müdafiə”
  • İşıqlandırma
  • Elektron mühafizə vasitələri
  • Müşahidə sistemləri

 

Bölmə-3

  • Keçidə nəzarət
  • Nəzarət Buraxılış Məntəqəsində (Reception) xidmət aparan təhlükəsizlik xidməti əməkdaşının vəzifələri
  • Şəxsiyyəti təsdiq edən sənədlər
  • Şəxsi yoxlama
  • Avtomaşınların yoxlanması
  • Patrul keşiyi
  • “Gözlənilməz olmaq” prinsipi
  • Şübhəli əşyaların aşkar edilməsi
  • Bomba təhdidi
  • Evakuasiya

 

Bölmə-4

  • Fövqəladə hadisə
  • Baş vermiş hadisələrin qeydiyyatı
  • Fövqəladə hallar prosedurunun məqsədi
  • İnformasiya təhlükəsizliyi
  • İnformasiyanın qorunmasına dair standart tədbirlər
  • “Təmiz stol” siyasəti

 

Təşkilati məsələlər haqqında:

  • Kursun müddəti: 2 gün (12 saat)
  • Kursun metodu: Sinifotağı / onlayn video konfrans
  • Kursun tədris dili: Azərbaycan
  • Qiymətləndirmə: 40 sualdan ibarət test əsaslı qiymətləndirmə
  • Minimum iştirakçı sayı: 4 nəfər
  • Maksimum iştirakçı sayı: 10 nəfər

 

Kurs mühafizə sahəsində uzun illərdir yüksək vəzifədə çalışan, peşəkar, təcrübəli təlimçimiz tərəfindən tədris olunur.

Təlimçi: Yaqub Tağızadə

 

Biz sizə keyfiyyətli kurs təklif etdiyimizə inanırıq. Ən əsası, kursun sonunda əldə edəcəyiniz bilik və bacarıqlar sizə iş müsahibələrində rahat iştirak etməyə, mühafizə işində sərbəst, əmin addımlar atmağa bir az da köməklik edəcəkdir. Kursun mövzuları, onu tədris edən təlimçi və “HSE.AZ”ın müştərilərinə olan loyal münasibəti bu kursun keyfiyyətli olması üçün zəmanətdir.

 

Kursda iştirak edən hər bir şəxsə eko-çanta (kətan parçadan) hədiyyə ediləcək.

Kursun qiyməti: 250 azn

You can register for the course by clicking on the side button.