Bakıda toz dumanı müşahidə olunur
Havada toz dumanı müşahidə olunur. Bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilir ki, yanvarın 14-də cənub-qərb istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə transsərhəd toz kütlələri daxil olub.
Yeni quraşdırılmış avtomat monitorinq stansiyalarından daxil olan məlumata əsasən, Bakıda tozun miqdarı gün ərzində normadan 1.5 dəfə artıq qeydə alınıb. Gəncə şəhərində isə tozun miqdarı günorta saatlarında normadan 4.5-5.1 dəfə yüksək olub, hazırda normadan 1.7 dəfə artıqdır.
Qeyd edək ki, yanvarın 15-də cənub-qərb istiqamətli hava cərəyanlarının üstünlüyü nəticəsində ölkə ərazisində tozun miqdarının normadan bir qədər çox olması müşahidə ediləcək.