Bakıda iş yerində ölümlə nəticələnən – İNSİDENT

29 March 2021
Views:

Bakıda daş karxanasında fəhlənin başı kəsildi

 

Martın 27-də saat 5:00 radələrində Qaradağ rayonu, Korgöz qəsəbəsi ərazisində yerləşən daş karxanasında mişarı idarə edən 1964-cü il təvəllüdlü Balafər Əmirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, kombayn mişarının Balafər Əmirovun baş nəhiyəsini kəsməsi nəticəsində o, hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri tədbirlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

 

Mənbə: oxu.az