Şabranda dəhşət: Hasar 11 yaşlı uşağın üzərinə aşdı

02 April 2021
Views:

Şabranda dəhşət: Hasar 11 yaşlı uşağın üzərinə aşdı

Aprelin 1-də saat 14 radələrində Şabran şəhəri, M.Əsədov küçəsində 2010-cu il təvəllüdlü Məmmədov Fəqan Ruslan oğlunun üzərinə hasar aşması nəticəsində xəsarətlər alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şabran rayon prokurorluğundan verilən məlumatına görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Fəqan Məmmədov əmisi oğlu, 2011-ci il təvəllüdlü Məmmədov Pənah Zaur oğlu və qonşusu, 2007-ci il təvəllüdlü Məmmədov İlkin Mahir oğlu ilə evlərinin yaxınlığında oynadıqları zaman güclü küləyin təsirindən qonşuluqda yerləşən evin daş hasarının üzərlərinə aşması nəticəsində Fəqan Məmmədov aldığı xəsarətlərdən ölüb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.

 

Mənbə: kanal24