Yol qəzası. 5 nəfər həyatını itirdi – Road accident. Resulted 5 death

12 March 2022
Views:

Cəlilabadda ağır yol qəzasında 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Cəlilabad rayonun Şabanlı kənd sakini 1966-cı il təvəllüdlü Saleh Məlikovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil qarşıdan gələn, rayonunun İnili kənd sakini, 1948-ci il təvəllüdlü Xudaş Rəhimovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “VAZ-2107”-nin sürücüsü də daxil olmaqla sərnişinləri – rayonun Şabanlı kənd sakinləri, 1970-ci il təvəllüdlü Şura İmanova, 1975-ci il təvəllüdlü Gülnarə Kərimova, 1978-ci il təvəllüdü Elçin Kərimov və 1995-ci il təvəllüdlü Gültəkin Şahbazova aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.