Yeni hazırlanacaq peşə və kvalifikasiya standartlarına dair təkliflərin qəbuluna başlanıldı

23 February 2021
Views:

İşəgötürənlərin diqqətinə!

Yeni hazırlanacaq peşə və kvalifikasiya standartlarına dair təkliflərin qəbuluna başlanıldı

 

2020-ci ildə işəgötürənlərin və aidiyyəti qurumların təklifləri əsasında əmək bazarının tələblərinə uyğun hazırlanmış 300 peşə və kvalifikasiya standartlarından istifadə üçün “Peşə və Kvalifikasiya Standartlarının Reyestri” yaradılıb.

 

Standartlarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial.az” internet portalının “e-Xidmətlər” bölməsinə daxil olmaqla tanış olmaq olar. https://e-sosial.az/#/eServiceFrame/36549116

 

Cari ildə yeni peşə və kvalifikasiya standartlarının hazırlanması üçün işəgötürənlərin təklifləri qəbul olunur.

 

Burada əsas məqsəd əmək bazarında işəgötürənlərin tələbləri əsasında yeni peşə və kvalifikasiya standartlarına dair ehtiyacların müəyyən olunmasıdır. İşəgötürənlər, həmçinin Nazirliklə əməkdaşlıq edə bilər və könüllü olaraq peşə və kvalifikasiya standartlarının hazırlanmasında iştirak edə bilərlər.