Tikintidə ölümlə nəticələnən qəza – Bakı, Azərbaycan / Workplace accident resulted in death in construction site – Baku, Azerbaijan

19 December 2021
Views:

Bakıda gənc fəhlə dünyasını dəyişib.

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. 25 yaşlı Ziyadxan adlı gənc (soyadı dəqiqləşdirilir-red) tikinti zamanı ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatı Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırılır.

Mənbə: Oxu.az