Təhlükəsiz idarəetmə və təhlükəsiz işləmək niyə vacibdir? – Why is it important to manage and work safely

31 August 2020
Views:

Beynəlxalq Əmək Təşkilatının (BƏT) illik statistikasına əsasən il ərzində dünyada təxminən 270 milyon peşə qəzası və 160 milyon peşə xəstəlikləri qeydə alınır ki, bu qəza və xəstəliklər nəticəsində təxminən 2 milyon insan dünyasını dəyişir. Bu rəqəmlər vəziyyətin nə dərəcədə ciddi olduğunu göstərir… İş yerində təhlükəsiz idarəetmənin vacibliyini şərtləndirən 3 səbəb var:

• Sosial – insanların öz rifahlarını təmin etmək üçün işə gedərək xəsarət almaları cəmiyyət tərəfindən qəbul olunmur. Təhlükəsizliklə bağlı əsas mənəvi öhdəliklər məhz işəgötürənin üzərindədir. Onlar işçilərin sağlamlıq və təhlükəsizliyini qorumaq üçün məsuliyyət daşıyırlar. Heç bir halda işçilərə verilən əmək haqqı və s onların təhlükəsizliyi üçün görülən tədbirləri əvəz edə bilməz.
• Hüquqi – Qanun tələb edir ki, işəgötürən öz işçisinin və fəaliyyəti nəticəsində təsiri gözlənilən digər insanların sağlamlıq və təhlükəsizliyini qorusun. Əks təqdirdə, müvafiq orqanlar (misal üçün: Əmək müfəttişliyi) tərəfindən müəyyən tədbirlər görülə bilər. Misal üçün: Xəbərdarlıqlar, müəssisənin fəaliyyətinin dayandırılması, cərimələr, həbslər..
• Maliyyə – İş yerində baş verən hər hansı insident xərcə bərabərdir. Başqa sözlə, qəza=xərc. Ona görə də şirkət təbii olaraq xərcə düşməmək üçün təhlükəsizliyə önəm verəcək ki, onun iş yerində qəza, xəsarət alma, ölüm halı olmasın. Əks təqdirdə müəyyən xərclər ödəməli olacaq.

Bəs işçilər niyə təhlükəsizliyi üstün tutmalıdırlar?
Ağrı-acı yaşamaq üçün, əmək qabiliyyətini itirməmək üçün, işini itirməmək üçün, sosial vəziyyət pisləşməməsi üçün və s. Bunlardan ən əsaslardan biri də budur ki, işçilərin sağlamlıq və təhlükəsizliklə bağlı öhdəlikləri var.

Bundan başqa, həm şirkət, həm də fərd olaraq ətraf mühitin müdafiyəsinə edilən laqeydlik bütün ətraf mühit amillərinin və bütövlükdə cəmiyyətin ziyan görməsinə gətirib çıxaracaq.

Qeyd: 2012-ci ilin ilk 7 ayı ərzində Azərbaycanda 120 bədbəxt hadisə baş verib ki, nəticədə 43 ölüm halı qeydə alınıb.