SƏTƏMM nədir? – What is HSE?

31 August 2020
Views:

S – Sağlamlıq (Health) – Peşə sağlamlığı iş yerlərində işçilərin sağlamlığının bütün aspektləri ilə məşğul olan, sağlamlığı gözləyən təhlükələrin aradan qaldırılmasına fokuslanan əsas tədbirlərin məcmusudur. Sağlamlıq xəstəliyin (və bu kimi halların) olmaması halıdır. Misal üçün: Azbest tozunun təsirinə məruz qalma nəticəsində sizin sağlamlığınızı xərçəng xəstəliyi riski gözləyir.

ƏT – Əməyin təhlükəsizliyi (Safety) – Əməyin mühafizəsi müvafiq qanunvericilik aktları və digər normativ aktlar əsasında fəaliyyət göstərən sosial-iqtisadi, təşkilati, texniki, sanitariya-gigiyena və müalicə-profilaktik tədbirlərin və vasitələrin elə bir sistemidir ki, əmək fəaliyyəti prosesində insanın təhlükəsizliyini, sağlamlığının və iş qabiliyyətinin qorunmasını təmin edir (Az.Res. Əməyin mühafizəsi haqqında qanun)… Başqa sözlə, təhlükəsizlik – Şəxsi ciddi xəsarət alma riskinin olmamasıdır. Misal üçün: Yükqaldırma əməliyyatı zamanı yükün altında (atəş xəttində) dayanmaq sizin ciddi xəsarətinizə və ölümünüzə səbəb ola bilər.

ƏMM – Ətraf Mühitin mühafizəsi (Environment) – ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanmasıdır (Ətraf Mühitin Mühafizəsi haqqında Az.Res. qanunu). Başqa sözlə, Əmək fəaliyyəti, iş prosesi və bu tip fəaliyyətlər zamanı ətraf mühitin (hava, su, torpaq, bitki, heyvanat aləmi) çirklənməsiə hallarına yol verilməməsi və ya çirklənmənin qarşısının alınmasıdır.