Qida təhlükəsizliyi

31 August 2020
Views:

Burada yazılanlar hər hansı bir müəssisənin qayda-qanunlarının formalaşması üçün əsas ola bilməz!
Azərbaycan Respublikasının müvafiq normativ aktlarına, sənədlərinə, nizamnamələrinə, qanunvericiliyinə istinad edilməlidir!

Qida təhlükəsizliyi – sizi, qidanın hazırlanması, asxlanılması, istifadəsi və qablaşdırılması prosesində qarşılaşa biləcəyiniz təhlükələrdən qorumaq və riskləri minimallaşdırmağa yardım edir.
Siz çox sadə yollarla özünüzə və digər insanlara zərər yetirə bilərsiniz. Bunun üçün qapalı sahəyə, düşən əşyaya, hündürlükdə görülən işlərə və s-yə ehtiyyac yoxdur. Çirkli əllərinizi yumadan hər hansı qida vasitələrinə toxunmaq həm sizin, həm də digər isanların həyatı üçün təhlükəli ola bilər.

Qida təhlükəsizliyi haqqında fikirləşən zaman, hər şeydən əvvəl bilməlisiniz ki:
• Evdə – yemək yeməzdən əvvəl əllərinizi yaxşıca yuyun, bıçaq, qaşıq və bu kimi vasitələri istifadə etməzdən əvvəl təmizləyin.
• Gündəlik proqramda – Yemək hazırlamazdan öncə əllərinizi yuyun, əcəklərdəb istifadə edin, xəstə olduğunuz zaman ərzağa toxunmayın. İmkan varsa, yeməyi digər şəxs hazırlasın.
• İşdə – Əllərinizi yuyun, qida hazırlanması prosesində iştirak edən şəxslər xüsusi geyim, baş örtüyü, əlcəklərdən istifadə etməlidir. Xüsusi təmziləyici vasitələrdən istifadə edilməlidir.

Qida təhlükəsizliyi niyə görə vacibdir?
• Müştərinin gözləntilərini qarşıalamaq üçün
• İnsanların müxtəlif xəstəliklərə yolxmasının qarşısını alamq üçün
• Qida istehsalında və xidmətlərində davaml inkişafa nail olmaq
• Qida təhlükələrini nəzarətdə saxlamaq
• Qida təhlükəsizliyi haqda qanunvericiliyin tələblərinə əməl etmək

Çirklənmə nədir?
Çirklənmə – qidada (ərzaqda) insanların ölümünə və xəsarət almasına səbəb ola biləcək təhlükələrin mövcudluğunu ifadə edir.

Qida təhlükəsizliyi təlimatı bizi qoruyur:
• Qida ilə bağlı məxsusi xəstəliklərdən
• İqda ilə bağlı təhlükələrdən (bioloji, kimyəvi, fiziki)
• Qarşılıqlı çirklənmədən (cross contamination)

Qida ilə bağlı xəstəlik nədir?
Qida xəstəliyi o zaman baş verir ki, siz müxtəlif xəstəliklər tutmanıza səbəb ola biləcək qida yeyirsiniz. Qida xəstəliyi və qida zəhərlənməsi əksər vaxtlarda qarşılıqlı şəkildə istifadə olunur.
Qida zəhərlənməsinin əlamətləri:
• Ürək bulanması
• Mədə ağrıları
• Qusma
• İshal

Kimlər xüsusilə müdafiə olunmalıdır?
• Hər kəs, lakin daha çox
– Yaşlı insanlar
– Körpələr və uşaqlar
– İmmuniteti çox zəif olan insanlar
İnsanların yaşından asılı oalraq immun sisteminin bakterialarla mübarizəsi çətinləşir. Xüsusilə xroniki xəstəliklər – xərçəng, şəkərli diabet kimi xəstəlik daşıyıcıları olan insanlarda bakteriyalara qarşı müdafiədə immunitet zəif olur. Bədəndə suyun az olması, bədənin quru olması qida xəstəlikləri zamanı narhat olunmalı bir faktordur, xüsusilə körpə və uşaqlarda.

Qida təhlükəsizliyi sahəsində olan boşluqlar hər iki tərəfə – işçiyə və işəgötürənə təsir edir:
– İşçi – qida təhlükəsizliyi qaydalaırna əməl etməyən işçilər işlərini itirə bilər
– İşəgötürən isə – qida təhlükəsizliyi qaydalarına əməl etmədiyi təqdirdə bankrot ola bilər, reputasiyaya xələl gələ bilər, gəlirlər azala bilər , müəssisə bağlana bilər, həbslər, məhkəmə təqibləri gözləyə bilər. Əgər insanların sağlamlığına təhlükə törədəcək formada bu işlə məşğul olursa…

Ümumi formada qida təhlükəsizliyinə əməl etməmək:
– Müştttərilərin xəstəliklərə yolxmasına səbəb ola bilər
– İşçinin işini itirməsinə səbəb ola bilər
– İşə götürənin bankrot olmasına səbəb ola bilər

Təhlükə nədir?
Təhlükə – qidanın tərkibində olan fizki, kimyəvi, bioloji maddələrin mövcudluğu və onların insanların sağlamlığına xəsarət yetirmə potensialıdır.

Qida təhlükələri hansılardır?
– Bioloji (mikroblar)
– Kimyəvi (müxtəlif kimyəvi maddələr)
– Fiziki (hər hansı material, obyekt, hissəcik və s )

Qida təhlükələri sizə xəsarət yetirmə potensialı olan hər bir şeydir. Bu təhlükələr gözlə görülə bilən (misal üçün, tük) də ola bilər, gözlə görünməyən (bakteriyalar) də.

Qida təhlükələrinin əsas mənbələri:
 Çirklənmiş xammal
 Hazırlanma prosesinin düzgün olmaması
 Düzgün olmayan saxlanma və daşınma şəraiti
 Xəstəlik daşıyıcısı olan insanalr
 Qarşılıqlı çirklənmə