Ofis təhlükəsizliyi
Ofis – iş yeriniz digər iş yerləri kimi təhlükəli ola bilər. Potensial təhlükələr kəsiklər, yanıqlar, ilişmə, sürüşmə, yıxılma, toqquşma, təkrarlanan hərəkətlər, gözlərdə gərginlik və s – dən ibarətdir. Hər hansı ofis ükəsizlik mühitində aşağıdakı təhlükəsizlik qaydalarına əməl olunması məsləhətdir:
• Kənarları iti, kəsici olan mebellər ə ya ayaqları zədəli olan şkaf, stol, stul təmir olunması və ya əvəzlənməsi üçün məruzə edilməlidir.
• Tənzimlənən stullar, kreslolar düzgün şəkildə quraşdırılmalı və sürüşmənin qarşısı alınmalıdır
• Stul, stol və bu kimi digər mebellər nərdivan əvəzi istifadə edilməməlidir.
• Şkaf və stolların siyirtmələri istifadə olunmadığı təqdirdə bağlanmalı və ilişmə və vurma təhlükələrini istisna etməlidir.
• Eyni anda yalnız bir siyirtmə açılmalı və açıq şəkildə tərk edilməməlidir.
• Şkafın ən yuxarı siyirtməsi aşağıdakı digər siyirtmələrə nisbətən daha az doldurlmalıdır (sənədlər və s ilə)
• Siyirtmələr ehtiyyatlı və yavaş-yavaş bağlanmalı və beləliklə çimdik təhlükələrindən yayınmaq lazımdır.
• İstifadə olunmadığı təqdirdə kağız doğrayan avadanlığın kəsici hissələri bağlanmalıdır.
• Qayçı, bıçaq və bu kimi əşyalar ehtiyyatlı şəkildə istifadə edilməli və təyin olunmuş yerlərdə saxlanmalıdır.
• Döşəmələr, gediş-gəliş yolları, pilləkənlər daima təmiz, quru və manelərdən kənar saxlanmalıdır.
• Mütəmadi şəkildə istifadə olunan əşyalar rahat şəkildə götürülməsi üçün hündür yerlərdə saxlanmamalı. Əlçatan olmalıdır. Bu həm işçinin əşyanı götürməsi üçün ayağının alıtna hər hansı əşya qoymasına və düşən əşya imkanlarını artırır.
• Elketrik avadanlıqlarından düzgün istifadə qaydalarına əməl olunmalıdır. Zədəli və nasaz avadanlıqlar vaxtında dəyişdirilməlidir.
• Ayaq altında qalan telefon və digər avadnlıqların naqilləri, döşəmə üzərinə sərilmiş xalça və bu kimi vasitələr ilişmə təhlükəsini istisna etməli, gediş gəliş yollarından kənar saxlanmalıdır.
Təhlükəsiz iş yerini qurmaq üçün potensial təhlükələri vaxtında məruzə et, təmir et və ya əvəz et!
Ofisdə olan potensial təhlükələr:
• Ağır əşyalar – bu tip əşyaları qaldıran zaman bel zədələrindən uzaq olmaq üçün yüklərin əl ilə daşınması qaydalarına əməl edilməlidir.
• Təhlükəli “nərdivanlar” – Saz vəziyyətdə olan və mütəmadi texniki qulluq göstərilən nərdivanlardan istifadə edilməlidir.
• Elektrik naqilləri – Gediş-gəliş yollarından kənar saxlanmalı, xalçaların altında yerləşdirilməməlidir.
• Döşəmələr, pilləkənlər təmizləndikdən sonra qurulanmalı, sürüşkən yerlər sürüşməni azaldan xüsusi materiallarla örtülməlidir.
• Siyirtməli şkaflar – Siyirtməsi olan şkafları insanların mütəmadi istifadə etdikləri yerlərdə yerləşdirməyin, əks təqdirdə şkafın açıq siyirtmələri insanlara xəsarət yetirə bilər.
• Nasaz avadanlıqlar – bu tip avadanlıqdan istifadə etməyin və vaxtında dəyişilməsi, təmiri üçün məruzə edin.
• Stabil olmayan mebellər – bu tip mebelləri etibarlı şəkildə bərkitmək lazımdır ki, aşma riski azalsın.
• Bağlı yanğın çıxışları – Fövqəladə hal çıxışları manelərdən azad saxlanmalı
• Yanğınsöndürmə və təhlükəsizlik avadnalıqları – Balonların, həyəcan siqnallarının yerini bütün işçilərin bildiyinə və onlardan istifadə qaydalarını mənimsədiklərinə əmin olun.
• İş komputerləri – Bu tip avadanlıqların işçiyə düzgün şəkildə uyğunlaşdırıldığına əmin olun, mütəmadi şəkildə komputerlə işləyən işçilərin fasilələrdən istifadəsini və həkim müayinəsini təmin edin.