Fövqəladə hallar çantası

31 August 2020
Views:

Hazırlıq çantası – fövqəladə hadisələr zamanı istifadə edilməsi üçün hazırlanan və içərisində zəruri ehtiyac vasitələri olan ehtiyat çantasıdır. Ehtiyat çantası hər zaman hazır vəziyyətdə əl altında olmalıdır.
Hazırlıq çantasına olan tələblər:
Çantanın həcmi təxminən 30 litr, parçası – möhkəm, işıqqaytaran zolaqlı, sukeçirməyən və yüngül, qayışları isə boyunuza uyğun, daşımaya rahat olmalıdır.
Hazırlıq çantasında nə olmalıdır:
– quru qida məhsulları və su (minimum 3 günlük qidalanma üçün yüngül, yer az
tutan məhsullar);
– tibbi yardım qutusu;
– pul və sənədlər;
– zəruri geyim əşyaları;
– çoxfunksiyali bıçaq;
– kibrit və ya alışqan;
– şam;
– iynə və sap;
– birdəfəlik istifadə üçun qab-qacaq;
– fit (yardım çağırmaq üçün);
– gigiyena vasitələri (nəm və quru salfet, sabun və s.);
– kiçik bloknot və karandaş;
– kompas;
– fənər və batareyalar;
– telefon və qida bloku;
– mümkündürsə, yataq torbası.
Yadda saxlayın ki, hazırlıq çantası yaşadığınız yerə və fərdi xüsusiyyətlərə uyğun olmalı və xarab ola bilən ərzaq və ləvazimatlar mütəmadi yenilənməlidir.