Qapalı sahəyə giriş təhlükəsizliyi / Confined space entry safety

Views:

Bir çox iş yerlərində “Məhdud sahə / məhdud fəza”lara rast gəlmək olur. Ümumi anlamda “Qapalı sahə” deyə adlandırırıq. Məsələn: su çənləri, kanalizasiya quyusu, boru kəməri, qüllələr və s.

Təbii, ən yaxşısı budur ki, qapalı sahədə iş yerinə yetirməkdən yayınaq. Ancaq, bir çox hallarda bu mümkün olmur və işin yerinə yetirilməsinə ehtiyyac yaranır. Qapalı sahə ilə bağlı bizi ən çox narahat edən oradakı spesifik təhlükələrdir ki (yanğın, partlayış, zəhərli mühit, oksigenin azlığı, zəif ventilyasiya və s) bunlara qarşı da öncədən təhlükəsizlik tədbirləri görülməlidir ki, riski azalda bilək.

Bu kurs sizdə qapalı sahə və ora daxil olmaqla bağlı əsas anlayışları inkişaf etdirəcək və mühüm təhlükə / risk və onlara nəzarət metodlarına fokuslanacaq.

Kurs aşağıdakı mövzulardan ibarətdir:

▪︎ Qapalı sahənin ümumi təqdimatı

▪︎ Qanunvericilik və öhdəliklər

▪︎ Təhlükələr

▪︎ Riskə nəzarət tədbirləri

▪︎ İşin İcrasına İcazə tələbləri

▪︎ Təcrid etmə (LOTO)

▪︎ Atmosfer testi / Ventilyasiya

▪︎ Əsas heyətə olan tələblər

▪︎ Fövqəladə hallara reaksiya tədbirləri

▪︎ Fərdi Mühafizə Vasitələri

 

Kursun sonunda 15 sualdan ibarət qiymətləndirmə tətbiq olunur.

 

Təlimçi: Rəşad Bəkdəmirli

 

Qiymət: 130 azn

You can register for the course by clicking on the side button.