CIEH Occupational Health and Safety Level 3 (HSE Specialist course)
CIEH-in Azərbaycandakı kurs provayderi olaraq sizə növbəti beynəlxalq səviyyədə tanınan kursu təqdim edirik.
“Peşə sağlamlığı və təhlükəsizliyi” üzrə səviyyə-3 kursu.
Bu kursun, ölkəmizdə əməyin mühafizəsi (SƏTƏM – Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühit) üzrə mütəxəssislərin hazırlanması işinə kömək edəcəyinə inanırıq.
Qoruyucu avadanlıqlardan başlayaraq qəzalara qədər, “Peşə Sağalamlığı və Təhlükəsizliyi” Səviyyə-3 kursu sağlam və təhlükəsiz iş mühitinin yaradılmasında əvəzsiz rola malik olacağını ümid edirik.
Sağlamlıq və təhlükəsizliyi öyrənərək iş yerində plana uyğun getməyən məsələləri necə həll etməyi öyrənin.
Kurs kimlər üçündür?
- SƏTƏM sahəsində karyera qurmaq istəyən şəxslər
- SƏTƏM sahəsi üzrə təhsil alan şəxslər
- SƏTƏM sahəsi üzrə biliklərini inkişaf etdirmək istəyən şəxslər
- SƏTƏM üzrə öhdəliyi olan menecer və supervayzerlər
- Öyrənmə və inkişaf üzrə kouçlar
Kurs aşağıdakı modullardan ibarətdir:
Modul 1: Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi
• Əməyin mühafizəsində yerli əmək qanunvericiliyinin tələbləri
• Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsinin prinsipləri
• Peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sisteminin elementləri
• İstifadə olunan əsas terminlər
• Praktiki tapşırıq
Modul 2: Planlaşdırma
• Risklərin qiymətləndirilməsi və yaranan imkanlar
• Sağlamlıq və təhlükəsizlik siyasətləri
• Hüquqi müstəvi
• Vəzifə və öhdəliklər
• Sağlamlıq və təhlükəsizlik üzrə məqsədlər
• Praktiki tapşırıq
Modul 3: Risk profilinin yaradılması
• Risk yönümlüyün üstünlükləri
• İşlə əlaqədar xəsarət və xəstəliklərin xərci
• Vəzifə və öhdəliklər
• Riskin qiymətləndirilməsi prosesi
• Spesifik riskin qiymətləndirilməsi
• Nəzarət tədbirləri
• Praktiki tapşırıq
Modul 4: İşlə əlaqədar xəsarətlər – təhlükələr – nəzarət tədbirləri
• İş yeri və tələblər
• Hündürlükdə iş
• İş avadanlıqları
• Yanğın və partlayış
• Elektrik
• Qapalı sahə
• Qazıntı təhlükəsizliyi
• Mexaniki dağıntı təhlükəsizliyi
• İş yerində nəqliyyat
• İşlə əlaqədar zorakılıq
• Spirtli içki və narkotiklər
• Praktiki tapşırıq
Modul 5: İşlə əlaqədar xəstəliklər – təhlükələr – nəzarət tədbirləri
• Yüklərin əl ilə daşınması
• Təhlükəli maddələr / COSHH
• Azbest
• Səs-küy və titrəyiş
• Tapşırıq, iş sistemi və ətraf mühit
• İşlə əlaqədar stres
• Ofis təhlükəsizliyi və erqonomika
▪︎ Ətraf mühit / tullantıların idarə olunması
• Praktiki tapşırıq
Modul 6: Təşkiletmə və tətbiqetmə
• Nəzarət
• Əməkdaşlıq
• Kommunikasiya
• Səriştə
• Sənədləşmə və qeydlər
• Fövqəladə hallara hazırlıq və cavab tədbirləri
• Praktiki tapşırıq
Modul 7: Fəaliyyətin / performansın yoxlanılması
• Fəaliyyətin ölçülməsi
• Fəaliyyətin monitorinq olunması
• Qəzaların qeydiyyatı və məruzə olunması
• Qəzaların araşdırılması
• Praktiki tapşırıq
Modul 8: Fəaliyyətin / performansın yenidən nəzərdən keçirilməsi
• Rəhbərlik tərəfindən yenidən baxış
• Davamlı inkişaf
• Praktiki tapşırıq
Praktiki hissələr:
▪︎ Hər dərsin sonunda kiçik imtahanlar təşkil olunacaq
▪︎ Kurs zamanı siz SƏTƏM mütəxəssisi olaraq iş yerində tətbiq edəcəyiniz potensial sənədlər, formalar, yoxlama vərəqləri ilə təmin olunacaqsınız.
▪︎ İlk yardım kursu həm nəzəri, həm praktiki tapşırıqlarla təşkil olunacaq.
▪︎ Riskin qiymətləndirilməsi praktiki tapşırıq əsasında.
• Enerjinin təcrid olunması praktiki olaraq
Kursun sonunda sizə 3 sertifikat təqdim olunacaq:
▪︎ CİEH SƏTƏM üzrə (introductory) beynəlxalq səviyyə-1 sertifikat (pdf ağ-qara)
▪︎ HSE.AZ “SƏTƏM Mütəxəssisi hazırlıq kursu” sertifikatı (pdf)
▪︎ NSC “İlk yardım / CPR / AED” beynəlxalq ilk yardım sertifikatı (pdf)
Qeyd: SƏTƏM mutəxəssisi kursunda iştirak edənlərə CİEH Səviyyə-2 sertifikatı təqdim olunacaq. İstəyə uyğun olaraq əlavə ödəniş müqabilində CİEH Səviyyə-3 sertifikatı da təmin oluna bilər.
Kursun müddəti: 36 saat
Kursun qiymətləndirilməsi: 40 sualdan ibarət test və açıq suallardan ibarət qiymətləndirmə.
Sertifikatın nümunəsi:
(hissəli ödəniş imkanı)