Incident investigation and root cause analysis

Views:

Bəzən “ən yaxşı nəzarət tədbirləri”ni yerinə qoymağımıza rəğmən iş yerində qəzalar baş verir, insanlar dünyasını dəyişir və ya xəsarət alır, əmlaka ciddi ziyan dəyir, ətraf mühit çirklənir və ya cəmiyyət hər hansı təhlükə ilə üzbəüz qalır.

Bədbəxt hadisə / qəza adından göründüyü kimi hər nə qədər xoşagələn bir hal olmasa da, onun baş vermə səbəblərini müəyyən edərək gələcəkdə daha ciddi qəzaların qarşısını almağımıza yardım edə bilər.

Əgər siz bədbəxt hadisələri sırf müvafiq dövlət orqanlarına məruzə etmək üçün, ilkin səbəbləri müəyyən etməklə, işçiləri günahlandırmaq məqsədilə araşdıracaqsınızsa, əmin olun ki, o qəza yenə baş verəcək. Bədbəxt hadisələrin qarşısını yalnız onların kök səbəblərini taparaq effektiv nəzarət tədbirlərini yerinə qoymaqla aradan qaldırmaq olar.

 

Kursun mövzuları:

▪︎ Giriş

▪︎ Yerli və beynəlxalq qaydaların tələbləri

▪︎ İnsident anlayışı və onun növləri

▪︎ Öhdəliklərin müəyyən olunması

▪︎ Qəzaların araşdırılması üçün hüquqi tələblər

▪︎ Effektiv qəza araşdırmaq üçün tələb olunan bacarıqlar

▪︎ Araşdırmanın mərhələləri

▪︎ Dəlil / sübutların toplanması üçün əsas üsullar

▪︎ İntervyu bacarıqları

▪︎ “Gap analysis”

▪︎ “Root cause analysis”

 

Kursun qiyməti: 130 azn
You can register for the course by clicking on the side button.