İş yerində ölümlə nəticələnən qəza baş verib – Bakı, Qaradağ rayonu

09 December 2021
Views:

Dekabrın 8-i saat 21 radələrində Qaradağ rayonu, Salyan şossesi 47 ünvanında yerləşən kərpic istehsalı ilə məşğul olan “AAC” MMC-də fəhlə işləyən 1997-ci il təvəllüdlü Ruslan Kərimovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğundan verilən məlumata görə, Ruslan Kərimov sement və gilin qarışdırılması üçün nəzərdə tutulmuş quyunun divarlarındakı sement qalıqlarını elektrik mühərrikli dəlici alətlə təmizləyən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Mənbə: oxu.az