“Azərenerji”nin mühəndisi iş yerində öldü

13 August 2021
Views:

Avqustun 12-si saat 13 radələrində Sumqayıt şəhər sakini Qəmərəddin Məmmədovun işlədiyi yerdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan “Qafqazinfo”ya daxil olan məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Qəmərəddin Məmmədov mühəndis vəzifəsində işlədiyi “Azərenerji” ASC–nin Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin həyətində yerdəyişmə işləri görülərkən paylayıcı qutunun üzərinə düşməsi nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

 

Mənbə: Caspian barrel