Aylıq SƏTƏM imtahanı haqqında bəzi sualların cavabı

12 February 2021
Views:

Çox güman ki, təşkil etdiyimiz imtahanlarla bağlı sizi düşündürən bəzi ❓❓❓ (suallarınız) var. Təbiidir. Aşağıda suallarınızın bəzilərinə cavab vermişik⤵️

🔹️Mən niyə bu imtahanda iştirak edim?
– Mövcud bilikləri qoruyub saxlamaq və inkişaf etdirmək üçün.
– Həmkarlarınızı tanımaq üçün
– Biliklərinizi qiymətləndirmək üçün
– Güclü və zəif tərəflərinizi aşkar etmək üçün
– İnkişaf naminə addımlar müəyyən etmək üçün
– Həmkarlarınızın bilikləri ilə müqayisə etmək üçün
– Həmkarlarınızın daha uyğun cavablarından yararlanmaq üçün

🔹️Suallar hansı mövzulardan təyin olunur?
– Hər ay suallar fərqli mövzulardan seçilir. Hazırlaşmağınız üçün sualların mövzuları saytımızın “xidmətlər” bölməsinin “SƏTƏM imtahanları” alt bölməsində yerləşdirilib.

🔹️Keçid balı neçədir?
– İmtahanlarda keçid balı yoxdur. İştirakçıların topladıqları ballara əsasən reytinq cədvəli müəyyən olunur. Maksimum bal 100 baldır.

🔹️Obyektivliyi və nəzarəti necəə təmin edəcəksiniz?
– İmtahandan öncə hər bir iştirakçının əyləşdiyi məkan kamera ilə görüntülənir.
– Masanın üzərində boş vərəq, qələm və sudan başqa heç bir şeyə icazə verilmir. Otaqda başqa şəxslərin olması qadağandır.

– Bütün imtahan boyu kameralar və mikrofonlar açıq saxlanılır.
– Bir və ya daha çox imtahançı tərəfindən hər bir kəsin hərəkətinə, səsə, hətta mimiklərinə qədər nəzarət olunur.
– Qaydaların pozulmasına görə güzəşt yoxdur.
– İmtahan sualları yalnız bir nəfər tərəfindən tərtib olunur (Rüstəm Abdullayev). O sualların başqa bir şəxs tərəfindən görünməsi mümkün deyil.
– İştirakçıda aldığı bala şübhə yarana bilər. Bu səbəbdən bir hər bir suala verdiyimiz balı izah edirik. Niyə aşağı bal, niyə yüksək bal. Bəzi sualların tövsiyyə olunan cavablarını iştirakçıya təqdim edirik. İştirakçı bununla da nəyi yanlış etdiyini görür.
– İştirakçılarda bir-birlərinin balına qarşı şübhələr yarana bilər. Bu səbəbdən, biz hər bir iştirakçıya təqdim etdiyimiz imtahan cavablarını bir-birinə nümayiş etdirməyə icazə veririk.

🔹️Mükafat varmı?
– İlk imtahanda mükafat təqdim olunmadı. İştirakçıların sayı və toplanan məbləğdən asılı olaraq növbəti imtahanlara 1-ci yeri tutan şəxsə müəyyən mükafat təqdim etməyi planlayırıq.

🔹️İmtahanın müddəti nə qədərdir?
– İmtahanın müddəti 2 saatdır

🔹️İmtahan neçə sualdan ibarətdir?
– İmtahan 10 sualdan ibarətdir. Hər sual bir neçə alt sualdan ibarət ola bilər.

🔹️İmtahan haqqı nə qədərdir ?
– İmtahan haqqı bir nəfər üçün 5 azn təşkil edir.

🔹️İmtahan cavabları nə vaxt təqdim olunur?
– İştirakçı sayından asılı olaraq imtahandan sonrakı 3, 5 və ya 7 gün ərzində.

Növbəti imtahan tarixi: 28 Fevral 2021. Saat 20.00 – 22.00

Qeydiyyat üçün: info@hse.az