SƏTƏMM üzrə Təlimçi / HSE Trainer

Təsvir
- Keçiriləcək müvafiq təlim və təlimatlar barədə aidiyyəti üzrə işçi heyətinin müvafiq qaydada məlumatlandırılmasını təmin etmək;
 - Vizuallar, praktiki nümunələr və interaktiv üsullardan istifadə edərək təlimlərin daha təsirli və yadda qalan formada çatdırılmasını təmin etmək;
 - İllik və aylıq təlim planlarının hazırlanması, təlim cədvəllərinin tərtibi və icrasının effektiv şəkildə təşkili;
 - Təlimlərin nəticələrinin qiymətləndirilməsi, iştirakçı performansının analizi və hesabatların hazırlanması;
 - Fəaliyyət göstəricilərinə əsaslanaraq SƏTƏM təlimlərinin keyfiyyətinin və effektivliyinin artırılması istiqamətində təşəbbüslərin irəli sürülməsi;
 - Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələri üzrə təlim proqramlarının hazırlanması və icrasının təmin edilməsi;
 - Keçirilən təlimlərə dair müvafiq təlim materiallarının, eləcə də test suallarının hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
 - Keçirilmiş təlimlərlə bağlı elektron və yazılı məlumat bazasının yaradılması və bu məlumatların mütəmadi yenilənməsinin təmin edilməsi;
 - Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə təlim proqramına uyğun olaraq keçirilmiş təlimlərin effektivliyinin səlahiyyətlər çərçivəsində yoxlanılması;
 - Müxtəlif auditoriyalara uyğun təlim metodlarının seçilməsi və tətbiqi;
 - Təlim proqramları, təqdimatlar, təlim materialları və təlimat kitabçalarının hazırlanması və yenilənməsi;
 - Təlimlərin nəticələrinə əsasən biliklərin qiymətləndirilməsi üçün testlərin və imtahanların təşkili;
 - Təlimlərin keçirilməsi və nəticələri ilə bağlı jurnalların, protokolların və hesabatların aparılması;
 - Yeni işə qəbul olunan əməkdaşlara əməyin mühafizəsi üzrə giriş təlimatının keçirilməsi;
 - Qəza, hadisə və insidentlərdən sonra öyrənilmiş dərslərə əsasən əlavə təlimlərin keçirilməsinin təmin edilməsi;
 - Təlim prosesində interaktiv üsullardan və praktiki məşqlərdən istifadə edərək işçilərin təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi;
 - Əməkdaşların əməyin təhlükəsizlik qaydalarına dair biliklərinin mütəmadi olaraq artırılmasına dəstək göstərmək
 
Tələblər
- Təlim metodologiyası üzrə biliklərə malik olmalı;
 - Təlimçilər üçün nəzərdə tutulmuş təlim sertifikatına malik olmalı;
 - Beynəlxalq ISO 45001, ISO 9001 və ISO 14001 standartlarının tələblərini bilməli;
 - WAH-2005 sertifikatına malik olmalı;
 - HITRA və Incident Investigation sertifikatlarına malik olmalı;
 - Beynəlxalq təlim standartları barədə məlumatlı olmalı və bu sahədə praktiki təcrübəyə malik olmalı;
 - Müxtəlif təlim metodları üzrə bilik və praktiki təcrübəyə malik olmalı;
 - Auditoriya ilə effektiv şəkildə işləmə bacarığına malik olmalı;
 - İştirakçılarla ünsiyyət zamanı dəqiq, aydın və lakonik olmalı;
 - Heyətin təlim ehtiyaclarını qiymətləndirmək və ölçmək bacarığına malik olmalı;
 - Aşağıdakı əsas səriştə və bacarıqlara malik olmalı: Effektiv kommunikasiya, korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticəyönümlülük, təşəbbüskarlıq, çeviklik və problem həlletmə bacarığı;
 - Ali təhsil (müvafiq sahə üzrə);
 - SƏTƏMM təlimçisi kimi ən azı 3 il iş təcrübəsinə malik olmalı;
 - Azərbaycan dilini səlis, ingilis dilini isə yaxşı səviyyədə bilməli;
 - Microsoft Office proqramları üzrə biliklərə malik olmalı;
 
Bu vakansiyaya aşağıdakı link üzərindən müraciət edə bilərsiniz:
https://jobs.glorri.com/vacancies/primecotton/primecotton-setemm-uzre-telimci-18798/apply
Qeyd:HSE.AZ bu vakansiyanı iş axtaranlara dəstək məqsədilə paylaşır. HSE.AZ MMC-nin yerləşdirilən vakansiyalarla hər hansı birbaşa əlaqəsi yoxdur.
Mənbə: https://jobs.glorri.com/
