SƏTƏM üzrə Texnik / HSE Technician
Ümumi məlumat:
SƏTƏMM üzrə texniki əməliyyat qrupları ilə birlikdə fəaliyyət göstərərək, ən yüksək SƏTƏMM standartlarının əldə olunması, qorunub saxlanılması və iş sahələrində SƏTƏMM dəstəyi və nəzarətinin təmin edilməsinə məsuliyyət daşıyır. Bundan əlavə, SƏTƏMM texniki qrupuna dəstək məqsədilə digər SƏTƏMM ilə bağlı bütün problemlərin araşdırılması və həllində fəal iştirak etməlidir.
Vəzifə öhdəlikləri:
SƏTƏMM ilə bağlı məsələlərdə bütün işçilərlə fəal və qarşılıqlı əməkdaşlıq;
SƏTƏMM ilə bağlı görüşlərdə və yoxlamalarda iştirak;
Şirkətin işə nəzarət prosesləri və təhlükəsiz iş təcrübələrinin fəal şəkildə təşviqi;
Rəhbər heyət tərəfindən müəyyən edilən qaydada Şirkətin SƏTƏMM siyasətinin tələblərinə əməl edilməsi;
Nəqliyyat vasitələrinin yoxlanışı, işə icazə sənədlərinin bazasının təşkili, yükqaldırma əməliyyatlarında köməkçi və s. kimi tapşırıqların icrasında dəstəkçi rolunun icrası;
SƏTƏMM üçün tələb olunan hər hansı hesabat və materialların tərtib edilməsi və təqdim olunması;
SƏTƏMM məlumatları və qeydlərinin asanlıqla əldə oluna bilməsi üçün onların səmərəli idarə olunması;
Avadanlıqların saz vəziyyətdə olmasının yoxlanmasında iştirak etmək;
İş sahələrində SƏTƏMM mühəndislərinin tapşırıqlarının yerinə yetirilməsinə nəzarət və dəstək göstərmək;
Rəhbərliyin təlimatlarına əsasən digər işlərin yerinə yetirilməsində köməklik göstərmək.
Tələblər:
Texniki peşə təhsili və ya orta ixtisas təhsili (texniki sahələr üzrə) və/və ya beynəlxalq təhlükəsizlik sertifikatlarının olması arzuolunandır;
Əməyin mühafizəsi və təhlükəsizliyi prinsiplərinin başa düşülməsi daxil olmaqla müvafiq praktiki təcrübə;
Xüsusilə SƏTƏMM standartlarına əməl olunması ilə bağlı güclü, aydın kommunikasiya bacarıqları;
Fiziki cəhətdən sağlam olmaq;
Tapşırıqları dəqiq və vaxtında icra etmək bacarığına malik olmaq;
SƏTƏMM sahəsində təcrübənin olması arzuolunan və üstünlük təşkil edir.
Təcrübə:
1 ilə qədər
Təhsil:
Peşə təhsili
Ünvan:
Azərikimya İstehsalat Birliyi (Sumqayıt)
Bu vakansiyaya aşağıdakı link üzərindən müraciət edə bilərsiniz:
https://socardownstream.az/az/vacancy/apply/setem-uzre-texnik-313
Qeyd: HSE.AZ bu vakansiyanı iş axtaranlara dəstək məqsədilə paylaşır. HSE.AZ MMC-nin yerləşdirilən vakansiyalarla hər hansı birbaşa əlaqəsi yoxdur.
Mənbə: linkedin profili