SƏTƏM üzrə Təlimçi / HSE Tutor

03 September 2025
Views:

 

Ümumi məlumat:

NEZ əməkdaşlarının əməyin mühafizəsi üzrə bilik və bacarıqlarını artırmaq, istehsalatda qəzaların, peşə xəstəliklərinin və təhlükəli vəziyyətlərin qarşısını almaq üçün sistemli təlim, maarifləndirmə və yoxlama işlərini təşkil etmək.

Vəzifə öhdəlikləri:

Keçiriləcək müvafiq təlim və təlimatlar barədə aidiyyəti üzrə işçi heyətinin müvafiq qaydada məlumatlandırılmasını təmin etmək;
Vizuallar, praktiki nümunələr və interaktiv üsullardan istifadə edərək təlimlərin daha təsirli və yadda qalan formada çatdırılması;
İllik və aylıq təlim planlarının hazırlanması, təlim cədvəllərinin tərtibi və icrasının effektiv şəkildə təşkili;
Təlimlərin nəticələrinin qiymətləndirilməsi, iştirakçı performansının analizi və hesabatların hazırlanması;
Fəaliyyət göstəricilərinə əsaslanaraq SƏTƏMM təlimlərinin keyfiyyətinin və effektivliyinin artırılması istiqamətində təşəbbüslərin verilməsi;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsi üzrə təlim proqramının hazırlanması və icrasını təmin etmək;
Keçirilən təlimlər barədə müvafiq təlim materiallarını eləcə də, test suallarını hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
Keçirilmiş müvafiq təlimlər ilə bağlı elektron və yazılı məlumat bazasının yaradılması və bu məlumatların mütəmadi olaraq yenilənməsini təmin etmək;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsi üzrə təlim proqramına uyğun olaraq keçirilmiş təlimlərin effektliliyini səlahiyyətləri çərçivəsində yoxlamaq;
Müxtəlif auditoriyalara uyğun təlim metodlarının seçilməsi və tətbiqi;
Təlim proqramları, təqdimatlar, təlim materialları, təlimat kitabçaları hazırlamaq və yeniləmək;
Təlimlərin nəticələrinə əsasən biliklərin qiymətləndirilməsi üçün testlər, imtahanlar təşkil etmək;
Təlimlərin keçirilməsi və nəticələri ilə bağlı jurnalları, protokolları və hesabatları aparmaq;
Yeni işə qəbul olunan əməkdaşlara əməyin mühafizəsi üzrə giriş təlimatını keçmək;
Qəza, hadisə və insidentlərdən sonra öyrənilmiş dərslərə əsasən əlavə təlimlərin keçirilməsini təmin etmək;
Təlim prosesində interaktiv üsullardan, praktiki məşqlərdən istifadə edərək işçilərin təhlükəsizlik mədəniyyətini inkişaf etdirmək;
Əməkdaşların əməyin təhlükəsizlik qaydalarına dair biliklərinin mütəmadi artırılmasına dəstək göstərmək;

Tələblər:

Ali təhsil (müvafiq sahə üzrə);
SƏTƏMM təlimçisi kimi ən azı 3 il iş təcrübəsi.

Əlavə tələblər:

Azərbaycan dili səlis, Rus və İngilis dilləri yaxşı səviyyədə;
Microsoft Office proqramları üzrə biliklər;
Müvafiq qanunvericilik aktlarını və normalarını bilməli;
Beynəlxalq ISO 45001,9001,14001 Standartlarının tələblərini bilməli;
Təlim metodologiyası bilikləri olmalı;
Təlimçilər üçün təlim sertifikatı olmalı;
Beynəlxalq təlim standartlarından məlumatlılıq və praktiki təcrübə olmalı;
Fərqli təlim metod bilikləri və praktiki təcrübəsi olmalı;
Auditoriya ilə işləmə bacarığı olmalı;
İştirakçılarla ünsiyyət zamanı dəqiq, aydın və lokanik olmalı;
Heyətin təlim ehtiyaclarının qiymətləndirilməsi və ölçülməsi bacarmalı;
Effektiv kommunikasiya, Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Çeviklik, Problem həlletmə bacarıqları.

Təcrübə:
1-3 il

Təhsil:
Bakalavr

İxtisas:
SƏTƏM

Dillər:
Azərbaycan – Əla / Rus – Yaxşı / İngilis – Yaxşı

Proqram və kompüter bilikləri:
MS Word / MS Excel / MS Power Point

Ünvan:
Heydər Əliyev adına Neft Emalı Zavodu (Bakı)

 

Bu vakansiyaya aşağıdakı link üzərindən müraciət edə bilərsiniz:

https://lnkd.in/eQZ7VBmD

Qeyd: HSE.AZ bu vakansiyanı iş axtaranlara dəstək məqsədilə paylaşır. HSE.AZ MMC-nin yerləşdirilən vakansiyalarla hər hansı birbaşa əlaqəsi yoxdur.

Mənbə: linkedin profili