SƏTƏM üzrə Mütəxəssis / HSE Specialist

09 September 2025
Views:

 

Vəzifə öhdəlikləri

  • Avtobusların texniki xidməti və təmiri zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət etmək;
  • İşçilər üçün giriş və dövri təlimatların keçirilməsi;
  • Fərdi mühafizə vasitələrinin istifadəsinə nəzarət etmək;
  • Avadanlıqların, alətlərin və iş sahələrinin təhlükəsiz istismarına nəzarət etmək;
  • Qəza və bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, hesabat və sənədləşmə aparmaq;
  • Peşə risklərinin azaldılması üçün tədbirlərin hazırlanması və tətbiqi;
  • Nəzarət orqanları ilə əməkdaşlıq etmək.

Tələblər:

  • Ali texniki təhsil və müvafiq sertifikatlar.
  • Əməyin mühafizəsi sahəsində iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini və müvafiq normativ aktları bilmək;
  • Sənədləşmə işlərini aparmaq və işçilərə təlim keçmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmaq.

İş şəraiti:

  • 6 günlük iş şəraiti
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq

İş yeri:

  • Gəncə

Əlaqə nömrəsi: 055-447-47-77

 

CV-nizi aşağıdakı mail ünvanına göndərə bilərsiniz:

hr@bsc-group.az

 

Qeyd: HSE.AZ bu vakansiyanı iş axtaranlara dəstək məqsədilə paylaşır. HSE.AZ MMC-nin yerləşdirilən vakansiyalarla hər hansı birbaşa əlaqəsi yoxdur.

 

Mənbə: https://www.work.az/vakansiyalar