SƏTƏM üzrə Mütəxəssis / HSE Specialist
Təsvir
- İş yerlərində peşə sağlamlığı, əməyin mühafizəsi, texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi üzrə yoxlamaların aparılması, çatışmazlıq və uyğunsuzluqların aşkar edilməsi;
- Aşkar edilmiş çatışmazlıqların və uyğunsuzluqların əsasında fəaliyyət planının hazırlanması və görüləcək tədbirlərin müəyyən edilməsi;
- Yerli qanunvericiliyin tələblərinə uyğun olaraq, əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə sənədləşmə işlərinin görülməsi;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə əmr nümunələrinin hazırlanması və İnsan Kapitalı üzrə əməliyyatlar şöbəsinə təqdim edilməsi;
- SƏTƏM üzrə siyasət sənədinin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ümumi təlimatların (giriş, ilk tibbi yardım, yanğın təhlükəsizliyi, elektrik təhlükəsizliyi) hazırlanması;
- İşçilərə, təcrübəçilərə, Agentliyə gələn ziyarətçilərə və Agentliyin ərazisində işləyən podratçı şirkətlərin nümayəndələrinə SƏTƏM üzrə giriş təlimatının keçirilməsi;
- İş yerlərində yaşana biləcək bədbəxt hadisələrin ehtimalını minimuma endirmək üçün görülən işlərə SƏTƏM üzrə nəzarət edilməsi və müvafiq tədbirlərin görülməsi;
- Bədbəxt hadisələrin – iş qəzalarının və peşə xəstəliklərinin araşdırılması, onların uçotu və qeydiyyatının aparılması;
- İş yerlərinin ilk tibbi yardım çantaları ilə təmin olunmasının təşkili və işçilərə onların içərisindəki ləvazimatlardan istifadə qaydalarının izah edilməsi;
- İş yerlərində təxliyə planlarının tərtib edilməsi və yenilənməsi prosesində iştirak;
- İş yerlərində mövcud olan yanğınsöndürmə vasitələrinin – yanğın şlanqları, hidrantları və balonlarının istifadəyə yararlılığının yoxlanılması prosesində iştirak;
- İş yerlərində işçilərin fövqəladə hallara hazırlığı məqsədilə yanğın məşqlərinin keçirilməsi;
- İşçilərə alınan xüsusi işçi geyimlərinin və Fərdi Mühafizə Vasitələrinin (FMV) tələblərə uyğunluğunun yoxlanılması və düzgün şəraitdə saxlanılmasına nəzarət edilməsi;
- İşçilərin iş avadanlıqları və iş alətləri ilə işləyərkən əməyin təhlükəsizliyi və iş zamanı yarana biləcək yanğın təhlükəsizliyi tədbirlərinin tətbiq edilməsi;
- Agentliyə elektron sənəd dövriyyəsi vasitəsilə və xidməti məktub şəklində SƏTƏM ilə bağlı daxil olan müraciətləri – ərizə, təklif və şikayətləri araşdırılması və cavablandırılması.
Tələblər
- Ali təhsil;
- SƏTƏM sahəsində 1 ildən 3 ilədək iş təcrübəsi;
- SƏTƏM üzrə hər hansı bir sertifikatın olması;
- SƏTƏM üzrə təlimçilik qabiliyyəti;
- SƏTƏM üzrə sənədləşmənin aparılması bacarığı;
- İş yerlərində SƏTƏM üzrə dövri yoxlamaların aparılması bacarığı;
- Yanğın-təxliyə məşqlərinin təşkili qabiliyyəti;
- SƏTƏM ilə bağlı rəsmi-işgüzar üslubda yazışma və daxil olan rəsmi müraciətlərin xidməti məktublarla cavablandırılması bacarığı.
Bu vakansiyaya aşağıdakı link üzərindən müraciət edə bilərsiniz:
https://jobs.glorri.az/vacancies/idda/idda-setem-uzre-mutexessis-5894/apply?source=jobu
Qeyd: HSE.AZ bu vakansiyanı iş axtaranlara dəstək məqsədilə paylaşır. HSE.AZ MMC-nin yerləşdirilən vakansiyalarla hər hansı birbaşa əlaqəsi yoxdur.