SƏTƏM üzrə Mütəxəssis / HSE Specialist

04 September 2025
Views:

 

Vakansiyanın təsviri

  • İş yerində və iş ilə bağlı potensial təhlükələrin müəyyən olunması, qarşısının alınması və aradan qaldırılması üçün risklərin qiymətləndirilməsi və təhlükə təhlili üzrə hesabatların hazırlanması;
  • Texniki yoxlamalar aparan işçi qruplarına dəstək göstərilməsi;
  • Təhlükəsizlik üzrə təkmilləşdirmə proqramlarının planlaşdırılması və həyata keçirilməsi;
  • Təhlükəsizlik prosedurları və təhlükəsiz iş üzrə təlimatların hazırlanması;
  • Əməyin Təhlükəsizliyi üzrə maarifləndirmə görüşlərinin təşkili (iş öncəsi, qəza/hadisə sonrası, həftəlik və s.);
  • Vəzifəyə uyğun təlimlərin keçirilməsi və işçilərin məlumatlandırılması.
  • İş qrafiki: Növbəli (15/15)
  • İş yeri: Daşkəsən

Təminatlar:

  • Servis xidməti;
  • Nahar şirkət tərəfindən təmin olunur.

Xüsusi tələblər

  • Ali təhsil;
  • FHN tərəfindən verilmiş şəhadətnamə;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi

CV-nizi aşağıdakı mail ünvanına göndərə bilərsiniz:

hr@starmining.az

 

Qeyd: HSE.AZ bu vakansiyanı iş axtaranlara dəstək məqsədilə paylaşır. HSE.AZ MMC-nin yerləşdirilən vakansiyalarla hər hansı birbaşa əlaqəsi yoxdur.

Mənbə: https://smartjob.az/vacancies