SƏTƏM üzrə Mütəxəssis / HSE Specialist

Təsvir
- Təhlükəsiz mühitin təmin edilməsi üçün sahəyə/əraziyə səfərlərin və yoxlamaların təşkili;
 - Gündəlik Təlimatlarda (TBT) iştirak, zərurət yarandıqda onların təşkili və təmin edilməsi;
 - Podratçıların təsdiqlənmiş SƏTƏM, Fövqəladə Hallar planlarına və Risklərin Qiymətləndirilməsi Cədvəlinə uyğun işlərin həyata keçirilməsinə nəzarət;
 - SƏTƏM hadisələrinin araşdırılması və ya hadisələrin araşdırılmasında SƏTƏM Rəhbərliyinə yardımçı olmaq;
 - SƏTƏM hadisələrininin araşdırılması hesabatında aşkar olunmuş uyğunsuzluqların aradan qaldırılmasının müvafiq cavabdeh şəxslərə və ya bölmələrə həvalə edilməsini təmin etmək;
 - Qeyd olunan uyğunsuzluqların bağlanılması, təyin olunmuş vaxtda aradan qaldırılmasına nəzarət etmək;
 - Ehtiyac olduqda layihə komandasına SƏTƏM baxımından məsləhətlər vermək;
 - İstifadə olunan qurğu və avadanlıqların istifadə üçün yararlı olmasını yoxlamaq və təhlükəsiz olduğunu təsdiqləmək;
 - İşçilərin peşə və təcrübə üzrə doğru işlərdə işləmələrinə nəzarət etmək;
 - İş yerlərində texniki təhlükəsizlik təcrübələrini təbliğ etmək;
 - Texniki Təhlükəsizlik qaydalarının riayət edilməsinə nəzarət etmək;
 - Fövqəladə halların idarə olunması üzrə məşqləri və təlimləri təşkil etmək;
 - SƏTƏM baxımından dövlət normativ qaydalarının riayət olunmasına nəzarət etmək;
 - Risklərin qiymətləndirilməsinin təşkili və təmin edilməsi;
 - Lazım olduqda texniki təhlükəsizlik standartlarını və siyasətlərini müəyyənləşdirmək;
 - Bütün işçilərin üçün təhlükə yaradan halların aradan qaldırılmasını təmin etmək;
 - İşçilərin texniki təhlükəsizlik baxımından problemlərinə cavab vermək;
 - İnsan həyatına, ətraf mühitə və şirkətin əmlakına ziyan verə biləcək potensial təhlükələr yarandıqda işi dayandırmaq.
 
Tələblər
- SƏTƏM və ya oxşar ixtisas üzrə bakalavr dərəcəsi;
 - Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;
 - Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı;
 - Kompüter bacarıqları: MS Office, məlumat bazası ilə işləmək təcrübəsi arzu olunandır;
 - Məsuliyyətli, intizamlı olmaq.
 
Bu vakansiyaya aşağıdakı link üzərindən müraciət edə bilərsiniz:
https://jobs.glorri.com/vacancies/pmdprojects/pmdprojects-setem-uzre-mutexessis-43284/apply
Qeyd: HSE.AZ bu vakansiyanı iş axtaranlara dəstək məqsədilə paylaşır. HSE.AZ MMC-nin yerləşdirilən vakansiyalarla hər hansı birbaşa əlaqəsi yoxdur.
Mənbə: https://jobs.glorri.com/
