SƏTƏM üzrə Mütəxəssis / HSE Specialist
Vəzifə öhdəlikləri:
Şirkətdə SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarının tətbiqini və icrasını təmin etmək;
Dəmiryolu nəqliyyatı sahəsində, qatarların təmiri və onlara texniki xidməti zamanı əmək mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
Alətlər və avadanlıqlar, iş yerləri və iş mühiti ilə əlaqəli təhlükəsizlik riskinin qiymətləndirilməsi, potensial və mövcud təhlükələrin qarşısının alınması üzrə işlərin aparılması, profilaktik tədbirlərin görülməsi;
İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi;
İşə qəbul olunan yeni işçilərə , o cümlədən mütəmadi olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının təkrar, plandan kənar və cari təlimatların keçirilməsi;
Təlimat jurnallarının tərtib edilməsi və imzalanmasına nəzarət edilməsi;
Təcili təxliyə və hazırlıq proseslərinin hazırlanması, şirkətin və əməkdaşların bu sahədə hazırlılığı;
Qəza və hadisələrin araşdırılmasında iştirak etmək, hesabatlar tərtib etmək və profilaktik tədbirləri həyata keçirmək;
Müəssisədaxili intizam qaydalarına riayət etmək
Namizədə tələblər:
Ali təhsil (texniki və ya Təhlükəsizlik Mühəndisliyi, Ətraf Mühit Mühəndisliyi və ya digər aidiyyatı texniki sahə üzrə)
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
Əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyətin idarəedilməsi sistemiləri sahəsində əsas tələb və prinsiplər (İSO 9001:2015 , İSO 45001-2018) üzrə biliklər
Dəmiryolu nəqliyyat vasitələri, onlara texniki xidmət, təmir işləri barədə ümumi bilik və iş təcrübəsi arzu ediləndir
Rus, ingilis dillərində orta səviyyədə biliklər
Komputer bilikləri (Microsoft office)
Analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və komandada işləmək bacarığı.
Əmək haqqı: 1200–1500 AZN (bilik və təcrübəyə əsasən müəyyən ediləcək).
CV-nizi aşağıdakı mail ünvanına göndərə bilərsiniz:
Ilkin.Bashirov@stadlerrail.com
Qeyd: HSE.AZ bu vakansiyanı iş axtaranlara dəstək məqsədilə paylaşır. HSE.AZ MMC-nin yerləşdirilən vakansiyalarla hər hansı birbaşa əlaqəsi yoxdur.
Mənbə: linkedin profili