SƏTƏM üzrə Mütəxəssis / HSE Specialist

İş yeri: Şəmkir şəhəri
Vəzifə öhdəliyi:
- İşə yeni qəbul olan işçilərə giriş təlimatını keçmək və təlimat jurnalında qeydiyyat aparmaq;
 - Yeni işə qəbul olanlara, podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmasının proqramını hazırlamaq və təlimat keçmək;
 - Gündəlik olaraq iş sahələrində yoxlamalar aparmaq, nöqsan və çatışmamazlıqların aradan qaldırılması barədə göstərişlər vermək və icasına nəzarət etmək;
 - İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlərin görülməsinə nəzarət etmək;
 - İstehsalatda bədbəxt hadisələrin baş verməməsi üçün önləyici tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
 - Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
 - Ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi;
 - Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin icrasına nəzarət etmək;
 - Yanğın təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etmək;
 - Yanğına qarşı ilkin mühafizə vasitələrinin yoxlanılması, yanğın siqnalizasiya sistemlərinin, yanğın su hidrantlarının, yanğın su nasosu və quyularının saz vəziyyətdə saxlanılmasını vaxtaşırı yoxlamaq;
 - Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərinin həyata keçirmək;
 - Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatları və əmrləri hazılamaq;
 - Mülki Müdafiə ilə bağlı sənədlərin hazırlanması və Mülki Müdafiə ilə bağlı tədbirlərin icrasını təşkil etmək;
 - Hündürlükdə, qapalı məkanlarda habelə digər təhlükə potensiallı işlərin təhlükəsiz icrasına dair Naryad Buraxılış hazırlanmasına nəzarət etmək və ehtiyac olduğu hallarda bu sahədə metodiki yardım göstərmək;
 - Təhlükə potensiallı işlərin icrası zamanı “Fövqəladə Hal Planı” işləyib hazırlamaq;
 - Fövqəladə hallar üzrə təlimləri hazırlamaq, təşkil etmək və hesabatlar hazırlamaq;
 - İş şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
 - İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etmək;
 - Qanunvericiliyə uyğun sənədləşmə prosesinin həyata keçirmək;
 - İşçilər üçün maarifləndirici nəzəri və praktiki SƏTƏM təlimləri keçmək;
 - SƏTƏM xidməti üzrə mütəmadi hesabatları hazırlayıb, rəhbərliyə təqdim etmək;
 - Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək;
 - Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;
 - Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək.
 
Namizədə tələblər:
- Ali təhsil (Texniki sahə üzrə)
 - İstehsalat müəssisəsində ən azı 1-3 il təcrübə mütləqdir
 - Azərbaycan dili (əla), rus dili (orta), ingilis dili (orta)
 - Microsoft Office proqramı üzrə biliklər
 - Yüksək ünsiyyət qabiliyyəti, təqdimat hazırlamaq və təqdimetmə bacarığı
 
Qeyd: FHN şəhadətnaməsi olması mütləqdir (Əgər ali təhsili Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi ixtisası üzrədirsə şəhadətnamə mütləq deyil).
İş qrafiki:
- 5 günlük iş qrafiki;
 - 09:00-18:00
 
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir.
Üstünlüklərimiz:
- Rəsmi əmək haqqı
 - Nahar ilə təmin edilmə
 - Könüllü tibbi sığorta
 - Korporativ nömrə və danışıq limiti
 
CV-nizi aşağıdakı mail ünvanına göndərə bilərsiniz:
hr@atsfood.az
Qeyd: HSE.AZ bu vakansiyanı iş axtaranlara dəstək məqsədilə paylaşır. HSE.AZ MMC-nin yerləşdirilən vakansiyalarla hər hansı birbaşa əlaqəsi yoxdur.
Mənbə: linkedin profili
