SƏTƏM üzrə mütəxəssis
İş barədə məlumat:
- Şirkətdə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması;
- İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;
- Əmək qanunvericiliyinə, təhlükəsizlik qayda və normalarına, standartlara və digər normativ sənədlərə əməl olunmasına nəzarət etmək;
- İşə götürülən yeni işçilərə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmək;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etmək;
- Təxliyyə planının hazırlanmasında iştirak etmək və işçilərə bu barədə təlimat keçirilməsi;
- İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin müəyyənləşdirmək və ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak etmək;
- Ətraf mühitin qorunması, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət etmək;
- Təlim ehtiyaclarını müəyyənləşdirmək və plana uyğun təlimlər keçmək;
- Risklərin qiymətləndirilməsi və buna uyğun tədbirlərin həyata keçirilməsi;
- İşçilərə Fərdi Mühafizə Vasitələrini təmin etmək;
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqları icra etmək.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə iş təcrübəsi;
- Əməyin mühafizəsi üzrə sertifikatların olması vacibdir;
- Ms Office proqramlarında işləmək bacarığı;
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Namizədlər müraciət üçün CV-lərini müvafiq vəzifəni başlıq olaraq yazaraq e-mail ünvanına göndərə bilər.
CV:
mammadova.marziya@gmail.com
Mənbə: jobsearch.az