SƏTƏM üzrə Mühəndis / HSE Engineer

SƏTƏM üzrə mühəndis (Qobustan ərazisi)
Vəzifə öhdəlikləri:
Tikinti sahəsində əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
Ərazidəki işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
İş yerində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi;
Sahədə mütamadi yoxlamalar və müvafiq prosedurlar keçirmək;
Əməyin təhlükəsizliyi istiqamətində şirkətdaxili tədrislər keçirmək;
Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək;
İşdə hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək;
Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət;
Ərazidə Sağlamlıq və Əməyin Təhlükəsizliyi Sisteminin qurulması və işlək vəziyyətdə saxlanılması;
SƏTƏM üzrə düzəldici və ya qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsinə nəzarət;
Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
CV-nizi aşağıdakı mail ünvanına göndərə bilərsiniz:
s.mamedova@omg.az
Qeyd: HSE.AZ bu vakansiyanı iş axtaranlara dəstək məqsədilə paylaşır. HSE.AZ MMC-nin yerləşdirilən vakansiyalarla hər hansı birbaşa əlaqəsi yoxdur.
