SƏTƏM üzrə Müfəttiş / HSE Inspector
STP GLOBAL CABLE” MMC SƏTƏM bölməsində “Müfəttiş” vakansiyası elan edir.
Bizim üçün uyğun namizəd:
▪ Müvafiq sahədə 3-4 il iş təcrübəsi;
▪ Ali təhsil;
▪ Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
▪ Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
▪ İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz?
▪ Müəssisədə sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit standartlarının tətbiqinə və icrasına nəzarət etmək;
▪ Müvafiq qanunvericilik və normativ tələblərə uyğunluğun təmin olunmasını izləmək;
▪ İstehsalat və ya iş sahəsində mövcu risklərin müəyyənləşdirilməsi, təhlili və qiymətləndirilməsini həyata keçirmək;
▪ Potensial təhlükəli vəziyyətlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirləri təklif etmək və tətbiqinə nəzarət etmək;
▪ Müntəzəm olaraq sahə yoxlamaları və daxili auditlər aparmaq;
▪ Uyğunsuzluqları sənədləşdirmək və qabaqlayıcı tədbirlər üzrə təkliflər hazırlamaq;
▪ İş yerində baş verən qəza və insidentlərin araşdırılması həyata keçirmək;
▪ Araşdırma hesabatları hazırlamaq və təkrarlanmasının qarşısını almaq üçün tədbirləri tövsiyə etmək;
▪ İşçilərin təhlükəsizlik və sağlamlıq mövzusunda maarifləndirilməsi üçün təlimlər təşkil etmək;
▪ Yeni işçilərə giriş təlimatlarının keçirilməsini təmin etmək;
▪ Gündəlik,həftəlik və aylıq hesabatların hazırlanması;
▪ İnspeksiya və yoxlamalarla bağlı sənədlərin və protokolların düzgün şəkildə arxiləşdirilməsini təmin etmək;
▪ Ətraf mühitin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsinə nəzarət etmək (tullantıların idarə olunması,səs-küy və tozun azaldılması və s.).
Nə əldə edəcəksiniz?
▪ Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
▪ Adekvat əmək haqqı;
▪ Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
▪ Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
▪ Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
▪ İş vaxtı – Növbəli;
CV-nizi aşağıdakı mail ünvanına göndərə bilərsiniz:
HRGlobal@stp.az
Qeyd: HSE.AZ bu vakansiyanı iş axtaranlara dəstək məqsədilə paylaşır. HSE.AZ MMC-nin yerləşdirilən vakansiyalarla hər hansı birbaşa əlaqəsi yoxdur.
Mənbə: linkedin profili