SƏTƏM üzrə məsləhətçi
Vakansiya: Azertexnolayn MMC-nin Texniki Avadanlıqlar Zavoduna “SƏTƏM üzrə məsləhətçi”
Əmək funksiyası:
– Sahədə işçilərə iş öncəsi əməyin mühafizəsi ilə bağlı günlük təlimatların keçirilməsinə nəzarət edir (bəzilərində iştirak edir), təlimat sənədlərinə nəzarət edir.
– Zavodda baş vermiş qəzalar zamanı xəsarət alan işçilərə ilkin tibbi yardım göstərilməsində və hadisənin baş vermə səbəbinin araşdırılmasında iştirak edir, işçilərə maarifləndirici məlumatlar verir
– Zavod ərazisində istifadə olunan elektrik əl alətləri, yükqaldırma aksesuarları, yanğın söndürmə balonlarının vəziyyətini, Yanğınsöndürmə ləvazimatlarının işlək vəziyyətdə olduğunu yoxlayır, uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər həyata keçirir
– Ətraf mühitin mühafizəsinə və işçilərin sanitar gigiyena qaydalarına əməl etmələrinə nəzarət edir
– Həyat və sağlamlıq üçün təhlükəli olan yerləri xəbərdaredici nişanlarla işarələyir, təmir gedən əraziləri xüsusi lentlə ayırır, zavod ərazisində sair məlumatverici lövhələr, yazılar asır.
– İş yerlərində işçilərin FMV-dən istifadə etmələrinə, təhlükəsizlik qaydalarına əməl etmələrinə nəzarət edir, qayda pozuntusu edən işçilər haqqında xəbərdarlıq forması yazır
– Yeni işə girən işçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqqında Giriş təlimatı keçir və xüsusi qeydlər aparır.
– Görülən işlər haqqında hesabat verir
– Ərazidə rastlaşdığı təhlükəli vəziyyət və təhlükəli iş şəraiti ilə bağlı uyğunsuzluqları müşahidə edərək müvafiq formada tərtib edir, normal iş şəraitin yaradılmasına nəzarət edir
– Təşkil olunmuş SƏTƏM yürüşlərində iştirak edir
– Zavoda ziyarətə gələn qonaqlara təhlükəsizlik qaydaları haqqında təlimat keçir, FMV ilə təmin edir
Bilməlidir:
– Daxil intizam qaydalarını;
– Əməyin mühfizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını;
– Əməyin Mühafizəsi və Ətraf Mühitlə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq təşkilatların hüquqi normativ sənədlərini və beynəlxalq standartları (İSO 45001, İSO 14001 və s):
– Müəssisədə tətbiq olunan prosedur və formaların tələblərini və istifadə qaydalarını:
İş qrafiki:
– Həftədə 6 gün / 6.5 saat: Növbəli iş qrafiki ( 1-ci növbə- 08:00-16:00, 2-ci növbə- 16:00-00:00, 3-cü növbə 00:00-08:00)
– İstirahət günü: Bazar günü
Namizədə tələblər:
– Ali təhsil / Texniki sahə üzrə
– İngilis dili mükəmməl bilməli, rus dili arzu olunandır.
– Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq sertifikatların olması vacibdir.
– Anoloji sahə üzrə 2 il iş təcrübəsi
– Kişi namizədlər müraciət etməlidir.
Namizədlərin dəyərləndirilmə prosesi:
– Birinci mərhələ- IQ test, komputer biliklərinin yoxlanılması -MC office
– İkinci mərhələ-SƏTƏM şöbə rəisi ilə müsahibə / Qanunvericilikdən test ediləcək
– Üçüncü mərhələ- Zavod müdiri ilə görüş, İşə qəbul
Təminatlar:
– Nahar və servis şirkət tərəfindən verilir;
– Korporativ nömrə ilə təmin edilmə;
– Əmək haqqı 1000-1200 AZN
Qeyd: Tələblərə uyğun gələn namizədlər CV-lərini ““SƏTƏM üzrə məsləhətçi”” başlığı altında qeyd edərək Seide.Aghayeva@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur. 2 il müddətində Əməyin mühafizəsi sahəsi üzrə iş təcrübəsi olmayan nazmizədlərin CV-ləri dəyərləndirilməyəcək və dəyərləndirmə haqqında geri dönüş edilməyəcək.
Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı.
Əlaqə nömrəsi: +994 12 377 44 44
Mənbə: jobsearch.az