SƏTƏM üzrə baş Mütəxəssis / Senior HSE Specialist
Müəssisə: AZ ŞƏKƏR İST. BİRLİYİ MMC
Vakansiya: Sətəm üzrə Baş Mütəxəssis
Tələblər:
Kimya, Fizika, Qida mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi).
Sətəm və əməyin mühafizəsi sahəsində ən azı 5 il təcrübə.
NEBOSH və ya İSO 45001 kimi müvafiq beynəlxalq sertifikatların olması üstünlükdür.
Microsoft Office (Excel, Word) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı.
Təhlükəsizlik qaydalarına riayət etmə və müvafiq prosedurları izləmək bacarığı.
Komanda ilə işləmək və liderlik bacarıqları.
İngilis və Rus dili bilikləri üstünlükdür.
Vəzifə Öhdəlikləri:
İstehsalatda əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək.
İstehsalatda baş verən zədələnmə halları və bədbəxt hadisələrin səbəblərini analiz etmək və bu hadisələrin qarşısını almaq məqsədilə tədbirlər hazırlayıb həyata keçirmək.
İş şəraitini yaxşılaşdırmaq üçün kompleks planların hazırlanmasını təşkil etmək.
İş yerlərində sanitar və texniki vəziyyəti yoxlamaq və uyğunluq təmin etmək.
Sətəm üzrə qabaqcıl təcrübələri istehsalata tətbiq etmək, texniki vəziyyəti yoxlamaq və müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirmək.
Əməyin mühafizəsi təlimatlarını hazırlamaq və işçilərə tətbiq etmək, onların biliklərini yoxlamaq.
İşçilərin əməyin mühafizəsi ilə bağlı ərizə və şikayətlərini araşdırmaq və müvafiq tədbirlər görmək.
Ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün tədbirlər görmək.
İstehsalatda təhlükəsizlik qaydalarının yerinə yetirilməsini təmin etmək, iş yerlərində səs-küy, titrəmə, çirklənmə və digər istehsalat faktorlarının ölçülməsini təşkil etmək.
İşçilərin fərdi mühafizə vasitələrinin düzgün istifadəsini təmin etmək və onların mühafizə vasitələrinin qorunmasını nəzarətdə saxlamaq.
Keyfiyyət İdarəetmə Sistemi (ISO 9001 və ya ISO 45001) prinsiplərinə uyğun olaraq əməliyyatları həyata keçirmək və sistemin inkişafına töhfə vermək.
Düzəldici və önləyici fəaliyyətlər həyata keçirərək, istehsalatda baş verən axsaqlıqları aradan qaldırmaq.
İş vaxtı:
5 günlük iş rejimi
İstirahət günü: Şənbə və Bazar günü
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: Razılaşma yolu ilə
Nahar xidməti şirkət tərəfindən təmin edilir.
Əmək mühafizəsi, sanitar-gigiyena və digər sosial təminatlar.
İş yeri:
Bakı şəhəri
CV-nizi aşağıdakı mail ünvanına göndərə bilərsiniz:
CV@azersun.com
Qeyd: HSE.AZ bu vakansiyanı iş axtaranlara dəstək məqsədilə paylaşır. HSE.AZ MMC-nin yerləşdirilən vakansiyalarla hər hansı birbaşa əlaqəsi yoxdur.
Mənbə: linkedin profili