SƏTƏM üzrə Auditor / HSE Auditor

Şirkət; Professional Real Estate Services
Vəzifə öhdəlikləri:
- Şirkətin bütün fəaliyyət sahələrində SƏTƏM tələblərinə uyğunluğun təmin olunması məqsədilə mütəmadi auditlərin aparılması;
 - Audit nəticələrinə əsasən risklərin müəyyən edilməsi, təhlili və aradan qaldırılması üzrə tədbirlər planının hazırlanması və icrasına nəzarət etmək;
 - Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ekoloji tələblər və digər müvafiq normativ sənədlərə riayət edilməsinə nəzarət etmək;
 - SƏTƏM siyasətinin və prosedurlarının şirkət daxilində düzgün tətbiqini izləmək və təkmilləşdirilməsi üzrə təkliflər vermək;
 - Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və şirkətin daxili sənədlərinin müvafiq şəkildə yenilənməsini təmin etmək;
 - İş yerlərində şəraitin və avadanlıqların təhlükəsizlik səviyyəsini qiymətləndirmək, yoxlamalar aparmaq və hesabatlar tərtib etmək;
 - Qəza, hadisə və ya peşə xəstəlikləri ilə bağlı araşdırmalar aparmaq, səbəbləri müəyyənləşdirmək və təkrarlanmasının qarşısını almaq üçün tədbirlər təklif etmək;
 - SƏTƏM üzrə təlim proqramlarının hazırlanması və həyata keçirilməsi, işçilərin məlumatlandırılması və maarifləndirilməsi;
 - Müvafiq dövlət qurumları ilə (Əmək Müfəttişliyi, FHN, Ekologiya Nazirliyi və s.) əməkdaşlıq və yazışmaların aparılması;
 - SƏTƏM göstəricilərinə dair aylıq, rüblük və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
 - Layihələrin icrası zamanı podratçı və subpodratçıların SƏTƏM standartlarına uyğun fəaliyyətinə nəzarət etmək;
 - Fövqəladə hallar üçün təxliyə planlarının və təlimlərin hazırlanmasında və icrasında iştirak etmək;
 - İstehsalat ərazilərində nəzarət yoxlamaları aparmaq və pozuntular aşkarlanarsa, düzəldici tədbirlər görülməsini təmin etmək.
 
Namizədə tələblər:
- Müvafiq sahə üzrə bakalavr təhsili (magistr təhsili üstünlükdür);
 - SƏTƏM-lə bağlı yerli qanunvericilik tələblərini bilməli və icra etməli;
 - İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018, IOSH, COSHH, NEBOSH üzrə məlumatlılıq. Sertifikatların olması üstünlükdür;
 - Minimum 3–4 il SƏTƏM sahəsində iş təcrübəsi.
 
Əlavə məlumat:
- Əmək haqqı: 1800 – 2500 AZN (net)
 - Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
 - İş qrafiki: 5 günlük
 
CV-nizi aşağıdakı mail ünvanına göndərə bilərsiniz:
Human.resources@realestateservices.az
Qeyd: HSE.AZ bu vakansiyanı iş axtaranlara dəstək məqsədilə paylaşır. HSE.AZ MMC-nin yerləşdirilən vakansiyalarla hər hansı birbaşa əlaqəsi yoxdur.
Mənbə: https://www.work.az/vakansiyalar
