Keyfiyyətə nəzarət üzrə mütəxəssis
Avtlogistics
Son tarix 23 dek 2021
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1-3 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil
İşin Təsviri: Keyfiyyətə nəzarət, qida təhlükəsizliyinin təminatı proseslərinin həyata keçirilməsi.
Vəzifə öhdəlikləri:
- Anbarlarda hiqrometrlərin izlənilməsi,həftəlik və aylıq olaraq hesabatların verilməsi;
- İş sahələrini üçün check list hazırlayaraq yoxlamaların keçirilməsi, müşahidələrin aparılması,uyğunsuzluqların rəhbərliyə bildirilməsi;
- Sənədlərin nəzarətli nüsxələrinin hazırlanması,izlənilməsi və zəruri olduğu təqdirdə geri yığılmasını həyata keçirmək;
- Kritik məhsulların qəbulunda iştirak edərək həmin məhsulların sonrakı vəziyyətini (saxlanmasını) daimi nəzarətdə saxlamaq;
- Anbarda yerləşdirilən məhsulların mal qonşuluğu prinsipinə riayət olunması və uyğunsuzluq aşkar etdikdə əlaqədar şəxslərə bildirilməsi;
- İş axış sxemləri (Həmçinin prosedurlar) hazırlanması üçün sahələrdə işin izlənilməsi və müvafiq strukturlara dəstək olmaq;
- Məhsulun keyfiyyətinin pisləşməsi və qüsurların buraxılmasına səbəb olan səbəblərin öyrənilməsi, , onların aradan qaldırılması üçün tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Kənar auditlər zamanı aşkarlanan uyğunsuzluqlarla bağlı proses sahiblərinə dəstək olmaq və keyfiyyət ilə əlaqəli məsələlərin həll olunma statusunu nəzarətdə saxlamaq;
- Yükləmə üçün hazırlanan məhsulların keyfiyyətinə və məhsulların paletləmə/streçləmə qaydalarına seçmə üsulu ilə nəzarət;
- Malların silinməsində seçmə üsulu ilə iştirak etmək,kənarlaşmalar barəsində üst rəhbərini məlumatlandırmaq;
- Anbar çalışanlarına Keyfiyyət və Qida Təhlükəsizliyi ilə bağlı mütəmadi təlimlərin keçirilməsi;
Tələblər:
- MS Office proqramları biliyi;
- İş planlama və təşkil etmə bacarığı;
- Məsuliyyətli,işgüzar,ciddi və aktiv olmalı;
- İSO 9001:2015,İSO 22000:2018 sertifikatları olmalı;
- MS WORD,EXCEL,POWERPOINT və VİSİO proqramlarını bilməli;
- İngilis dili bilməsi üstünlükdür;
- Ehtiyac olarsa ezamiyyətlərdə olmaq.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.
İş qrafiki: 5 günlük.
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Keyfiyyətə nəzarət mütəxəssisi” yazıb CV göndərməklə müraciət edilir
cv@avtlogistics.az
Mənbə: jobsearch.az