Keyfiyyətə nəzarət üzrə mühəndis

11 November 2021
Views:

Müvəffəqiyyətli namizəd aşağıdakılardan məsul olacaq:

 

  • Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi (SƏTƏM ) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə, Neft Emalı Zavodunun (NEZ)  istismar qaydalarına, NEZ və Keyfiyyətə Nəzarət (KN) Departamentinin daxili prosedurlarına eyni zamandan emal sənayesində istifadə istifadə edilən beynəlxaq kod və standartların tələblərinə riayət etmək, gündəlik işləri yuxarıda sadalananlar əsasında planlamaq və icra etmək.
  • Məsul olduğu vəzifə öhdəlikləri üzrə məlumatların qüsursuz qeydiyyatını aparmaq, hesabatlaşdırmaq, keyfiyyətə nəzarət üzrə aparıcı mühəndisə təqdim etmək.
  • Statik avadanlıqlar (İstilik dəyişdiriciləri, sobalar, reaktorlar, sütunlar, barabanlar və s.) və boru kəmərlərində təmir işləri üçün beynəlxalq standartlar, daxili qaydalar və prosedurlar əsasında iş sifarişlərinin hazırlanması. İstehsalata xidmət departamenti tərrəfindən işin sifarişə uyğun həyata keçirilməsindən əmin olmaq.
  • KN departamentinin Risk Əsaslı Təftişlər (Risk Based İnspection) işçi komitəsinə üzv olmaq, komitənin iclaslarında iştirak etmək, rəy və təklifləri təqdim etmək və iclaslarda qərar alınmış uyğun qərarları həyata keçirmək.
  • Departamentin əlaqəli beynəlxalq standartlar əsasında prosedur və təlimatlarını hazırlamaq. KN  departamenti işçilərinin, o cümlədən müqaviləli kənar təşkilatların (subpodratçı) müvafiq beynəlxalq standart və spesifikasiyalara, daxili prosedur və təlimatlara uyğun işləməsinə nəzarət etmək və təmin etmək.
  • Qeyri-destruktiv sınaq (NDT) və digər əlaqəli xidmətlər üçün texniki şərtləri hazırlamaq, təchizatçıların (subpodratçı) texniki təsdiq prosesinə yardımcı olmaq və təşkil etmək, subpodratçılar tərəfindən sahədə icra edilən işləri izləmək.
  • NEZ  balansında olan statik avadanlıqların təftiş-test planlarında (ITP) hazırlanmasına kömək etmək və İTP sənədlərində təsvir olunan fəaliyyətlərə nəzarət etmək və həyata keçirmək.
  • Təftiş – test nəticələri və müəyyən edilmiş qüsurları aradan qaldırma təklifləri qeyd olunan tekniki nəzarət hesabatını hazırlamaq və nəticələri üst rəhbərinin rəyinə təqdim etmək. Əlaqəli müayinə nəticələri, təkliflər qeyd edilmiş və üst rəhbəri tərəfindən təstiq olunmuş hesabatların vahid serverə yüklənməsini və arxivləşməsini təmin etmək.
  • Arxiv məlumatlarında (eyni zamanda vahid serverdə) texniki nəzarət müayinə və sınaqların nəticələrini qeyd etmək, məlumatları yeniləmək və  digər mühəndislər tərəfindən qeyd olunan məlumatları izləmək.
  • Məsul olduğu vəzifə ilə əlaqəli məlumat və sənədlərin düzgünlüyünü yoxlamaq.
  • Aylıq texniki nəzarət hesabatlarının hazırlanmasında keyfiyyətə nəzarət üzrə aparıcı mühəndisə kömək etmək.
  • Statik avadanlıqlar və boru kəmərləri üçün Korroziyaya Monitorinq Bölgəsinin (CML) müəyyən edilməsi, nəzərdən keçirilməsi və təkmilləşdirilməsində iştirak etmək.
  • Qoruyucu klapanların sınaq yoxlamaları və kalibrasiya işlərini təşkil etmək, nəticələri hesabatlaşdırmaq.
  • Sahəyə yeni gəlmiş statik avadanlıqların quraşdırılmasında və ya modernizasiya işlərində iştirak etmək, texniki dəstək vermək.
  • NEZ – nun aidiyyatı digər departamentləri ilə əməkdaşlıq edərək, “Xidmətə Uyğunluq” (Fitness for Service) fəaliyyətlərinə töhvə vermək, iclaslara qatılmaq və üzərinə düşən öhdəlikləri icra etmək.
  • Lazım gəldikdə “Təhlükə və İstismara Yararlılıq Təhlili (HAZOP), “Təhlükəsizlik Bütünlüyü Səviyyəsi” (SIL) , “Kök Səbəb Təhlili” (RCA), “5Niyə“ (5WHY) və s. araşdırma – istintaq virtual qruplarında KN deptartamentini təmsil etmək və üzərinə düşən öhdəlikləri həyata keçirmək.
  • SƏTƏM qaydaları çərçivəsində birbaşa rəhbəri tərəfindən zəruri hesab edilən tapşırıqları yerinə yetirmək. Keyfiyyətə nəzarət ilə əlaqəli müxtəlif sferalarda özünü daim təkmilləşdirmək, təlimlərdə müvəffəqiyyət göstərmək, təhlükəsiz, yüksək keyfiyyətdə, iş səlahiyyət sənədlərinə uyğun olaraq xətasız işləmək üçün qayğı göstərmək.
  • Tabeliyində olan keyfiyyətə nəzarət texnik və baş texniklərinin işləri beynəlxalq standartlara uyğun həyata keçirmələrindən əmin olmaq, komanda ruhunu formalaşdırmaq, təcrübələrini paylaşmaq,  yeni texniklərin yetişməsinə tövhə vermək və işçilərin özünü inkişafı barəsində rəhbərinə məlumat vermək.
  • Təftiş, test, müayinə avadanlıq və cihazlarının reqlamentə əsasən saxlanmasını, istifadəsini və  mühafizəsini təşkil etmek. Cihaz və avadanlıqların sazlığını və kalibrasiya müddətlərinin keçərliliyi izləmək, ehtiyac olduğu təqdirdə cihaz və avadanlıqları təmirə və kalibrasiyaya göndərmək.
  • İş saatları xaricində qəza və ya fors-major hallarında rəhbərindən gələn zənglərə cavab vermək, lazım olduğu halda əlavə vaxtda qalmaq.
  • Şirkətin siyasətinə, missiyasına, korporativ dəyərlərinə, habelə şirkətin etik qaydalarına, daxili prosedurlarına, təlimatlarına, strategiyalarına və məqsədlərinə uyğun hərəkət etmək; Bu məsələlərdə şirkət daxilində hər hansı uyğunsuzluq aşkar edildikdə, müvafiq bölmələrə məlumat vermək.
  • Məsul olduğu işlə əlaqədar mövcud qanunvericiliyin, daxili qayda və prosedurların, beynəlxalq standartların və təlimatların tələblərini yerinə yetirmək.
  • Məsul olduğu işlə əlaqədar tabeliyində çalışdığı rəhbərinə mütamadi, düzgün və dolğun hesabat vermək.
  • Rəhbərlikdən gələn digər tapşırıqları yerinə yetirmək.

Müvəffəqiyyətli namizəd olmaq üçün sizdən tələb olunanlar:

  • SƏTƏM qaydaları çərçivəsində qapalı məkanda, yüksəkdə, zərərli mühitdə işləmək üçün fiziki və psixoloji baxımdan sağlam olmaq
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Mükəmməl səviyyədə ingilis dili bacarığı
  • Beynəlxalq səviyyəli və ya yerli universitetlərdən mexanika və ya material mühəndisliyi ali təhsil diplomu. Magistr dərəcəsi arzu olunandır.
  • İstilik dəyişdiriciləri, sobalar, reaktorlar, sütunlar, barabanlar, borular və s. kimi statik avadanlıqların iş prinsipini və təftişini bilmək.
  • EN9712 NDT – UT, MPI, LPT, RT Səviyyə 2 və ya 3 sertifikatlarından biri və ya bir neçəsi
  • API 510/570/571/579/580/653 sertifikatlarından biri və ya bir neçəsi
  • CSWIP 3.1 – qaynaq inspektoru arzu olunandır

Qeyd: Yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq.

vacancy@socardownstream.az

Mənbə: jobsearch.az