İşə icazə üzrə Mühəndis / Permit to work Engineer

03 September 2025
Views:

 

Ümumi məlumat:

Şirkət daxilində sağlamlıq və əməyin təhlükəsizliyi (SƏTƏM) mədəniyyətini təşviq etmək və təmin etmək. İşə İcazə sisteminin İstehsalat sahələrində tətbiqi və inkişafı, maarifləndirilməsi.

Vəzifə öhdəlikləri:

Zavod və Istehsalat sahələrində İşə icazə Sisteminin, aidiyyatı forma və əlaqəli prosedurların tərtibatı, inkişafı və tətbiqi.
Təhlükəsiz iş prosedurlarını, təlimatları təyin etmək və Tapşırıq Riskinin Qiymətləndirilməsi prossesini təşkil etmək.
Öyrənilmiş praktiki dərslərin təyini və sənədləşdirilməsi
Zavod və Istehsalat sahələrində İşə icazə Sisteminin (PTW) fəaliyyətinin və tətbiqinin əsas əlaqəli şəxsi olmaq və dəstək vermək.
İcraçı və nəzarət edən tərəflərlə Tapşırıq Riskinin Qiymətləndirmələrini koordinasiya etmək, uyğun təhlükələr qiymətləndirməsinin aparılmasını təmin etmək. Digər işlərlə toqquşmaların (SİMOPS) təşkil etdiyini və bu cür təhlükələrin müəyyən edildiyini və aradan qaldırılmasında həyata keçirilməsi üçün addımların atıldığını müəyyən etmək.
Günlük İşə İcazə Koordinasiya görüşlərinin rəhbərliyini etmək. İşə icazələrin, əlavə sertifikatların, auditlərin və performans statistikalarının günlük qeydini saxlamaq.
Müəyyən edilmiş sahələrdə rutin İşə icazə auditlərini təşkil etmək və İşə İcazə auditlərinin əsas əlaqəli şəxsi olmaq.
İşə İcazə, sertifikat və formaların vaxtından keçmiş və ya tələb olunmuş olduğunu izləmək və tövsiyyələrin verilməsi.
İşə İcazə prosesini və sistemini təkmilləşdirmək üçün yollar axtarmaq və təkliflərin verilməsi.
İşə İcazə hesabatları və statistikalarını hazırlamaq.
Rəhbərlik tərəfindən namizəd göstərildikdə İşə İcazə auditlərinə, hadisələrin tətqiqatında və təhlilatlarına iştirak etmək

Tələblər:

Neft və qaz sənayesində 5-10 il İşə İcazə sistemi sahəsi üzrə idarəetmə təcrübəsi
Mühəndislik istiqaməti üzrə texniki təhsil
Güclü təşkilatçılıq bacarığı.
Özünü inkişaf etdirmək bacarığı

Əlavə tələblər:

Tapşırığın Risk Qiymtələndirilməsi bacarığı
İcraçı və nəzarət edən tərəflərlə effektiv şəkildə işləmə bacarığı.
Orta səviyyədə kompüter bacarığı, daxili emal və elektron poçtlar, cədvəllər və elektron təqdimatların istifadəsi bacarığı.
Kritik düşünmə/qarar vermə bacarığı.
İngilis dilində effektiv əlaqə qurma bacarığı (sözlü və yazılı).

Təcrübə:
5 ildən çox

Təhsil:
Bakalavr

İxtisas:
SƏTƏM / Mühəndis

Dillər:
Azərbaycan – Yaxşı

Proqram və kompüter bilikləri:
MS Word / MS Excel

Ünvan:
Heydər Əliyev adına Neft Emalı Zavodu (Bakı)

 

Bu vakansiyaya aşağıdakı link üzərindən müraciət edə bilərsiniz:

https://lnkd.in/edSgzgG4

Qeyd: HSE.AZ bu vakansiyanı iş axtaranlara dəstək məqsədilə paylaşır. HSE.AZ MMC-nin yerləşdirilən vakansiyalarla hər hansı birbaşa əlaqəsi yoxdur.

Mənbə: linkedin profili