İşə icazə üzrə mühəndis / Permit to work engineer

24 October 2025
Views:

 

Ümumi məlumat:

Şirkət daxilində sağlamlıq və əməyin təhlükəsizliyi (SƏTƏM) mədəniyyətinin təşviqi və davamlı təminatı;
İşə İcazə sisteminin istehsalat sahələrində tətbiqi, inkişafı və bununla bağlı maarifləndirmə fəaliyyətlərinin təşkil olunması.

Vəzifə öhdəlikləri:

Zavod və istehsalat sahələrində İşə İcazə Sisteminin, aidiyyatı forma və əlaqəli prosedurların tərtibatı, inkişafı və tətbiqi;

Təhlükəsiz iş prosedurlarını və təlimatları təyin etmək, Tapşırıq Riskinin Qiymətləndirilməsi prosesini təşkil etmək;

Öyrənilmiş praktiki dərslərin təyini və sənədləşdirilməsi;

Zavod və istehsalat sahələrində İşə İcazə Sisteminin (PTW) fəaliyyətinin və tətbiqinin əsas əlaqəli şəxsi olmaq və dəstək vermək;

İcraçı və nəzarət edən tərəflərlə Tapşırıq Riskinin Qiymətləndirmələrini koordinasiya etmək, uyğun təhlükələr qiymətləndirməsinin aparılmasını təmin etmək; digər işlərlə toqquşmaların (SİMOPS) təşkilini həyata keçirmək, bu cür təhlükələrin müəyyən edilməsi və aradan qaldırılması üçün tədbirlərin görülməsini təmin etmək;

Günlük İşə İcazə Koordinasiya görüşlərinin rəhbərliyini etmək; işə icazələrin, əlavə sertifikatların, auditlərin və performans statistikalarının günlük qeydini saxlamaq;

Müəyyən edilmiş sahələrdə rutin İşə İcazə auditlərini təşkil etmək və İşə İcazə auditlərinin əsas əlaqəli şəxsi olmaq;

İşə İcazə, sertifikat və formaların vaxtından keçmiş və ya tələb olunan vəziyyətini izləmək və müvafiq tövsiyyələr vermək;

İşə İcazə prosesini və sistemini təkmilləşdirmək üçün yollar axtarmaq və təkliflər vermək;

İşə İcazə hesabatları və statistikalarını hazırlamaq;

Rəhbərlik tərəfindən namizəd göstərildikdə İşə İcazə auditlərinə, hadisələrin təhqiqatı və təhlilatına iştirak etmək.

Tələblər:

Neft və qaz sənayesində İşə İcazə sistemi sahəsində 5-10 il idarəetmə təcrübəsi;

Texniki sahə üzrə ali təhsil;

Tapşırığın risk qiymətləndirilməsi bacarığı;

İcraçı və nəzarət edən tərəflərlə effektiv əməkdaşlıq bacarığı;

Yaxşı səviyyədə kompüter bilikləri, o cümlədən daxili məlumatların emalı, elektron poçtların idarə olunması, cədvəllər və təqdimat proqramlarından istifadə bacarığı;

Kritik düşünmə və qərar vermə qabiliyyəti;

İngilis dilində həm şifahi, həm də yazılı effektiv ünsiyyət bacarığı.

Təcrübə:
5 ildən çox

Təhsil:
Bakalavr

İxtisas:
SƏTƏM / Mühəndis

Proqram və kompüter bilikləri:
MS Word / MS Excel / MS Power Point / SAP

Ünvan:
Azərikimya İstehsalat Birliyi (Sumqayıt)

 

Bu vakansiyaya aşağıdakı link üzərindən müraciət edə bilərsiniz:

https://socardownstream.az/az/vacancy/apply/ise-icaze-uzre-muhendis-331

 

Qeyd: HSE.AZ bu vakansiyanı iş axtaranlara dəstək məqsədilə paylaşır. HSE.AZ MMC-nin yerləşdirilən vakansiyalarla hər hansı birbaşa əlaqəsi yoxdur.

 

Mənbə: linkedin profili