Head of Security

26 January 2022
Views:

İş haqqında məlumat:

  • Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakının təhlükəsizliyini təşkil edir;
  • Buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət edir;
  • İş yerlərində istənilən şəxslər tərəfindən mümkün ziyan vurula biləcək əməllərin qarşısının alınması üzrə müvafiq tədbirlər təşkil edir;
  • Şirkətdə təhlükəsizliklə bağlı insidentlərin baş verdiyi təqdirdə şirkətdaxili qaydalara əsasən daxili araşdırma aparır;
  • Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparır;
  • Müşahidə kameraları vasitəsi ilə, işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil edir;
  • Daima işin təkmilləşdirilməsinə çalışmalı və bununla əlaqədar rəhbərliyə təkliflər irəli sürməlidir.

Namizədə olan tələblər:

  • Təhlükəsizlik sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Azərbaycan dili (əla), Rus dili (arzuolunan);
  • İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq;
  • Yüksək ünsiyyət və danışıq qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Təzyiq altında işləmək bacarığı;
  • Kompüter biliyi: MS Word, Outlook;
  • Sürücülük vəsiqəsinin olması zəruridir.

İş şəraiti:

  • Əmək haqqı: 1500 AZN +
  • 5 günlük iş həftəsi
  • Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur

Maraqlanan namizədlər mövzu bölümündə “Mühafizə rəisi” yazaraq CV-lərini göndərə bilərlər.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Cv:

recruiters.company.hr@gmail.com

 

Mənbə: jobsearch.az